SON DƏQİQƏ

Sevindik Nəsiboğlu yazır: Zəfərə can fəda! – Qazi Rauf Qasımov.

Tarix:28-12-2020, 02:17

Bu gün Şanlı Zəfərimizin 1 ayı tamam olur. Bu gün həm də bizim böyük Qələbə Paradımızdır! Bu Parad təkcə bizim deyil, bütün Türk dünyasının, haqqın batil üzərində qazandığı Zəfərinin Paradıdır!
Bu Zəfərin əldə olunması üçün düz 44 gün çarpışdıq, vuruşduq, güllələrə sinə gərdik, döyüşdən döyüşə atıldıq, Türkün gücünü Qarabağın hər yerində mənfur düşmənə qarşı sübut etdik. 1945-ci ildə azərbaycanlı əsgərlərimiz döyüşə-döyüşə Berlinə necə çatdılarsa, 75 il sonra onların nəvələri, nəticələri və kötücələri də öz doğma Şuşamıza eləcə çatdılar Zəfər ab-havası ilə... Hisslər müxtəlif olsa da, hamısı sevinc hissi ilə birləşirdi bu hisslər. Onlar Şuşaya çatanda bu qədər sevinəcəyimizi, sevincimizdən Xarı Bülbül kimi qanadlanıb uçacağımızı bəlkə də bilmirdilər. Bizim şanlı əsgərlərimiz o xəbəri bütün Azərbaycan xalqına çatdırdılar... Və Azərbaycan xalqı ən böyük arzusuna çatdı! QƏLƏBƏYƏ! Artıq bir söz dillərdə əzbər idi: “QƏLƏBƏ!”
Bu Qələbə də təkcə bizim qələbəmiz deyildi. Bu Qələbə neçə illər onu gözləyən milyonları aşmış könülllərin qələbəsi idi. Bu Qələbə 200 il inləyən Haqqın, Hüququn, mənfur düşmən tərəfindən zaman-zaman parçalanaraq qəsb edilmiş vətən torpağının qələbəsi idi. Bu Qələbə “Zəfərə! Zəfərə!” deyən hər Türk ərinin, hər Türk nərinin, Tomris cəsarətli, hünərli qadınının, hər Türk oğlu, Türk övladının qələbəsi idi! Bu zəfər olmalıydı və oldu! Qarabağ bizim idi, bizim oldu! Qarabağ Türkün idi, Türkün oldu!
Bu Qələbəni bizə qazandıranlar var! Biz onları; Qələbə dadını bizlərə daddırmaq üçün canlarından keçmiş şəhidlərimizi, qazilərimizi heç vaxt unutmamalıyıq, unutmayacağıq! Onların qəhrəmanlıqları haqqında məqalələr dərc etməli, kitablar çap etməli, tarix dərsliklərinə salmalı, şagirdlərimiz tərəfindən öyrənilməli, qəhrəmanlıq dastanlarını yazmalı, filmlər çəkilməli, barələrində bəstələnmiş nəğmələri dildən-dilə gəzdirməliyik! Qazilər bizim üçün canlarını fəda etməkdən zərrə qədər belə çəkinməyibsə və Şəhidlər öz canlarını qurban veribsə, biz onlara ömrümüz boyu borcluyuq! Baxmayaraq ki, biz nə etsək də, onlara olan borcumuzu ödəyə bilmərik, yenə də bu yolda sona qədər çalışmalıyıq! Şəhidlərimizin ruhu, qazilərimizin sızıldayan canı rahatlıq tapsın deyə bunu etməliyik!
Mən də vətənini sevən övlad olaraq qərara gəldim ki, Vətən Müharibəsinin min ərindən, min nərindən bacardığım qədərinin qəhrəmanlıq dastanını yazım.
Onlardan biri ilk günlərdən Vətən Müharibəsində döyüşlərə atılan, Vətənə Zəfər gətirmək üçün çarpışan, Murov dağından Hadruta qədər şərəfli döyüş yolu keçən və bu yolda özünü qurban verməkdən zərrə qədər çəkinməyən, snayperçi olaraq 12 ermənini məhv edən Qarabağ Qazimiz Qasımov Rauf Teymur oğludur! Bu dəfə gəlin, onun Qəhrəmanlıq Dastanını oxuyaq!



