Bu gün Vətən müharibəsi şəhidi, hərbi qulluqçu Abdalov Nurlan Faiq oğlunun 25 yaşı tamam olur.
Tədbir Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarının ziyarəti ilə başlandı. Əvvəlcə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan şəhid Nurlan Abdalovun məzarı ziyarət olundu, məzar üstə tər çıçəklər düzüldü, dualar oxundu. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə, yaxınlarına səbr diləndi.
Sonra Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “25 yaşın qəhrəmanlıq zirvəsi” adlı tədbir başlandı. Tədbir Azərbaycan Dövlət himnin səslənməsi ilə açıq elan edildi, torpaqlarımızın azadlığı uğrundan canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirdə şəhid ailələri, şəhər ictimayyəti, media nümayəndələri iştirak ediblər. Tədbirdə iştirak edən Sumqayıt rəsmiləri qalibiyyət tariximizin bu günə qədər gələn yolundan, qəhrəmanlıq zirvəsini fəth edən şəhid, qazi və müharibə iştirakçılarının keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Bu cür şəhid tədbirlərinin mütamadə keçirilməsinin böyüməkdə olan nəslin tərbiyəsində, vətənə sevgi bəsləməsində böyük rolundan danışdılar.
Rəsmi hissə başa çatdıqdan sonra bədii hissə başlanıb. Tədbirdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrının aktyorları şeirlər səsləndirdilər, səhnəcilər göstərdilər. Müğənnilər və saz ifaçıları vətənpərvər mövzusunda mahnılar oxudular.
Sumqayıt şəhər İstedad liseyi və Sumqayıt şəhər Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin şəhid Nurlan Abdalovun adını daşıyan sinif şagirdləri şeirlər söylədilər, bir-birindən maraqlı qəhrəmanlıq kompazisiyasında səhnəciklər nümayiş etdirdilər.
Sonda xatirə şəkillər çəkildi.
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi.
Yeganə Telmanqızı
XeberTıme.az













