SON DƏQİQƏ

Şüvəlanda Aşıq Ələsgərin 200 illiyi ilə bağlı ədəbi- bədii gecə- FOTOLAR

Tarix:31-07-2021, 01:06

Tanınmış xeyriyyəçi Hacı İntiqam Atayevin təşkilatçılığı ilə Şüvəlan kəndində el ağsaqqalı  İntiqam kışının  yaşadığı geniş və yaraşıqlı həyətində ustad sənətkarımız Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuś ədəbi - bədii gecə keçirilmişdir.Yazıçı və şairlərin, alimlərin , söz-sənət adamlarının, Vətən müharibəsi  veteranlarının , tanınmış elm adamlarının , media işçilərinin iştirakı ilə keçirilmiş tədbiri ilahiyyatçı, tədqiqatçı yazıçı,1-ci qrup Vətən müharibəsi əlili- qazısı, "Həkəri" qəzetinin şöbə müdiri, ensiklopedik biliyə və  yaddaşa malik Əhli -beyt (ə) aşiqi Hacı Həsən Hüseyni açaraq qonaqları salamladı və vətənimizin azadlığı uğrunda canını qurban vermiş cəmi şəhidlərimizin  xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.
Tədbirlərin aparıcısı Hacı Həsən Hüseyni Aşıq Ələsgər yaradıcılığından geniş və əhatəli söhbət açdı və sonra sosial şəbəkədə   Dədə Ələsgər qrupunun  yaradıcısı,  rəhbəri Hacı Abbas həkimə  sözü verdi. 
Hacı Abbas həkim ustad sənətkarın bənzərsiz şeirlərindən söhbət açdı, ürək yanqısıyla  çıxış etdi.  Buzovna Cümə məscidinin axundu Hacı Soltan Hüseynqulu oğlu ona Məkkədən gətirdiyi və Kəbənin görünüşü həkk olunmuş suveniri və Quran kitabını hədiyyə etdi. 
Hacı Abbas həkim sonsuz təşəkkürünü bildirdi, yenidən nitq söyləyərək Həzrəti Əli əleyhisəlamin anası  xanım Fatimə bint Əsədin  küncdən nə cür Kəbəyə daxil olub və üç gün o müqəddəs məkanda qalaraq , yenidən həmin Kəbədən  xaric olub Həzrət Əli qucağında  çıxdığından söhbət açdı və xatırlatdı  ki, mən Kərbəlada olanda Muxtar Səqətinin ziyarətində  orda  da mənə belə bir hədiyyə  verildi və bu mənim üçün böyük bir mükafatdır  və bu hədiyyə Dədə Ələsgər qrupunda  saxlanılacaq , təbərrük olunacaq. 
Sonra Hacı Həsən Hüseyni sözü Dədə Ələsgər ictimai birliyinin sədri Xətai Ələsgərliyə  verdi. 
Xətai müəllim Dədə Ələsgərin nəticəsidir, Aşıq Talibin nəvəsidir, İslam Ələsgərin isə oğludur.
Xətai Ələsgər babasının  həyatından söhbət açdı və tədbirin təşkilatçısı Hacı İntiqama, məclisin  gözəl  aparıcısı Hacı Həsən Hüseyniyə və bütün iştirakçılara sonsuz təşəkkürünü bildirdi.
Aşıq Pəri Məclisinin üzvü , Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 4 cu kurs tələbəsi , əslən Zəngilan rayonunun Sobu kəndindən olan  Xavər Qabil qızı  Hüseynova 
" Cəlili " və " Orta Sarıtel" havasını   sazda ifa edərək məlahətli səsiylə  məclisə xoş ovqat qatdı.
Sonra Buzovna Cümə məscidinin axundu Hacı Sultan geniş və məzmunlu nitq söylədi. Azərbaycan Tibb Universitetinin müəllimi, yazıçı Nagdəli Nağdəliyev , Şahən Şah şadlıq  sarayının rəhbəri Rəşid  müəllim, şair Kərəm Kürqıraqlı, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsində böyük zəhməti olmuş və həmin qrupa rəhbərlik etmiş ictimai siyasi dövlət xadimi, polis polkovniki ( əslində isə general  rütbəsinə ən layiqli namizəd)  Həmid Cəfərov, şair Hacı Loğman, şair Şirvan Ağayev, " Yurd " jurnalının şöbə müdiri Gülmayı Feyruz qızı , " Həkəri" qəzetinin baş redaktoru, sair-jurnalist Rauf İlyasoğlu, şair Hacıxanım  Aygün Hüseyn  çıxış etdilər və saysız hesabsız silsilə  tədbirlərin, xeyirxah məclislərin  təşkilatçısı Hacı İntiqam Ağayevə təşəkkür etdilər, hədiyyələr, kitablar təqdim etdilər.
Şair Fəxrəddin Salım həm çıxışıyla,  həm də sazda ifa etdiyi"  Ruhani"  havasiyla    gözəl  məclisə  yeni bir rəng qatdı.
Xəyalə Əyriçalmalı Aşıq Ələsgərin " Gərəkdir" rədifli şeirini xüsusi zövqlə söylədi.
Gənc, istedadlı  rəssam Tamilla Əliyeva kətan üzərində, yağlı boyalarla çəkdiyi Aşıq Ələsgərin portretini Hacı İntiqam Atayevə hədiyyə etdi.
Aşıq Xavər  Zəngilanlı yenidən  məlahətli səsiylə və incə, şirin barmaqlarıyla   sazın pərdələrində ustalıqla gəzişərək  məharətiylə  çıxış etdi və hər kəsi sevindirdi.
Almaniyada yaşayan əslən Şüvəlana bağlı eloğlumuz  professor Çingiz Abdullayev Aşıq Ələsgərin 180 illiyini Almaniyada yüksək səviyyədə  keçirtdiklərindən   danışdı və hazırladıqları kitabı Aşıq Ələsgərin nəticəsi Xətai müəllimə təqdim etdi.
Xətai Ələsgərli yenidən söz alaraq tədbirin təşkilatçısı Hacı İntiqama saz hədiyyə etdi və tədbiri yüksək səviyyədə idarə edən seyid övladı Hacı Həsən Hüseyniyə Aşıq Ələsgərin əzəmətli  portretini hədiyyə etdi.  
Xətai Ələsgərli xüsusilə vurğuladı ki, Prezidentimizin imzaladığı Sərəncamla bu il hər yerdə Aşıq Ələsgərin 200 illik yubileyləri keçirilir.
Bu günki tədbirdən çox böyük zövq aldiq ,bizə çox ləzzət verdi.
Babamin dini şeirlərindən sitat gətirildi  və ona həsr olunmuş şeirlərə qulaq asdıq. Mən də babam Aşıq Ələsgərin 
" Əlif " in hökmüynən " Cim "  fərmanıynan, Ara kəlmə - kəlmə, dağıt " Əmmə" ni rədifiylə başlayan təcnisi  söylədi.
Məclis əhlinə özü qulluq edən , həm  iştirakçıların şəkillərini çəkən , həm də qonaqlara yüksək səviyyədə xidmət edən Hacı İntiqam Atayev sonda tədbir iştirakçılarına təşəkkürünü bildirdi və vurğuladı ki, əziz dostlar, mənə heç nə hədiyyə etməyin, Mənə verilən hədiyyələri kim məndən istəsə, ona hədiyyə edirəm. Klassik sənətkarlarımızı yaşatmaq, tədbirlər təşkil etmək bizim borcumuzdur.
Sonra Məclisdə Seyid Ağamir  Quran oxudu, xatirə şəkilləri çəkildi.
İstirahət günlərində avtobusların işləmədiyi pandemiya dövründə bizim hər zaman əziyyətimizi çəkən, bizi tədbirlərə və mənzillərə sağ - salamat gətirən  sürücümüz, qəzetimizin ( ictimai əsaslarla)  foto müxbiri Mikayıl Alquliyev başda olmaqla , gecə- gündüz sükan arxasında olan  sürücülərimizə  də  təşəkkür edirik.
Nağdəli müəllim deyəndə ki,  " təşkilatçı Hacı İntiqam bir dəqiqə də  əyləsmədi, məclisə həm özü  qulluq etdi,hər kəsin qəlbini sevindirdi, məclisin aparıcısı Hacı Həsən Hüseynidə olan yaddaşa heyran oldum "  deməsi məni çox sevindirdi və ustadımız Aşıq Ələsgərin ruhuna,   o cümlədən xeyriyyəçi Hacı İntiqamin şərəfinə   yazdığım şeiri , eləcə də Hacı Həsən Hüseyniyə həsr etdiyim cinaslı təcnisi də nəzərinizə çatdırmaqla sözümü tamamlayib hər kəsə can sağlığı arzulayıram ;