Qarabağ Qazisi Qasımov Rauf Teymur oğlu 10 iyun 2000-ci ildə  Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. Belə ki, erməni mənfurları Raufun ata yurdu Ağdamın Mərzili kəndini işğal etdikdən sonra ev-eşiyini itirən ailə başqaları kimi işğal olunmuş ərazilərlə təmas xəttində yerləşən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində məskunlaşmışlar. ermənilər 12 iyul 1993-cü ildə ilk dəfə Ağdamı mühasirəyə salmaq üçün rayonun Mərzili və Yusifcanlı, eləcə də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinə qəflətən hücum etmiş, təkcə Yuxarı Qiyaməddinli kəndində 10 nəfər dinc sakini vəhşicəsinə qətlə yetirməklə 200-dən çox evi yandırıb külə döndərmişlər. Qonşu Mərzili kəndi işğal edildikdən sonra digər kənd sakinləri kimi Teymur Qasımovun ailəsi də qonşu Yuxarı Qiyaməddinli kəndindəki qohumlara pənah gətirərək həmin kənddə məskunlaşmış, İmarət xanımla ailə qurmuş, Rauf, özündən böyük qardaşı Həbib və özündən kiçik, hazırda Naxçıvanda ordu sıralarında xidmət edən qardaşı Rahib də həmin kənddə dünyaya gəlmişlər. Rauf burada dil açmış, Ana, Vətən sözlərini ilk dəfə burada söyləmiş, 6 yaşına qədər burada böyümüşdür. Qüdrətli dövlətimizin və onun qayğıkeş Prezidentinin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi yüksək diqqət və qayğının sayəsində köçkünlər üçün qəsəbələrdən biri də Ağdam rayonunun Baharlı kəndi yaxınlığında tikilməklə köçkünlərin istifadəsinə verilmiş, həmin köçkün ailələrindən biri də Teymur Qasımovun ailəsi olduğundan 27 dekabr 2006-cı ildə Rauf da ailəsi ilə birlikdə Ağdamın rayonunun Baharlı qəsəbəsinə köçmüş və orta təhsilinə Baharlı qəsəbəsində başlamışdır. 4-cü sinifə qədər Baharlı qəsəbəsində orta təhsil alan Rauf atasının Xocavənd rayon polis şöbəsində işləməklə ən bacarıqlı polis əməkdaşı olması, qəsəbə ilə iş yeri arasında məsafənin çox olması nəzərə alınaraq Beyləqan rayonu ərazisində yerləsən Xocavənd qəsəbəsinə köçmüş və orada orta təhsilini davam etdirmişdir. Atasının iş yerinin Ağcabədi rayonunu Taxta körpü ərazisində yerləşən Laçın rayon polis şöbəsinə dəyişdirilməsi ilə əlaqədar Rauf 4 ildən sonra, 2014-cü ilin mart ayının 16-da ailəsi ilə birlikdə yenidən Baharlı qəsəbəsinə qayıtmış, bundan sonra Rauf 11-ci sinifə qədər orta təhsilini davam etdirmişdir.
Vaxt-vədə yetişdi, Raufun 18 yaşın tamam oldu, o, vətən borcunu yerinə yetirməsi üçün özünün uşaq vaxtlarından arzuladığı, kişilik məktəbi olan hərbi xidmətə çağrıldı. Qismətdən hamıdan gizlədərək ən ülvi arzu kimi qəlbində sirr kimi daşıdığı Dövlət Sərhəd Xidmətində hərbi xidmətinə başladı. Əyninə əsgər forması geyinən gündən Rauf ancaq torpaqlarımızın bütövlüyü dərdini, torpaq həsrətini çəkdi, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canla, başla iştirak etmək eşqi ilə yaşadı, buna görə bütün təlimlərdə iştirak etdi, silahları, onlardan istifadə qaydalarını dərindən öyrəndi. O, hələ görmədiyi, yalnız xəyallarında canlandırdığı ata vətəni olan təkcə Ağdamı yox, bütün Qarabağı, bütün Azərbaycanı tam, azad, firavan görmək istəyirdi.
Rauf 18 yaşından başlayan 18 aylıq hərbi xidmətində vətənimizin çox yerlərini gəzib gördü. O, Zaqatalada, Cəlilabadda, Qobustanda, Füzulidə və digər regionlarda hərbi xidmətini davam etdirdi.
Vətən sevgisi həqiqi hərbi xidmətdən sonra onun köksündə daha da alovlanmağa başladı. Buna görə də o, tərxis olunduqdan sonra müddətdən artıq xidmət etmək üçün müraciət etdi və müraciəti müsbət həll olundu. Qazimiz 27 sentyabrdan başlanan Zəfər Yolundan əvvəl 6 ay təlimdə olub. 6 ay o, silahla yatıb, silahla durub, düşmənin başına od yağdıracaq silahı onun ən yaxın dostu, sirdaşı və könlünün munisi olub. Silah onun Zəfər Yoluna çıxmaq üçün tək yarağı olub. 6 ay içində gözünə düşmənin yuva qurduğu dağlardan və silahlardan başqa heç nə görünməyib. Kəpəz dağında, Qoşqar dağında, eləcə də Qazaxda və Ağstafada, Bığdağı deyilən yüksəkliklərdə və digər ərazilərdə aylarla təlimlərdə olub. Ona ancaq dağlarda təlim keçirilib.
Silaha və təlimə alışan Rauf ilk günlərdən belə özünü müharibəyə, cəngə, düşməni məhv etməyə hazırlaşdırıb. Döyüşə atılmaq üçün digər silahdaşları ilə birlikdə səbirsizlənirdi Rauf, bunun üçün günləri sayırdı, lakin önündə neçə ayları var idi.
Bu təlimlərdə o, bizim tox qalmağımız üçün ac qaldı, bizim şirin yuxu tapmağımız üçün yuxusuz qaldı. Bu, sadəcə, təlim idi. Ən çətini müharibədə olacaqdı... Lakin məşhur sərkərdələrdən birinin dediyi kimi təlimlər nə qədər çətin olacaqdısa, döyüş o qədər asan olacaqdı Rauf və Rauf kimi vətən fədailəri üçün... O da bunları nəzərə alaraq təlimlərin ən çətinləri ilə məşğul olurdu.
Rauf özü dastanında arzusunu da bəlli etdi: “Biz bilirdik ki, çoxlu dağlar aşacağıq. Şuşa, Kəlbəcər və digər yerləri işğaldan azad etmək üçün çox keçilməz yerlərdən keçməli idik, axı biz öz dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etməli idik...”
O, Şuşanın işğaldan azad edilməsində iştirak edə bilməsə də, Şanlı Zəfər yolunun ilk yolçularından biri oldu...!
3366 m hündürlükdə olan Qoşqar dağına da çıxan Rauf hər dağa çıxanda özünü yeni bir torpağı azad etmiş kimi hiss edirdi. Bunun həqiqətə çevrilməsi üçün səbirsizlənirdi. Kəpəz dağından Göygölə necə baxırdısa, Şuşa dağlarından da İsa bulağına, Turşsuya baxmaq istəyirdi. Arzusuna çatmaq istəyirdi! Təbii ki, çatacaqdı! Çünki o, Azərbaycan əsgəri, haqq, ədalət əsgəri idi!
Rauf əsgər yoldaşları ilə birlikdə 6 ay ərzində gündə 400 güllədən istifadə etdiyini və səhər-axşam olmaqla gündə iki dəfə dağa çıxıb-düşdüyünü də deyir.
O, həm də bu 6 ayda it bələdçisi kurslarında olurdu. Ukraynadan gətirilən itlərin əhliləşdirilməsi ilə məşğul olurdu. İtlərin əhliləşdirilməsi çox çətin bir iş idi. Bu iş üçün çox vaxt tələb olunurdu.
Çətin kurslardan sonra artıq əsgərlər sınanmalı idi. Rauf və onunla birgə 12 əsgər it bələdçiliyinə görə müsabiqədə idilər. 12 nəfərdən 2 nəfər birinci olmalı idi.
Rauf bu müsabiqə üçün çox çalışdı. Sədaqətli heyvanın əhliləşdirilməsi onun üçün elə də çətin deyildi. O, özünü müsabiqəyə tam hazır hiss edirdi və müsabiqəni qazanacağına özündə inamı var idi, lakin özünə tam da arxayın deyildi.Bəlkə də bu onun təvazökarlığından irəli gəlirdi. Elə də oldu! Rauf 12 nəfər təlimçilər içərisindən seçilən 2 nəfərdən biri oldu! 6 ayın təliminin boşa çıxmadığını və müharibəyə, cəngə-hərbə tam hazır olduğunu sübut etdi! Raufun bu şücaətinə hərbçilər və təlimçilər heyran qalmışdılar.
6 aylıq zəhmətin gözəl bəhrəsi olaraq komandanlıq tərəfindən Raufa 1 həftəlik məzuniyyət verildi. O, yeni ilini ailəsi ilə bir yerdə qarşıladı. Təzə ildən xidmətinə sevə-sevə əhliləşdirdiyi sədaqətli iti ilə Qusarda sıravi əsgər kimi davam edən Rauf burada Azərbaycan-Rusiya sərhəd zastavasında xidmət edir, durmadan öz üzərində çalışır, hərbi xidmətinin bitməyinə 3 ay qalmış xidmətini könüllü davam etdirmək üçün yazılır və bu dəfə yenidən 3 ay kurslarda olur. Kursları müvəffəqiyyətlə bitirən qəhrəmanımız ən böyük uğurlarından birini qazandı və gizir rütbəsinə yüksəldi! 2019-cu ilin fevral ayının 17-sində gizir kimi xidmətə başlayan və kəşfiyyat bölüyündə çalışan Rauf daha da böyük həvəslə xidmətini davam etdirirdi.
Kəşfiyyat bölüyündə xidmət edən qəhrəman Qazimizin bundan sonra çətinliyinin daha da artan günləri başlayırdı. Kəşfiyyatçı demək hər çətinliyə sinə gərmək və nə olursa olsun, davam etmək, müdafiə etmək demək idi. Gecə-gündüz təlimlərdə olan, yuxusuz gecələr keçirən Qəhrəman günü-gündən öz peşəsinə daha çox həvəslənirdi və o şərəfləndirici günün yaxınlaşdığını hiss edirdi. Ümümi təlimləri bitəndə də o, hətta istirahət vaxtlarında belə çətinliyi hiss etmədən, durmadan, yorulmadan fərdi qaydada öz üzərində çalışır və özünü həmişəkindən də çox Vətən Müharibəsinə hazırlayır, inanırdı ki, bir gün gələcək və o, torpaqlarımızın ərazi bütövlüyünü bərpa olunmasında iştirak edəcək, bu Vətənin hər qarışını qəhrəmanlıqla müdafiə edəcək, Allah tərəfindən sınanacaq, gücü-qüvvəti əksilməyəcək və Vətən üçün hətta canından belə keçməyə hazır olacaq! Ən qısası, Vətən Qəhrəmanı olacaq!



