SON DƏQİQƏ

Atam-anam haqqında həqiqətlər- FOTO

Tarix:24-06-2021, 23:47

Ramiz Əzizbəylinin çap olunmamış xatirələrindən.Atam Hacı Ağa Əzizbəyovu öldürüblər. Hansısa nadan, “Yasin” belə nədir bilməyən bir adam, kəmsavad molla qəbiristanlıqda atamı öldürüb. Dərhal kişinin başının altına daş parçası qoyub, guya ki, özü yıxılıb, gicgahına balaca daş dəyib. Amma hələ də şübhəliyəm ki, bu daşı kişinin başının altına kim qoyub!? Bu kiçik daş parçası onu göstərir ki, onu yıxıblar və haradansa kiçik “daş parçası” tapıb Hacı Ağanın başının altına qoyublar. Kim?
Bu xəbəri eşidəndə (10 yaşım hələ iyun ayında tamam olacaqdı), başa düşdüm ki, bu hansısa “nadan” mollaların işidi. Çünki atam Hacı Ağa ərəb, fars, rus, azərbaycan dillərini mükəmməl bilirdi. 
Atamın atası Məşədi Məmməd Rza (Allah bütün dünyasını dəyişənlərə qəni-qəni rəhmət eləsin!) özü bəy nəslindən doğulduğu üçün gizlədər, deməz, heç kimə etibar etməzdi. Heç kimə əyilməmiş, bəy nəslindən olduğunu gizlədərmiş. Amma daxili “bəy” olduğunu qürurla qeyd etməyə çalışarmış. 
Qardaşı Məşədi Dadaşın - məni Kərbəlada torpağa tapşırması - vəsiyyət etməsi, bacısı Gövhərin (hər ikisi evlənməyib) 100 il yaşaması, bu nəslin hələ neçə il yaşayacağına əminlik yaradar desəm, yanılmaram. Atamın atası bəy nəslindən olduğunu hamıdan gizlədər, bu barədə heç vaxt işıqlandırılmasını istəmirdi. 
Anam Xədicə xanım həmişə deyərmiş, dönə-dönə tapşırarmış ki, “Nə badə deyərsiz ki, “bəy” nəslindənik”. Bu sözü mən çox-çox sonralar bilmişəm. Hətta o qədər gec bilmişəm ki, artıq bu sözü demək mümkün deyildi. Artıq gec idi. Mən “bəy” nəslindənəm demək, bununla fəxr etmək mümkünsüz idi.
Atam Hacı Ağanın bəy nəslindən olmasını gizlətmə səbəbini indi başa düşürəm... Pirşağıda bağ sahəmizi görəndən sonra. Çox böyük bağ sahəsi - 1. hektar (desyatin) 092 sot... Cəmi bir dəfə gəzmişəm öz torpaqlarımızı. Bacanağım Elman Məmmədov, qardaşım oğlu Tərlan Əzizbəyli, qohumum - kürəkənim Rüfət Qasımzadə və mən Ramiz Əzizbəyli ilə birlikdə.
Heç kimə əyilmək istəmədiyini, ancaq “Yasin” (Quran ayəsi) oxumaqla bizi, yəni keçmişdəki “bəy” nəslindən olan balalarını dolandıran Hacı Ağanı nəyə görə öldürüblər? 1915-ci ildə əlimizdən çıxan torpaqları qaytarmaq heç vədə qayıtmayacaq...
10 yaşın içində idim... Hələ tamam olmamışdı. Atam Hacı Ağa haqqında (Pirşağıda bağ yeri) 1.092 hektar. Beləliklə, Hacı Ağa Əzizbəyov rəhmətə getməmiş (neçə ilə yazdırıb, bilmirəm) “Yasin” surəsini yazdırıb. Yəqin ki, rəhmətə gedənə qədər. Bir neçə evi-mülki əlindən çıxan kişi - necə ölməyibmiş...
Atam son illərini mollalıq edərmiş - bu yolnan ailəsini dolandırarmış (düz 10 il mollalıq edib).
Cəfər Cabbarlı ilə bir sinifdə (gimnaziyada) oxuyam atam Hacı ağa Əzizbəyov bildirdi ki, gələcəkdə inqilab olacaq, Sovetlər ölkəsi qurulacaq - kim bilirdi?
 
Bir qədər Cəfər Cabbarlı haqqında...
O, böyük dramaturq kimi tanındı. Neçə-neçə hekayə və pyeslərin müəllifi (eləcə də kinonun) “Azərbaycanfilm” kinostudiyasının həyətində heykəli (ətrafı barelyeflərlə bəzədilmiş) ucaldılır. 
Azərbaycan kinosunun inkişafını görmək arzusu ilə yaşayan C.Cabbarlının xidmətləri unudulmur və bu gün də kino işçilərinin gözünün qabağındadır.
Atam Hacı Ağanın Sovetlər ölkəsi qurulandan sonra (20-ci ildəki inqilab nəzərdə tutulur) bir neçə müddət sonra dini üstün tutdu, məscidə getdi - Təzəpir məscidinə!
Bibim isə (atamın bacısı) düz 100 il yaşadı. Gövhər xanım heç vaxt ərə getməyib, əziz qardaşı balalarını yığıb başına. Krayne Krivaya küçəsi 72-də (Sovetlər küçəsinə çıxan yerdə) yaşamağımı bilmirəm, bir onu bilirəm ki, burda 6 yaşına qədər yaşamışam... Ondan sonra qardaşı uşaqlarını yanına çağıran Hacı Ağa bibisigilə köçmüşük. İki gözlərininnurunu itirən Gövhər xanım qocaldıqda da bizim ailəyə əl tutub. Onun evində yaşamışıq - Persidski-35-də.
 
