SON DƏQİQƏ

Ruhun şad olsun, şəhid atası

Tarix:25-12-2020, 14:26

Bir agsaqqalımızı da itirdik44 gün ərzində ordumuzun rəsadəti hər birimizi sonsuz dərəcədə sevindirdi. Bir bir işğalda qalan ərazilərimiz Ali Baş Komandanımızın rəhbərliyi və nəzarəti altında azad olunduqca şəhidlərimizin və qazilərimizin   igidliyi dən fəxarət hissi keçirirdik. Doğma Laçın rayonumuz işğaldan azad olunanda , el ağsaqqalı, şəhid atası , hər kəsin məsləhət yeri dinə imana bağlı müdrik insan, Həkəri qəzetinin dini işlər üzrə məsləhətçisi  Məhəmməd Mursəlogluya zəng edərkən bu sevinci bolusmusdum Məhəmməd dayı demişdi : “Rauf, bala , Bayramsiz Laçın kitabına görə sağ ol, indi Lacinimiz  azad olunub gələrsən, məsləhətləşərik,  bu dəfəki kitabımız " Laçına qayıdış"   adlanacaqdır.”
Baş üstə deyib el agsaqqalı ziyarət edərkən təmkinin  pozmayan Məhəmməd Mursəloglu üzünü vəfalı ömür- gün yoldaşına tutaraq  demişdi : “Mən yaxşıyam.”  Zərif  nənən bir az xəstələnib, ayaqları agriyir deyə öz narahatlığını büruzə verməmək üçün söhbəti dəyisərdin.
Bu insan, həqiqətən də oxumamış alim, müdrik el ağsaqqalı idi. Ürəyi, qəlbi sözlə doluydu.Hər kəlməsi bir nəsihət idi.Məclis adamı idi . Xeyirxah insan idi. Hər kəsə düzgün yol göstərərdi. Qan yatırdan kişilərdən idi Məhəmməd Mursəloglu .
Oxuyub dərəcə almış usta idi. Sənətkar dəqiqliyi ilə evlər tikirdi. Ölçüsü, biçimi də zərgər dəqiqliyi ilə başa gəlirdi. Səliqəli, qabiliyyətli, məğrur kişiydi. Danışığı da dürr , dürüst və sanki məlhəm idi. Dara düşənlərin arxası  idi.Qan yatıran kişilərdən idi Məhəmməd dayı.
 Hər Qurban bayramlarında qoç qurban kəsərdi. Məni doğma balalarından ayırmazdı. Söhbət düşəndə deyərdi. Rauf, sən ki Bayramın kitabını yazarkən göz yaşları axıtmısan, səni necə unuda bilərik? 
 Sən də mənim balalarımdan birisən.Həqiqətən də  hər dəfə bu ocağa qədəm qoyarkən məni necə də mehriban , doğma balası kimi qarsılayardilar. Övladlarını  da mehriban, ağıllı, vətənpərvər  böyütmüşdü Məhəmməd dayı.
Sosial şəbəkədə Otərxan qardaşımızın bir yazısı məni çox kədərləndirdi. 
El ağsaqqalı haqqın dərgahına qovuşub.
Dərhal   oğlu  Sadıq qardaşımıza zəng etdim. Sən demə müdrik insanı heç kəsə əziyyət vermədən  torpağa tapşırıblar. Bu yazını yazmaq mənim üçün necə də ağırdır. Nə qədər insanları bu ocağa gətirmişdim.Bir  həftə əvvəl onunla danışaraq hal əhval tutmuşdum. Qəzetdə oğlu şəhid Bayram Məmmədov haqqında  bir yazı da çap etdirmişdim. Hər dəfə qəzeti görərkən sevinərdi. Zərif nənə isə mənə sonsuz təşəkkürümü bildirərdi . Son altı ay ərzində başımız bu pandemiyaya   qarışdığından Məhəmməd dayı ilə əl telefonu ilə əlaqə saxlayırdım.
Gözləyirdim ki, örüş çəkilsin, gedim bu insanla rahat söhbət edim. Üç saatlıq icazə ilə el agsaqqalının maraqli söhbətlərindən ayrılmaq olmurdu.
Hər gün şəhidlərimizə, dünyasını dəyişənlərin üzə Yasin oxuyardı. Bu bir ay ərzində nə qədər doğma insanları itirdik.Qardasım oğlu Asimanın 44 günlük vətən müharibəsində şəhid olması Məhəmməd dayını çox kədərləndirddi. Onun ardınca qardaşının həyat yoldaşının və professor dostumuz , iqtisadcı alim Hacı Zahid Məmmədovun həkimlərimizin səhlənkarlığı və nasilıgi ucbatından vəfat etməsi Məhəmməd kişini çox kədərləndirdi.Ölüm haqdır deyə   hər kəsə səbr diləyiri Məhəmməd dayı .
Ruhun şad olsun şəhid atası.

Rauf İlyasoglu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