Və nəhayət o gün artıq gəldi-çatdı! Zəfəri qazanmağın vaxtı gəldi!
Qazimiz cənab Ali Baş Komandanımız İlham Əliyevin əks-hücum əməliyyatlarının keçirilməsi barədə uzun illər həsrətlə gözlədiyimiz əmri barədə məlumatı 27 sentyabr 2020-ci il gecə saat 2-də aldı və Daşkəsən istiqamətində cəbhə xəttinə doğru hərəkət etdi. Artıq səhər saat 7-də əks-hücum əməliyyatı başlamışdı. Silahdaşları ilə birlikdə qəhrəman döyüşçü Rauf aslan kimi irəliyə şığıyır, qarşısına çıxan mənfur düşmənlərinin başına od ələyir, onları məhv edirdi. Düşmənlər onun qarşısında aciz durumda idilər, bu cəsur döyüşçüyə heç nə edə bilmirdilər deyə canlarını xilas etmək üçün qaçırdılar. İlk gündən düşmənlər başlarını sərt qayaya çırpmışdılar. Rauf və əsgərləri düşmənlərə aman vermir, onları görən kimi məhv edirdilər. Onlar təlimat almışdılar ki, artilleriya düşmən postunu vurmalıdır və bununla da, növbəti düşmən postu ələ keçirilməlidir. Ordumuzun ilk hədəfi Daşkəsən istiqamətindəki yüksəkliklərdə yerləşən düşmən mövqeləri idi. Həmin günü saat 10-a qədər onlar döyüşdülər və artilleriya sona qədər zəruri nöqtələri intensiv atəşə tutdu. Onlar hücuma elə həvəslə başlamışdılar ki, aclıq, yuxusuzluq, yorğunluq nədir bilmirdilər. Qələbə simvolumuz olan Xarı Bülbül üçün tələssələr də, səbrlə, təmkinlə, inamla düşmən başına endirdikləri saysız zərbələrin sonda Zəfərlə yekunlaşacağı hissi ilə döyüşürdülər...
Vətən müharibəsinin ilk saatlarından döyüş təyyarələri, raketlər, artilleriya qüvvələri düşmənin başına od ələdilər. Bir neçə saat müddətinə əks-hücum əməliyyatı şiddətlə davam etsə də, düşmən 30 ilə yaxın müddətdə inşa edib gizləndiyi istehkamları tərk etməyərək müqavimət göstərirdi. Deyəsən, onlar Azərbaycan əsgərlərindən əməlli-başlı bir dərs almaq istəyirdi. Bu dərsi isə onlara snayperçi-kəşfiyyatçı gənc gizir Rauf Qasımov və onun əsgərləri verəcəkdi!
Düşmənlər saat 10-11 radələrində minaatanlar, artileriya qurğuları və QRAD-larla daha çox müqavimət göstərir, Azərbaycan əsgərlərinin irəliyə atılmasına çətinliklər yaradırdılar. Əsgərlərimiz çətin, dağlıq relyefdə, hava isə dağlıq şəraitinə uyğun olaraq soyuq idi. Buna baxmayaraq, Allah sona qədər şərait yaradacaqdı ki, əsgərlərimiz üşüməsinlər, çünki onları vətən sevgisi, Zəfərin astanası isidəcəkdi. Onlar yağışda islanmasınlar. Kəlbəcərə qədər irəliləyib dolub-daşan İstisuda çimsinlər. Allah bu şəraiti yaradacaqdı və Əsgərlərimiz Aslan kimi Zəfəri dadacaqdılar!
Hələ Zəfərə gedən 44 günün ilk günü idi... Düşmən sağdan, soldan və düz istiqamətdən əsgərlərimizi mühasirəyə almışdılar. Bu zaman düşmən postunu ələ keçirmək çətinləşirdi. Düşmənin olduğu mövqelər dağlıq ərazilərdə, əlçatmaz strateji yüksəkliklərdə idi. Məğrur Ömər yüksəkliyi artıq öz əsgərlərini qarşılamaq üçün səbirsizlənirdi. Çoxlu dağlar və yüksəkliklər var idi ki, oraya ermənilər başqa adlar vermişdilər. Təbii ki, həmin dağlar və yüksəkliklər də öz əvvəlki adlarının çəkilməsi üçün səbirsizlənirdi.
Artıq yeni hədəf bəlli idi: Ömər yüksəkliyi !
Strateji cəhətdən daha öndə olmaq üçün əsgərlərimiz yüksəklikləri elə ilk anlardan bir-bir azad edirdilər. Qəhrəman qazimizin dediklərindən;
“Artıq neçə saat keçmişdi. Biz məqsədimiz Zəfər olarkən ilk anda bir neçə kəndlərimizin işğaldan azad olunma xəbərini aldıq! Allah bundan sonra əsgərlərimizə daha da çox ilahi nur payladı və elə bundan bir neçə saat sonra, axşam saat 6-da əsgərlərimizin artilleriya zərbələri daha da gücləndi. Əsgərlərimiz qartal kimi düşmənin üstünə şığıyırdılar. Aslan kimi kükrəyib bozqurd kimi nərə çəkərək dağlara dırmanırdılar. İşğaldan azad olunması üçün yeni-yeni hədəflər bəlli olmağa başlayırdı.” Mən qanadlanıb uçmaq, ilhamlanıb yeni-yeni dastanlar yazmağa hazırlaşarkən mənim Qazim də silahı ilə vətənin ən böyük azadlıq dastanını yazırdı. Artilleriya çoxdan düşmən postunu vurub məhv etmişdi. Əsgərlərimiz durmadan irəliləyirdilər! Türkə durmaq yaraşmazdı! Düşmənlə qabaq-qabağa, həm də əlbəyaxa döyüşən əsgərlərimiz onlara aman vermədilər. O saat darmadağın etdilər!
Təbii ki, mənim Qazim dastanında şəhidlərimizin olduğunu da deyir... Əslində, bu itki deyil... Biz onları qazanmışıq... Yenidən qazanmışıq... Zəfərlə birlikdə onlar yenidən bizə qayıdıblar... Onlar ölməyiblər... Onlar Şəhidlik zirvəsinə ucalıblar və ruhları şad olaraq azad edilmiş torpaqlarımızın səmalarında uyuyurlar...
“Kişi kimi döyüşmək üçün kişi olmaq lazımdır” deyiminin min birinci sübutu olaraq düşmən yenə arxadan vurmağı üstün tutdu və arxadan dəyən minamyot zərbəsi Qazimin ayağını yüngül yaraladı... Qazim heç bir ağrı hiss etmirdi. Ona görə də heç nə olmamış kimi ağrının yerinə vətən sevgisini məlhəm edərək dayanmadan döyüşürdü. Vətən sevgisi və qalib olmaq istəyi ağrıları tamamilə ona unutdururdu deyə “Haydı Döyüşə!” dedi Qazim!
Saat 8-də isə Əsgərlərimiz həmin dağı və yüksəklikləri də azad etdilər. Düşmənə növbəti dərs verərək neçə saat əvvəl “dərs verməyə çalışan”ları da birdəfəlik yox etdilər. Mühüm strateji yüksəkliklər əsgərlərimiz tərəfindən azad edilmişdi. Asan relyef şəraitində olsa belə arxadan vurmağa çalışan düşmənlərin oturduğu yerdə artıq Azərbaycan əsgərləri aslan kimi, öz torpaqlarında vuruşurdular! Onların postları da bizim əlimizdə idi, indi də bizim əlimizdədir! Növbəti mühüm tapşırıq da həll edilmişdi! Cəsur, qorxmaz, mərd, şərəfli əsgərlərimiz özləri kimi şərəfli Zəfər yolunda durmadan addımlayırdılar! Çətinliklə də olsa, dualarla, təkbirlərlə, sədalarla, imanla bu tapşırığın da öhdəsindən gəldilər!
Qazimiz Rauf Qasımovun dilindən; “Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlısı olaraq azad etdiyimiz postlarda bir neçə saat gözlədik. Sonra Müdafiə Nazirliyinin əməkdaşları gəldilər və biz həmin yüksəklikləri onlara təhvil verdik. Özümüz isə növbəti tapşırıqların icrasına tələsdik”
Mənim Qazim bu şərəfli yolda ilk Zəfəri çaldı! Düşmənə növbəti dəfə qalib gələrək əməliyyatları sonuna qədər qəhrəmanlıqla icra etdi! Qorxmadan, yorğunluq nədir bilmədən, şərəfli yolda addımladı və bu yolda ayağına daş yox, raket belə dəysə, sürünərək, qarış-qarış da olsa yenə də bu yolda olacağını qərarlaşdırmışdı.
Növbəti qələbədən sonra onlara göstəriş gəldi ki, Daşkəsənə qayıtmaq lazımdır. Artıq Murovdağ yüksəklikləri, Talış kənd yüksəklikləri, Talış kəndi və Suqovuşan mənfur düşmən tapdağından azad edilmişdi, əlbəttə ki bu qələbələrdə Qazimiz də yaxından iştirak etmişdi. Orada onunla çiyin-çiyinə mərdliklə döyüşmüş silahdaşlarından şəhid və qazi olanlar da var idi.
Qəhrəmanım öz silahdaşlarını və ümumilikdə Şəhidlərimizi və Qazilərimizi unutmur... Unutmamağı özünə borc bilir! Heç birimiz unutmamalıyıq və unutdurmamalıyıq! Bu torpağın hər qarışına Şəhidlər vermiş, Qazilər bəxş etmişik! Və sonunda onların sayəsində vətənimizə Zəfər şərbəti daddırmışıq!
Şəhidlərimiz və Qazilərimiz döyüş meydanından götürüldü. İlk Qazilərimizə can verildi, Vətən uğrunda canını qurban verən İlk Şəhidlərimiz isə dəfn edildi...
Artıq Tərtər-Kəlbəcər istiqamətində Qazimiz və onun silahdaşları qarşısında qoyulmuş tapşırıq layiqincə yerinə yetirilmişdi və indi onları vətənin azadlığı uğrunda yeni-yeni şərəfli tapşırıqlar gözləyirdi.
7 oktyabrda artıq növbəti döyüş tapşırığı verildi! Zəfər bizi gözləyirdi! Hədəf artıq Füzuli şəhəri və onun yaşayış məntəqələri idi!