Ustad Aşıq Ələsgərin 200 illik yubileyi  ərəfəsində 

Şeirdə hər sözü nəzmə çəkibdir,
Açıb sinəsini edibdir sipər, 
Yazıb həm gəraylı, qoşma təcnisi, 
Unutma, ustaddır Aşıq Ələsgər.

Özündən deyən o necə aşığı, 
Baglayib sazıyla,sözüylə bənd - bənd, 
Ram edib bənd olan  gözəl   aşiqi, 
Rəbbimə, Qurana içibdi o and.

Yurdun talan oldu Aşıq Ələsgər, 
Ruhun tutar yagıları,  bilirəm,
Dayanıb səngərdə o şanlı əsgər,
Diz çökərək mən səcdəyə gələrəm.


Peyğəmbər sevgisi , Əli aşiqi, 
Hakimdir qəlbinə ruhuna, inan, 
Tükənməz qəlbində ilahi eşqi,
Vardır damarında , qanında inam.

Dahilər dərs alıb haqq aşiqindən,
Rauf da yetişər bir vaxt dadına, 
Doymaram tükənməz İlahi eşqdən,.
Mən qurban kəsərəm sənin adına. 

Rauf İlyasoğlu , 
26 iyul 2021 - ci il.


Dostum, xeyriyyəçi Hacı İntiqam Atayevin şərəfinə 

Düşmənə qəlbində olub intiqam, 
Sən qurban demisən Şuşa yolunda, 
Pəhləvan cüssəli Hacı İntiqam, 
Şir gücü toplanıb sənin qolunda.

Sənətkar yolunda mətin durmusan,  
Satqına  vermirsən nə fürsət, məqam.
Xərc çəkib ,gör neçə məclis qurmusan, 
Elin sevimlisi ,Hacı İntiqam.

Ordumuz düşmənə qalib gələndə, 
Sevincdən göz yaşı axıb gözündən, 
Hər vaxt sevinəsən, deyib güləndə , 
Nur əskik olmasın sənin üzündən.

Rauf İlyasoglu, 
21 iyul 2021.


Hacı Həsən Hüseynidə olan yaddaşa heyran olduq və  bu cinas da bədahətən  yaddaşımda Hacının sərəfinə  həsr olundu ;

Yaddaşa 

Söz desən də ya namərdə, ya daşa, 
Əhsən olsun səndəki o yaddaşa, 
Haram yolla qazanılan  kimsənin
Tamah salma bişirilən yad aşa .

Rauf İlyasoğlu, 
" Həkəri " qəzetinin baş redaktoru.



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