Bir qədər ləzgi millətindən danışaq.
Bizimlə bir məhəllədə keçmişdə yaşayan Rafiq Qəniyevdən... Keçmiş illər Persidski küçəsində adı olub. İnqilab yetişən ərəfədə adını dəyişib, qoyublar Poluxin (keçmiş illərdə küçələrin adını tez-tez dəyişirdilər. İran yolunun üstünə çıxan küçənin adı Persidski, sonradan Sovet dövrünə yaxın bu küçənin adı olub Poluxin. Poluxin də hər hansı inqilabçının adına şərəfinə qoyulub). İndi bu küçə Murtuza Muxtarov adlandırılır (Bakı sovetinə çıxan küçə, yaraşıqlı bina). Bu küçə o qədər də uzun deyildir. Nə isə...
Bibim Gövhər xanım kirayənişin tapıb özünə, ya özgələri tapıblar Qəniyevləri, bilmirəm. Həmin dövrlərdə köhnə məhlədə yaşayırdıq. Qəniyev Zeynətdin ləzgi millətindən olub - hər ay bizə kirayə yaşadığı üçün kirayə pulu verərmiş. Bibim Gövhər xanım iki gözdən zəlil olduğu üçün babaları ölənə yaxın Qəniyevləri çöl tərəfdə yerləşdirir.
Bir neçə illər qardaşım Rafiq Əzizbəyliyə “kirayənişin” pulu da ödəyib. Uzun illər yaşadığı kirayə haqqı ödəyən Rafiq Qəniyev nəhayət alt-üst mərtəbələri məhkəmə yolu ilə mənimsəyiblər. O dövrdə Yasamal rayon məhkəməsinin sədri (?) (il, ay). 
Bir müddət əvvəl - 1977-ci ilə qədər yaşamalı idim.
Yusif Quliyev mənə buranı təmizləyirdi. Amma köçməyə razı olmadı. Yoxsa indi zirzəmi şəraitində yaşayacaqdım.
Qayınanam Rəna xanım
Nəhayət, 8-ci Zavad küçəsində bir otaqlı, bir şüşəbəndli otaqda yaşacaqdım. O da Gürcüstandan Bakıya köçən, mərhum aktyorumuz Möhsün Sənaninin bacısı Kubra xanım üçün aldığı qaranlıq otaq oldu...
10 nömrəli mənzil oldu.
Biz Poluxin (indiki Murtuza Muxtarov) küçəsinə köçəndən sonra bilmişik ki, Abid Şərifov (bir müddət Nazirlər Kabinetində müavin işləmiş) həmin bölgədən olan kişinin işidi bu...
Atamız Hacı Ağa Əzizbəyov (1899-1959) dünyasını dəyişəndən sonra dəyərini bilmişik bunu...
Atamız öləndən sonra bildiklərim - ömrümün son illərini “Yasin” puluna böyüdüb, boya-başa çatdırıb, “Yasin” puluna böyütdükləri balaları (11 uşaq) hamısı rəhmətə gedib. Bir bacım qalıb - Rəfiqə adında...
Atam Hacı Ağa bəy nəslindən doğulduğu halda, 1918-ci ildən müəyyən qüvvələrə görə molla kimi dünyasını dəyişib. Amma atam uzun illər Rafiq qardaşıma yazdırdığı “Yasin” puluna uşaqlarını dolandırıb. Ancaq “Yasin” puluna. Krayne Krivayada, neçə il də keçib, bilmirəm, yaşadığımız müddətdə ancaq “Yasin” oxumaqla dolandırıb balalarını.
Xədicə bu evdə görəsən neçə il yaşayıb? Bu dar bir küçədə necə dözüb bəlalara? Xəstəliyə, dərdə necə dözüb görəsən? Axı böyük qardaşım Əzizağa əsgərlikdə Tofiq qardaşım şuluq olub... Bir tərəfdən də Mir Hüseyn dayımız bizə “qabırğa” olduğu bir şəraitdə... Belə çıxır ki, Mir Hüseyn dayımız bizləri qoruyub... Çünki hələ öz övladları yox idi, Nəsilə xanımla təzə evlənmişdi. Olduqca can ataraq Mir Hüseyn dayı belə çıxır ki, bizləri qoruyurmuş. Onun üçün ayrılmış bir otaqlı kiçik evdə yaşayırmış. Tualet bizə həddindən yaxın ərazidə yerləşirdi. Yanbayan idi demək olar. O qədər yaxın idi ki, tualetin içini görmək olurdu. Onunçün də həmişə deyinərmiş Mir Hüseyn dayı.
Hökümə xalamız isə bizdən aşağıda - Sverdlovskida yaşayırdı. Əri Sattar kişi baməzə adam olduğundan həmişə zarafat edərdi. Qızları Mədinə (əri Şəfi), Zərifə (Rasim) və Sverlavsk-bolşevik idi.
Hökümə xalam isə dayım Mir Abdulla Salayev (Badam xanım), qızı Solmaz (Telman), oğlu Ağası (Mir Ələkbər Salayev), kiçik oğlu Mir Ağa Azərbaycanın Göyçay rayonuna (sürgün olub dayımız) Mir Abdulla Salayev köçəndən (Sovetlər küçəsi-1) sonra ömrünün sonuna qədər orada yaşayıb. Seyid olduqları üçün təqib ediblər. Göyçayda yaşamalı olublar. Qardaşının yanında uzun müddət yaşamalı olublar. Ölənə yaxın Bakıya köçüblər. Allah hamısına rəhmət eləsin!.. (fotolar) 
 
Təqdim etdi:
Rauf İlyasoğlu


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