Əsgərlər silah-sursatları götürdülər və günorta saat 1-də Füzuli şəhəri istiqamətində yollandılar. Axşam saat 11-ə işləmiş onlar uzun yol qət etdikdən sonra Füzuliyə çatdılar.
Əsgərlər Dövlət Sərhəd Xidmətinin komendatlığında idilər. Komandir onları qrup şəklində düzdü. Əsgərlər qrup şəklində düzülmüşdülər və hər qrupda 13-14 nəfər əsgər var idi. Ümumilikdə, orada Raufla birgə onun təqribən 150 nəfər əsgər yoldaşı cəmləşmişdi. Komandir əmrini verdi! Füzuli istiqamətində Zəfərə doğru irəli!
Qazimiz deyir ki, özümüzlə yemək götürmədik, ərzaq götürmədik. Onların əvəzinə çoxlu silah-sursat götürdük. Çünki döyüşdə ər kişinin arxa-dayağı çiyin-çiyinə döyüşdüyü əsgər yoldaşı, bir də silah-sursatıdır! Türkün silahı olmalıdır! Türkün silahı həm güc, həm qüvvət, həm də qələmdir ki, mən də Raufun dediklərini qələmimlə kağız üzərinə həkk edirəm və etməliyəm! Rauf deyirdi ki, artıq o qədər sursatımız, zəruri olan hər növ silahlarımız var idi ki, paltarımızda onları daşımaq üçün yer qalmamışdı.
Rauf 13 nəfərdən ibarət gizir heyətindən təşkil edilmiş snayperçi-kəşfiyyatçı qrupun tərkibində olmaqla həm də qrup komandirinin müavini idi. Qrup komandiri isə Ələsgər Ələsgəroğlu idi. Onun da adını qeyd etməyi özümə borc bildim. O, əsgərlərimizlə çiyin-çiyinə döyüşmüş və Raufla birgə böyük qəhrəmanlıq göstərmişdir!
Rauf onu da deyir ki, əgər qrup komandiri yaralansa və ya Şəhid olsa, qrupu özü idarə etməli idi. Həmin qrup komandiri isə hal-hazırda sağdır və Qələbəni qeyd edən bizə qələbə bəxş edən minlərlə əsgərlərimizdən biridir!
Həmin günü saat 11-də əsgərlər onlar üçün narahat olmasınlar deyə öz ailələrinə zəng etdilər... Bəlkə də kimisi sonuncu dəfə öz ailəsinə zəng edirdi... Bu zaman insan o qədər duyğulu olur ki, sözləri ifadə etmək çətinləşir... Təkcə, qrup yox, həmin gün Füzuli istiqamətində döyüşən bütün əsgərlər qarşılarına məqsəd qoymuşdular: Ya Qələbə ya da yenə Qələbə! Bundan başqa ikinci yol yoxdur!
Rauf da öz ailəsi ilə danışırdı. İçindəki hislər müxtəlif idi. İstəyirdi ki, anasının, atasının, ailəsinin səsini eşitməmiş Şəhid olmasın... Elə bilirdi ki, bundan sonra daha bir də ailəsi ilə danışmayacaq... Valideynlərinə bildirməsə də, çox duyğulu idi... Can şirin şey idi, lakin Vətən ondan da şirin idi onun üçün! Rauf ailəsi ilə sonuncu dəfə danışırmış kimi danışdı. İçini bütünlüklə boşaltdı. Qismət... Bəxt... Tale... Döyüş Raufun alnına yazılmışdı Allah tərəfindən! Vətən uğrunda gedən bu döyüşdə ya Qazi olmalıydı, ya da Şəhid!
Hər şeyə sonuncu dəfə baxırmış kimi yanaşan Rauf zəngi dayandırdıqdan sonra təsəvvürünə çox şey gətirdi. Ağlından keçirdiklərini bir cümlə ilə ifadə etdi: “İnşəAllah valideynlərimin sinəsinə övlad dağı çəkmərəm, onlar məndən nigaran qalmazlar...”
Ərənim bundan sonra ancaq döyüşü düşünürdü! Cəngi düşünürdü, hərbi, düşmənin üstünə qartal kimi şığıyıb çökməyi, onu məhv etməyi düşünürdü! Bunun üçün qayaları çapıb, dağları dəlib, hər cür fədakarlığı edib Qələbəni xalqına bəxş etməyi, qismət olsa özü də görməyi düşünürdü! Eyni zamanda Şəhadəti də düşünürdü! Vətən adlı qaraca torpağı düşünürdü! “Getdi var, döndü yoxdur” sözünün qüdrətini, “Şəhidlik” zirvəsinin əzəmətini düşünürdü! O, bu döyüşdən sonra həmin torpaqda uyuya da bilərdi. Lakin Allah onu qoruyurdu... Rauf bunu bilirdi. Ona görə də bir az da inam hissi var idi. Yaşamağa inam! Ailəsinə, evinə, eşiyinə qələbəni gətirməyə inam! Yoldaşları ilə birgə Rauf bunları düşünürdü...
Rauf qorxmurdu, qorxudurdu! Qaçmırdı, yağı düşmənini qovurdu! İTİ QOVAN KİMİ qovurdu! Son nöqtəyə qədər düşmənləri qovurdu! Bununla o, fəxr edirdi! Düşmənləri qovduğuna görə, hər döyüşdən zəfərlə qayıtdığına görə, yatmış ruhları ayıltdığına, narahat ruhları şad etdiyinə, torpaqları Azad etdiyinə görə fəxr edirdi! Fəxr edirdi ki, bu Vətənin övladıdır! Türkdür, Türkün övladıdır!


Babalarının, nənələrinin bir vaxtlar su içdiyi bulaqları, gəzdiyi meşələri, çölləri, çəmənləri, dərələri, dağları, gördüyü hər qarış vətən torpağını azad etdiyinə görə fəxr edirdi, qürur hissi keçirirdi! Hər gün o, hər addım irəli getməsi ilə babalarının ruhunu narahatlıqdan azad edirdi! Buna görə fəxr edirdi! Fəxr edirdi ki, Azərbaycan türküdür və bu azadlıq mücadiləsinin bir parçasıdır!
Beləliklə, həmin günü saat 12-də artıq Rauf və döyüş yoldaşları növbəti döyüş tapşırığını yerinə yetirməyə tam hazır idilər. Onlar “Ya Qazilik, Ya Şəhadət, təki vətən sağ olsun!” deyib döyüşə atıldılar. Pələng kimi, ər kimi, nər kimi meydana atıldılar və Zəfər gününü daha da yaxınlaşdırmaq üçün döyüşdülər!
Füzulinin bir neçə kəndinin azad edilməsi uğrunda başlanılan həmin döyüşlərdə Rauf deyir ki, çoxlu sayda Azərbaycan fədailəri hərbi zirehli texnikalar və tanklarla düşmənin üzərinə ley kimi şığıyır, düşmənlərə aman vermir, düşmənin üzərinə doğru irəliləyirdilər. Yuxu onlar üçün heç nə idi. Çünki onlar körpələri güllə səsləri oyatmasın deyə döyüşürdülər. Ölüm onlar üçün heç nə idi, çünki Vətən, Haqq, Ədalət yolunda şəhadətin Allah dərgahında ən yüksək məqam olduğunu bilirdilər! Ulu Ruhların şad olması Raufun və döyüş yoldaşlarının əsas məqsədlərindən biri idi! Çünki onlar bu dünyadan narahat getmişdilər... Onlardan biriləri də onun öz babaları və nənələri idi... Allahım möcüzə edərdi, onlar bir anlıq yaşayardı, indi Raufun qəhrəmanlığına, onun barəsində yazılan bu qəhrəmanlıq dastanına baxıb fəxr edərdilər... Bəlkə də Allah dərgahında elə bunu da edirlər...
Keçdikləri yolların yaxınlığında azad edilmiş strateji yüksəkliklər, düşmənə məxsus, ordumuz tərəfindən məhv edilmiş QRAD qurğuları, müxtəlif hərbi texnikalar, hərbi maşınlar görünürdü. Vurulmayan hərbi texnikaları isə müzəffər ordumuzun qarşısında davam gətirə bilməyən düşmən qoyub qaçdığından hərbi qənimət kimi götürülürdü.
Düşmən onların yerlərini bilməsin deyə Rauf və onun döyüş yoldaşlarının olduğu hərbi avtomobilin işıqları söndürülmüşdü. Çünki düşmən onları görüb tez artilleriya və minaatanlarla hücum edə bilərdi. Sürücü zil qaranlıqda avtomobili ustalıqla idarə edirdi, çünki Vətən, Ana harayına işıqsız da getmək olar... Bu, qaranlıqda qara pişik axtarmağa bənzəyirdi... Onlar isə qaranlıqda qara pişik axtarmırdılar, qaranlıqda Millətin işıqlı, sakit, şən Sabahını axtarır, bunun üçün vuruşurdular! Hər dəfə döyüşə başlamazdan əvvəl Rauf əlini Allaha açıb sona qədər dua edirdi: “Allahım, Zəfərimizi daim eylə! Bizi müzəffər eylə! Bizi dərgahına göndər, ancaq Azərbaycan övladının ayağına daş dəydirmə! Allahım, Sən bizi qoru! Elə et ki, heç olmasa, sağ-salamat döyüşə çataq, pilotsuzlar kolonumuzu vurmasın! İzninlə səhəri sağ-salamat aça bilək, Allahım!”...
Allah Raufun duasını qəbul etdi... Hələ neçə duaları O, qəbul edəcəkdi... O, bu duaları qəbul etməklə qalmayıb Raufun şirin canını qoruyacaqdı...
Səhəri sağ-salamat açdılar. Düşmən onların kolonunu görə bilmədi. Səhər tezdən kolon Füzuli rayonunun müvəqqəti işğalda olan kəndlərindən birinin yaxınlığına çatdılar. Rauf onu da deyir ki, oraya ermənilər ad qoymuşdu. Əslində, nəinki həmin kəndə, bütövlükdə Füzuliyə, Qarabağa onlar ad qoymuşdular. Axırda nə oldu? Rauf kimi Şanlı Əsgərlərimiz həmin adı elə ermənilərin özü ilə birlikdə cəhənnəmə göndərdi!..
Növbəti tapşırıq düşmən hərbi hissəsini nəzarətə götürmək və bununla da daha çox üstünlük qazanmaq idi.
Komandir öz əsgərlərini, igidlərini sıraya düzdü. Və mühüm tapşırığı verdi: “Növbəti tapşırığımız düşmən hərbi hissəsini darmadağın etməkdir! Düşmən qudurub, igidlərim! Həddlərini bildirməyin vaxtı gəlib çatıb! Onlara elə dərs verin ki, bundan sonra Türk igidinin gücü nə imiş, bilsinlər! Haydı, ərənlərim, analarımızın-bacılarımızın gözünü yolda, ürəyini həsrətdə qoymayaq! Füzuli bizim idi, bizim də olacaq! Türk Zəfərə yeriməlidir! Zəfərə!”
Və Türk oğlu Zəfərə yeridi! Rauf öz snayperçi mövqeyini tutaraq düşmənlərə əsl snayperçinin necə olduğunu göstərdi! Əvvəlcə, Əsgərlərimiz HAROP-larla, artilleriya ilə düşmənə əks-hücum etdilər! Ondan sonra isə müdafiə olunmaq istəyən düşmənə Qurd Qapanı (Qurd fəndi) kimi basqın edildi! Düşmən çarəsiz vəziyyətdə qıvrılır, deşik axtarırdı ki, siçan kimi gizlənsin. Və tülkü kimi hiyləgərlik etməyə çalışırdı. Lakin Azərbaycanın rəşadətli əsgərinin bu yalanlara, bu hiylələrə qarnı tox idi! Bu döyüşdən əsgərlərimiz ancaq Zəfərlə çıxacaqdı! Onların əsas məqsədi bu idi!
Qabaqlarına hansı düşmən “əsgəri” çıxırdısa, hamısını ərənlərim dəryazla otu biçən kimi biçirdi! İmkan vermirdi ki, deşikdə gizlənsin. Demək olar ki, ərənlərimiz, əsgərlərimiz ancaq düşməni qovurdu! İTİ QOVAN KİMİ qovurdu! Düşmən qaça-qaça it kimi ləhləyirdi! Artıq onlardan nə tülkü çıxardı, nə çaqqal. Sonuncu dəfə bir Türk əsgəri, bir Əli Zülfüqarı kimi Bayraqdar görməsinlər, bir Koroğlu nərəsi eşitməsinlər deyə ağıllarına gələn tək fikir, əllərində olan tək imkan qaçmaq idi! Silahlarını, toplarını, hərbi maşınlarını, texnikalarını, hətta paltarlarını və şalvarlarını belə qoyub qaçan düşmən , təbii ki, ərənlərimiz qarşısında davam gətirə bilməzdi! Və Səfər kimin idi? Türkün! Zəfər kimin idi? Allahın və Ona inananların!
Gecə sonuncu dəfə ailəsi ilə danışan və Qəhrəmanlıq dastanını yazmaq istəyən 7 nəfər həmin dastanlı gündə Şəhidlik Zirvəsinə ucaldılar! Allah Onlarla birgə bütün Şəhidlərimizə rəhmət etsin! AMİN!
Qazimiz Rauf həmin döyüşlə bağlı xatirələrində həm də deyir ki, “postu itirən düşmən yenə də hiylələrindən əl çəkmirdi. Məkrli planları qarşıda idi. Postu itirdikdən sonra hündür dağın başından bizi minaatanlarla vurmaq qərarına gəlmişdilər və vururdular. Lakin tez bir zamanda elə cəza aldılar ki, bu cəzanı heç bir düşmən almaq istəməzdi”. Bu cəza Türkün düşmənə verdiyi cəza idi! Allahın qırmancı olan Türkün!
Rauf həm də deyir ki, “biz şükür edir və Allaha dua edirik ki, biz Azərbaycanın Üçrəngli, Nurlu Bayrağını həmin yerdə dalğalandırdıq! Qanlar və canlar bahasına da olsa biz həmin yeri işğaldan azad etdik! Şükür olsun Allaha! Füzuli Türk Vətəni idi və Türk Vətəni də oldu”!
Hərbi hissə çox geniş və böyük idi. O hərbi hissə ki, donuzların tövləsi olmuşdu və Azərbaycan Əsgərinin oraya ayaq basması ilə indi ora çox yaxşı bir hərbi hissə olacaq. Orada çoxlu yeməklər, ərzaqlar, əşyalar, silahlar var idi. Yollarda qalmış qənimətlər orada da dayanmırdı. Əsgərlərimiz yollarda qalmış bütün texnikaları qənimət kimi götürüb elə həmin texnikalardan düşmənin özünə qarşı istifadə edir və bununla da düşmənə hərtərəfli gözdağlarından birini çəkdirirdilər.
Artıq dan sökülmüşdü. Türkün sabahı açılmışdı. Saat 2-də əsgərlərimiz, ərənlərimiz şadlıqla bu yeni zəfəri bayram kimi qeyd edirdilər. Raufun ürəyinə dammışdı və yəqinləşdirmişdi ki, bu saat komanda veriləcək, yeni tapşırıq gələcək və biz yenidən Zəfər yürüşünə davam edəcəyik!
Elə də oldu. Qəhrəmanların komandiri gəldi və yenidən əsgərləri sırayla düzdü və dedi;
Ərənlərim! İgidlərim! Siz Füzulinin igidlər yetirmiş kəndlərini işğaldan azad etdiniz! Siz gecə yatmadınız, ancaq yorğunluq nədir bilmədiniz. 10 milyonluq arxa cəbhə isə əvəzində Sizin qəhrəmanlığınızdan qürurla danışdı! Sizin azad etdiyiniz kəndlərin xəbəri bu 10 milyonu sevindirdi! Artıq biz daha çox irəliləmişik! Strateji yüksəklikləri, üstünlük qazandıran yerləri işğaldan azad etmişik! İndi isə növbəti hədəf bir qəsəbədir! Növbəti hədəf: HADRUT QƏSƏBƏSİDİR!



Əsgərlər sevinclərindən nə edəcəklərini bilmirdilər. Hadrutun işğaldan azad edilməsi Böyük Zəfərə daha da yaxınlaşmaq demək idi! SSRİ dönəmində azərbaycanlıları Hadrutdan məqsədli qaydada didərgin salmaqla əvəzində erməniləri oraya yerləşdirdiklərindən orada o qədər ermənilər yaşayırdı ki, az qala ora “erməni şəhəri” statusu veriləcəkdi. Orada bir nəfər də olsun Azərbaycanlı tapmaq olmazdı. Hadrutun işğaldan azad edilməsi yağının kökünün oradan tamamilə kəsilməsi, təmizlənməsi, daha da çox iti qovan kimi qovulması, bununla da müqəddəs Şuşaya yolun açılması demək idi!
Düşməni sona qədər torpaqlardan qovmağa tam hazır olan və sonuna qədər bunu sübut edən ərənlərimiz və Rauf Hadrut istiqamətində yollandılar. Rauf sonuna qədər fəxr edərək və öyünərək deyir ki, “bu günə qədər qarışqanı incitmək istəməyən biz qarışqaları incidənləri (doğrudan da ermənilər həm təbiətə qarşı, həm də heyvanlara qarşı terror edirlər, torpaqlarımızdan qaçan zaman öldürdükləri itlər və can dostları olan donuzlar bunun bariz nümunəsidir) belə desək, evləri yandıranları, qadınlara təcavüz edənləri, qoca-cavan demədən başkəsənləri, ocaq söndürənləri, bir sözlə, dünyada yaşamaq haqqı olmayan parazit düşmənləri – erməniləri məhv edərək sona qədər torpaqlarımızdan qovurduq”!
O, deyir ki, “sadəcə, düşməni məhv etməklə insanın hirsi soyumurdu, insan istəyirdi ki, bu günə qədər ermənilərin bizə qarşı etdiyinin hamısını ermənilərə qarşı etsin. Lakin biz bunu etmirdik, fərqimiz də elə bundadır... Fərqimiz olsun ki, Allah bizi bəyənsin və Zəfərimizi daim etsin! Onsuz da Türk Qələbəsinin Paradını izləyən ermənilər kütləvi olaraq qırılacaqlar və bir-birlərini didəcəklər... Onlar qeyri-rəsmi matəm elan edəcəklər, erməni “xalqının” matəmini...”
Hadruta doğru gedən yol sonra Şuşaya doğru uzanacaqdı... Şuşada da Şanlı Ordumuz Zəfər Tarixini, dastanını yazacaqdı! Rauf və döyüş yoldaşları fəxr edirdilər ki, yolboyu bu hərbi maşın gedirdi və dayanmırdı, çünki arxada qalan hər qarış torpaq azad torpaqlar idi. Bütün torpaqlar azad edilməliydi və edilirdi də!
Saat 3 radələrində Cəbrayıl istiqamətində yeri-yurdu olmayan və bunu özləri “bilməyən” düşmənlər Rauf və döyüş yoldaşlarının da içində olduğu “Kamaz”ı minaatanlardan və müxtəlif iriçaplı silahlardan atəşə tutdular. Kamaz sağdan və soldan, qarşıdan fasiləsiz atəşə tutulurdu. Təlaş yox idi... Qorxu yox idi... Sürücü o saat düşmənin bütün planlarının üstündən xətt çəkib dayanmadan sürətlə yoluna davam etdi.
Artıq onların əyləşdiyi Kamaz sürətlə Cəbrayıldan keçdi və Hadruta yaxınlaşdı. Tapşırıq daha da dəqiqləşirdi. “N” saylı xüsusi təyinatlılar Hadrutda döyüşən əsgərlərə kömək edərək Hadrut qəsəbəsini işğaldan azad etməli idilər!
Kamazın yük yerində oturan və deyib-gülən əsgərlər nə qorxurdular, nə də təşvişə düşürdülər. Sadəcə, Qələbəni, Qələbəni və Yalnız Qələbəni düşünürdülər! Hər dəfə olduğu kimi bu döyüşdə də onlar həyatla vida etməyə hazırlaşmırdılar. Rauf da həmin döyüşçülərdən biri idi... “Öldü var, döndü yoxdur” deyirdi!
Artıq qəhrəman ərənlərimiz Hadruta çatmışdılar. Rauf və əsgərləri Kamazdan düşdü və yenidən yeni Zəfərə yollandı!
Xüsusi təyinatlılar Hadrutda idilər. Onlar döyüşə yeni çatan qardaş ərənlərini görəndə çox sevindilər və birgə Zəfər üçün döyüşdülər!
Zəfərə doğru olan bu yol zəhmətdən keçirdi. Rauf etiraf edir ki, “döyüş çətin keçirdi. Düşmən dağın başında, əsgərlərimiz isə aşağıda idi. Buna baxmayaraq, üstünlüyü Şanlı Əsgərlərimiz xüsusi bacarıqla tez əldə etdilər! Xüsusilə də “Harop”ların bu işdə rolu əsas və böyük oldu. Düşmənin qorxulu yuxusu olan “Bayraqdar” və “Harop” səmada rəqs edirdi və bununla da düşmənin əlindən əsas və önəmli strateji yüksəklikləri geri alırdıq”!
Komandir, mayor Ələkbərov qanlı döyüş gedə-gedə hər an ratsiya ilə əsgərlərlə əlaqə saxlayaraq onları daha da ruhlandırırdı:
Narahat olmayın, elə də uzaq məsafə qalmayıb. Strateji yüksəklikləri nəzarətə götürmüşük. Bir neçə saat sonra artıq Hadrut da işğaldan azad ediləcək! Üstünlük bizdədir! Əmr edirəm ki, döyüş meydanına daha çox “Harop”lar göndərilsin! Düşmənin yüksəkliklərdəki mövqeləri “Harop”larla vurulsun!
“Bu ratsiya əlaqəsi əsgərlərimizin irəliləməsi üçün çox önəmli idi. Çünki əgər “Harop”lar göndərilməsəydi, Hadruta girmək bir az çətinləşə və ya gecikə bilərdi. Hadrut dağlıq və hündür bir ərazidə idi. Əvvəlcə, “Harop”la dağlıq ərazilərdəki düşməni vurmalı, sonra isə hücum etməli idik” deyir Qazimiz Rauf.
Komandirin ratsiya əlaqəsindən sonra “Harop”lar düşmənin üstünə şığımağa başladı və düşməni mərmi yağışına boğdu. Bundan sonra düşmən artilleriya və aviasiya bombardmanları ilə darmadağın edildi, pərən-pərən düşdü, terrorçuların heç bir gücü qalmadı. Hücum edildi! Yüksəkliklərdəki düşmən postları da əsgərlərimiz tərəfindən darmadağın edildi!
Bundan sonra nədənsə, bir ara atəş səsləri dayandı. Haradasa, 10-15 dəqiqə sükut oldu. Silahlar lal-dinməz əsgərlərin qoynuna çəkildilər. Ən birinci atəşi vurulmuş düşmən postlarının əsgərləri dayandırdı, çünki artıq yetəri qədər silahları da yox idi, bitmiş və tükənmişdilər. Postda ,demək olar ki, heç nə qalmamışdı. Dediyim kimi, pərən-pərən düşmüş uğursuz düşmənlər atəşi dayandırdılar və öz məhv edilmiş əsgərlərinin meyitlərinə baxmağa başladılar. Rauf deyir ki, “onların itkisi Hadrut döyüşündə çox idi. Atəşi dayandıran aciz düşmən həm də bu hərəkəti ilə yalvarırdı ki, Siz də atəşi dayandırın, daha atmayın. Yəni ermənilər istər-istəməz Türkün gücünü görməyə məcbur oldular! Mövqelərində güc ilə dayanan bir batalyon qədər “əsgər” Hadrut döyüşündə siçan kimi deşikdə gizlənməli oldu!”
Bu qədər yalvarışdan sonra Azərbaycan əsgəri, Azərbaycan ərəni yenə də düşmənə aman vermədi, əksinə, vəziyyətdən istifadə edib daha da irəliyə getdi! Düşmənlər artıq öz saatlarını sayırdılar, qorxduqları başlarına gəlmişdi! Türklər gəlirdi! Türklər dağın başına çıxaraq onlarla əlbəyaxa döyüşəcəkdi! Rauf Hadrut dağlarının başına qalxanda artıq təlimdə öyrəndiklərindən istifadə etməyin vaxtının gəldiyini daha da çox hiss edirdi!.. Təlimdə O, neçə-neçə Qarabağ dağlarının, Şuşa dağlarının, Murov dağının xəyalını qururdu! O xəyal gerçəkləşmişdi! Rauf və döyüş yoldaşları Hadrutu işğaldan azad edirdi!
Rauf deyir ki, “əlbəyaxa döyüşlər çətin, ancaq şərəfli idi. Düşmənin harada olacağını bilmirdin. On metrlikdən, on beş metrlikdən görməsəydin, onda avtomatik o səni görür və sənə hücum edirdi. Ancaq əl qumbarası və tapançadan istifadə olunurdu”. Rauf ancaq Allahına dua edirdi ki, müzəffər olsun, bu Zəfəri də qazana bilsin və Hadrutun azadlığını görsün!
Elə də oldu! Türk oğlu, Türk aslanı Rauf və onun özü kimi Türk və özü kimi aslan yoldaşları Şişqaya yüksəkliyini də işğaldan azad etdilər! Hadrut Şişqayanın aşağı hissəsində qalırdı, yəni Şişqayanın azad olunması Hadrutun azad olunmasına bərabər idi! Azərbaycan əsgəri, Türk oğlu, Türk əsgəri Hadrutu işğaldan azad etdi və bununla da düşmənə ən böyük dərslərdən birini verdi!!!
Mən o 9 oktyabr gününü çox yaxşı xatırlayıram... Həmin gün Cənab Ali Baş Komandan Xalqına müraciət etmişdi və Hadrutun işğaldan azad olunmasını bəyan etmişdi! Sevincimiz qürur hissimizə qarışmışdı... Köksüm qabarmışdı... Ana yurdum, doğma yurdum Xocavəndimə nəfəs qədər yaxın olmuşduq o vaxt... İndi isə təkcə ona yaxın deyilik, həm də oradayıq!
Rauf deyir ki, “Hadrutda sakinlərdən heç kəs yox idi. Ora bütün Qarabağ şəhərləri, kəndləri və qəsəbələri kimi hərbiləşdirilmişdi. Heç bir şəraiti yox idi. Ancaq gülləbaran olurdu. Bir neçə erməni var idi ki, onlar da bizim Hadruta girməyimizdən əvvəl qorxub qaçmışdılar. Mən elə bilirdim ki, ədəbi, əxlaqı, şəxsiyyəti, mədəniyyəti, keçmişi, tarixi olmayan bu terrorist ermənilər ancaq müsəlman qocasına hörmətsizlik edirlərmiş. Demə, öz qocalarını da saymırlarmış. Hadrutda qalan qocalar və yaşlılar bunun bariz nümunəsi idi... Biz dünyanı vəhşilərdən növbəti dəfə xilas etmişik...”
İşğaldan azad olunan doğma Hadrutu gəzərkən Rauf orada minalanmış sahələri və xüsusilə də, hər tərəfdə hiyləni gördü və düşmən hiyləsinin yenidən şahidi oldu. Düşmən həmişə hiyləgər olub, ancaq bu qədər yox... Onlar evlərdə belə gizlənir, tanklarını belə yaşayış evlərinə yerləşdirirdilər. Sonra tank vurulanda deməyə dilləri olsun ki, bu yaşayış evini türklər dağıdıb. Türklər sizin ordunuzu dağıdıb ey, sizin ey terrorçu dövlətin “yenilməz ordu”su! Türkün evlə nə işi? Evə qalsa, Türkün qızılla, zər-ziba ilə bəzənmiş bir ədalət sarayı var!
Rauf deyir ki, “düşmənlər yer altında tunellərdə gizlənir və burada anbarlar qururdular. Yəni, bir sözlə, siçan kimi deşikdə gizlənir və köstəbək kimi yerin altında yaşayırdılar”. İndi də elə məğlub olublar ki, utandıqlarından (əgər utanmağı bacarırlarsa, bunlarda o xüsusiyyət varsa) yerin dibinə, yerin altına girirlər.
Zirzəmilərdə, hətta, taxtapuşlarda belə ermənilər gizlənir və “basqın” etməyə çalışırdılar. Rauf onu da gizlətmir ki, düşmən əsgərlərinin neçəsini elə zirzəmilərdən, taxtapuşlardan tapıb məhv ediblər. Həmin erməni hiyləgərliyi və erməni xisləti nəticəsində o, öz döyüş yoldaşlarını, silahdaşlarını itirib. Həmin qəhrəmanlar erməni tələsinə düşsələr də, düşmən hiyləsinə tuş gəlsələr də, son damla qanlarına qədər vuruşub Şəhid olublar.
Bu qədər hiylələrdən sonra bir də düşmən hiyləsi ilə qarşılaşmamaq və tək fənddə düşməni mat etmək üçün hansı binaya basqın edilməsinin zəruri olduğu öyrədilirdi. Rauf bunu təlimdə də çox əla öyrənmişdi.
Müdafiə Nazirliyinin Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlıları və həm də kəşfiyyat bölükləri Hadrut qəsəbəsini düşmən işğalından azad etməyə müvəffəq oldu və bu, Zəfər döyüşündə müzəffər oldu! Bu Hadrut döyüşündə biz çox çətinliklə müzəffər olduq və Zəfər qazandıq! Bu Şanlı Zəfər üçün neçə-neçə Şəhidlərimizi vətən uğrunda qurban verdik, bayrağa bükdük, uğrunda canını fəda etdiyi torpaqda dəfn etdik. Həmin Hadrut Şəhidlərindən 7 nəfəri Raufun iş yoldaşı, döyüş yoldaşı və sirdaşı olub. Allah bütün Şəhidlərimizə rəhmət etsin! Amin!
Həmin qanlı və şanlı 9 oktyabr günü Raufla birlikdə Xalqın yaddaşından çıxmayacaqdır!
Axşam saat 8 idi. Qaranlıq düşmüşdü. Əsgərlər yorğun idilər. Dişləriylə, dırnaqlarıyla, tanklarıyla, toplarıyla azad etdikləri Hadrutdan doymaq istəmirdilər. Ancaq hələ də işğalda qalan vətən torpaqları onlardan nicat yolunu gözləyirdi. Azərbaycan əsgəri Şuşaya qədər irəliləməliydi və irəlilədi! Rauf artıq neçənci gecə idi ki, yuxusuz idi, heç özü də bilmirdi.
Komandir növbəti döyüş tapşırığını verdi və bildirdi ki, bir az gözləməliyik, ondan sonra isə yola çıxacağıq. Bu əmri eşidən kimi yorğunluq və yuxusuzluğun nə olduğunu bilməyən əsgərlər döyüşə səfərbər oldular və yenidən düşmən gülləsinə sinə gərməyə hazır oldular! Bu yolda onlar ölümü gözə almış və Şəhidlik Zirvəsinə ucalmağı şərəf bilmişdilər! Hər döyüşdən əvvəl onlar öz döyüş dostları ilə halallaşmış və qarşılarına məqsəd qoymuşdular: Ya Qazi, Ya Şəhid olacaqdılar! Qarabağı mütləq azad edəcəkdilər! Uluların Ruhlarını mütləq şad edəcəkdilər!
Növbəti tapşırıq isə bəlli idi: Cəbrayılın bir neçə kəndi və strateji yüksəkliklərini onlar işğaldan azad etməli idilər!
Əsgərlər sevinclə və böyük qələbə hissi ilə hərbi maşına mindilər və Cəbrayıla gedib, döyüş meydanına atılmağa tələsdilər..!
Döyüşqabağı Raufda, elə bil, başqa bir ruh var idi. Təkcə, onda yox, bütün əsgərlərdə belə idi. Elə bil, həmişəkindən daha çox dostlarla halallaşmaq istəyirdi. Ürəyinə dammışdı ki, Allah onu bu yerdə sınağa çəkəcək. İgidlikdən də daha çox igidlik etmək lazım gələcəkdir. Onun ürəyinə dammışdı ki, bu yerdə ya Şəhid olacaq, ya Qazi! Onu başqa bir hiss bürümüşdü. Bir də ağlından onu da keçirirdi ki, yolunu gözləyən anası, ailəsi ilə kaş sonuncu dəfə danışaydı, hallarını soruşaydı... Ancaq Rauf heç heyfsilənmir, heç qorxmur, heç çəkinmirdi... Çünki hər yerdə o, hazır idi canını Vətənə qurban verməyə! Vətənin salamatlığı üçün Qazi olmağa, Şəhid olmağa hazır idi Rauf! Ona görə də bu döyüşə son döyüşü kimi baxırdı. Canı ilə, həyatı ilə halallaşırdı. Döyüş yoldaşlarına deyirdi:
Deyirəm, qardaşlar, Şükür ki, bu Vətən müharibəsi başladı! Şükür ki, biz Qarabağı azad edirik və edəcəyik! İnnən belə Şəhid də olsaq, Qazi də olsaq, Vətən müharibəsində bizim də adımız qızıl hərflərlə yazılacaq! Bizim də adımız gələcək nəsilərin dilinə düşəcək, bizim də qəhrəmanlıq dastanımızı yazan biri olacaq! Biz Şəhid olacağıq, adımızı körpələrə verəcəklər! Odur ki, “Var olsun Qarabağ! Var olsun Vətən!” deyib irəli atılaq və Zəfər çalaq!
Qazimiz bu gözəl sözləri ilə əsgərlərimizə ruh verdi. Əsgərlərimiz ruhlanaraq, bir-birləri ilə söhbət edərək Cəbrayıla çatmaq istəyir, səbirsizlənirdilər.
Rauf öz döyüş yoldaşlarına hücum planları barədə danışarkən mənfur və heç vaxt hiylələrindən əl çəkməyən düşmən “Spayk” raketi ilə onların olduğu avtomobilin əsgərlər olan hissəsini vurdu... Raket Raufun 1 metrliyinə düşdü....
Bundan sonrası Rauf üçün qaranlıq idi... Heç nə hiss etmirdi... Nə qanlar içində sızıldayan başının, nə içindən qanlar fışqıran boğazının, nə də qaranlığa qərq olan gözünün ağrısını hiss edirdi Rauf... Heç bir şey hiss etmirdi... Çünki onları Vətənə qurban verməyə hazır idi! Canla-başla hazır idi! Bunlar üçün heyfsilənmirdi... Lakin qaranlığın içində bir işıq tapmaq istəyirdi... Gözünün ağrısına, canının sızıltısına baxmayaraq, işıq tapmaq istəyirdi...
O, çətinliklə də olsa ayağa qalxdı. Büdrəmədi və yıxılmadı... Ətraf bütünlüklə qan qırmızısı idi... Rauf bulanıq kadrları görməyə başlayırdı. Bir neçə dəqiqə əvvəl gülən, sevinən, danışan əsgərlərin cansız, amma Qurdbaş bayrağa sarılacaq olan bədənini... Artıq bulanıq da olsa, fərqinə vardı ki, düz yanında fışqıran qan onun boğazından gəlirmiş...
Sol gözünü tamamilə hiss edə bilmirdi Rauf... Ona görə də sağ gözünü güclə azacıq açmışdı... Qəlpə onun həm də vena damarını kəsmişdi... Burada çoxlu silahlar, sursatlar, mərmilər var idi... Onlar da partlaya bilərdi. Ona görə də Rauf Allahdan ilahi nur, güc və kömək istəyirdi. Ümidi Tək Bir Allaha idi! Allah onun bu etiqadına görə ona böyük bir güc verəcəkdi və onu bu sınaqdan üzüağ çıxardacaqdı!
İlahi nuru hiss edən Rauf qorxmadan və çəkinmədən ayağa qalxdı və daha da gücləndi. İstədi, maşından düşsün. Çölə baxanda elə bildi ki, dərədən yuvarlanacaq. Bir an bu onun üçün çətinlik kimi göründü. Lakin bu olmalıydı. Şəhid döyüş yoldaşlarına, onların cansız bədənlərinə son dəfə baxdı və nə qədər çətin olsa da, özünü yanan hərbi maşından atdı.
Yenə də heç nə hiss etmədi. Güllələr bir-birinin ardınca yağır, mərmilər sıra ilə bir-bir partlayırdı. Hərbi maşın yanırdı. Kəşfiyyatçılarımız çətinliklə də olsa, qətiyyətlə və dəqiqliklə düşmənlə vuruşurdular ki, sonra yaralıları və Şəhidləri daşımaqda çətinlik yaranmasın.
Kənarda oturan və çıxa bilməyən yaralı Qazilərimiz hətta, alovu belə qırağa tullayırdılar ki, onlara maneə yaratmasın.
2 nəfər Qazimiz cəldliklə və özlərini itirmədən maşından yerə tullandılar. Onlardan biri də o vaxt təzəcə Qazi olan Rauf Qasımov idi.
Rauf mərmilərin ard-arda partladığı meydanda gördü ki, yenə də boğazında qan dayanmadan fışqırır. Ona görə də əlini boğazına tuta-tuta xüsusi təyinatlıların yanına gəldi ki, ona kömək edə bilsinlər.
Elə bu zaman Raufu mayor Səfərov Elvin gördü. Mərmilərin ard-arda partladığı, neçə dəqiqənin içində qırmızı rəngə boyanan maşından bir nəfərin belə sağ qalması onu çox sevindirdi:
Şükür ki, əsgərlərimizdən biri sağ qala bilib. Ancaq indi ona kömək etmək lazımdır. Tez onu tibb məntəqəsinə aparın.
Raufu tibb məntəqəsinə apardılar. Raufun özündə güc taparaq çıxdığı o hərbi avtomobildə həmin dəhşətli gündə 22 nəfərdən 17 nəfəri Şəhid olmuşdu... Həmin Şəhidlərin bir neçəsinin adını çəkməyi qazimiz onların ruhu qarşısında özünə böyük bir borc bildi...




Qazimiz Rauf Qasımov Şəhid dostu, can yoldaşı kiçik gizir Əkbər Mustafayev ilə. 

KİÇİK GİZİR MUSTAFAYEV ƏKBƏR NATİQ OĞLU (02.07.2000 –10.10.2020) – Mustafayev Əkbər Rauf Qasımova Vətən Müharibəsinin ilk günlərindən, ilk saniyələrindən, can olan, qan olan, sirdaş olan, hətta, qardaş olan bir Qəhrəmanımız idi. Onlar bir-birlərini Qardaş bilirdilər. Bir yerdə deyir, bir yerdə gülürdülər. Düşmənləri bir yerdə qovur, bir yerdə məhv edirdilər. Hadruta qədər bir yerdə, çiyin-çiyinə döyüşmüşdülər... Çiyin-çiyinə də yaralandılar... O dəhşətli 10 oktyabr günündə Əkbər Mustafayev Raufla bir yerdə, yanba-yan idi. Raket onun yaxınlığına düşdü və O, qəhrəmancasına Şəhid oldu! 
Allah Rəhmət Eləsin! 


KİÇİK GİZİR TAĞIYEV ŞAHİN RƏHİM OĞLU (03.07.2000 – 10.10.2020) – Şahin Tağıyev də Rauf Qasımovla çiyin-çiyinə döyüşən və onunla birgə yaralanan Qəhrəman idi. Düşmənləri birgə məhv edirdilər və birlikdə düşmənin qorxulu yuxusu olurdular. 10 oktyabr gününə qədər O, düşmənləri pərən-pərən salıb darmadağın etmişdi. Dəhşətli 10 oktyabr günündə O da Şəhidlik Zirvəsinə yüksəldi. Bəxt, tale təkcə, buraya qədər gətirmir. O , hələ də sağdır. 2783 Şəhidimizdən biri olaraq... Təsadüfə bax ki, birlikdə Şəhid olan 2 Şəhidimiz – Əkbər Mustafayev və Şahin Tağıyev arasında sadəcə 1 günlük yaş fərqi var idi... 

Allah Rəhmət Eləsin!


KİÇİK GİZİR RAMAZANLI ƏLZAMİN UMUD OĞLU (09.05.2000 – 10.10.2020) – Əlzamin Ramazanlı da 2000-ci ildə anadan olan və 10 oktyabr günündə Cəbrayıl istiqamətində hərbi maşında Şəhidlik Zirvəsinə yüksələn 3 Şəhidimizdən biridir. O, Faşizm üzrə Qələbə Günündə doğuldu və bizə Qələbə gətirmək üçün Şəhid oldu. O da faşistlərə qarşı döyüşdü və qəhrəmancasına Şəhid olaraq qalib gəldi.
Allah Rəhmət Eləsin! 


MAHHXHQ ƏSGƏR MƏMMƏDOV ƏLİ ABBAS OĞLU (06.12.1997 – 10.10.2020) – Şəhid Məmmədov Əlilər ölmür! Azərbaycanda neçə Məmmədov Əlilər Şəhidliyə yüksəldi! Onlardan biri I Qarabağ Müharibəsində başından yara alıb Şəhid olan Ərənimiz, biri isə II Qarabağ Müharibəsində həsrət yaramızın olmaması üçün saysız-hesabsız yaralar alıb Şəhid olan Ərənimiz Məmmədov Əlidir! O da Rauf Qasımov ilə çiyin-çiyinə döyüşmüşdür, Qazimiz onunla birgə heç bir Şəhidini unutmur!
Allah Rəhmət Eləsin!



KİÇİK GİZİR PAXIROV ELSEVƏR EYVAZ OĞLU (19.07.1997 – 10.10.2020) – 10 oktyabrda qəhrəmancasına Şəhadət Şərbətini içən Şəhid Elsevər Paxırovun da qəhrəmanlığı unudulmazdır. Qazimiz onu da unutmur, hörmətlə yad edir və şahidi olduğu qəhrəmanlıqları yada salır.
Allah Rəhmət Eləsin!


ALLAH ONLARLA BİRGƏ BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! AMİN!
Qeyd etdiyimiz kimi, Rauf döyüş meydanında qalmışdı. İş yoldaşları əllərindən gələni etsələr də yenə də Rauf heç nə hiss etmirdi. Sadəcə, Allaha yalvarırdı ki, ona kömək olsun, onun üstündə axıra qədər dayansın, ona axıra qədər yar olsun! O, arzulayırdı ki, sağalsın, yenidən döyüşüb düşmənlərdən dostlarının qisasını alsın, bundan sonra şəhid olsun və şəhid dostlarına qovuşsun! Qazimiz əməliyyat olunmalı idi. Lakin qanın laxtalanması üçün xüsusi maddə lazım idi. Eyni zamanda onun başında, gözündə, bütün bədənində qəlpə yaralarından dəhşətli ağrılar başlamışdı.
Morfin var? – Hərbçilərdən biri yanındakı iş yoldaşından soruşdu.
Təəssüf ki... Morfin yoxdur... Qalmayıb... – əsgər təəssüfləndi. Onun gözlərindən kədər oxunurdu.
Bura bax, ehey, ƏRƏN! – Raufa dünyaları verəcək, onu həyata qaytaracaq, onun ruhuna ilahi nurun dolmağına kömək edəcək həmin qəhrəman mayor rütbəli həkim otağa daxil oldu. - Hər şey yaxşı olacaq, morfin yoxdur, yoxdur, bu saat çatdıracaqlar ki, morfin versinlər. Ona qədər də dişini bir bozqurd kimi qıca və döz. Narahat olma! Sən sağ-salamat olacaqsan! Həkimlərin əlində nəinki bir xəstə qalır, əksinə, hələ sağalıb döyüşə can atanlar da var. Neçə əsgərimizə Şəhid deyiblər, həkimlər onları həyata qaytarıb, hamısı Qazi olub! İndi də sapsağlamdırlar! – Mayor Raufu sona qədər inandırırdı ki, dişlərini bozqurd kimi qıcasın, dözsün və Allahdan sona qədər imdad diləsin, yardım diləsin. – Narahat olma, Rauf! Hər şey yaxşı olacaq! Ailənin yanına qayıdıb Zəfəri onlarla qeyd edəcəksən! Bu günə də acı gün kimi baxıb xatırlayacaqsan.
Çox yorulmuşam... Yuxum gəlir... – Rauf içində qalan son ruhu ilə bunu deyirdi.
Əsla! Yatma! Yatsan, bir də ayıla bilməyəcəksən! Sənin əlini tutmuşamsa, buraxmayacağam! Sən buradan sağ çıxacaqsan!
Yatmağım yaradan sızlamağımdan yaxşıdır...
Yatma! Türkə nə gəlirsə, yatmaqdan gəlir! Yuxu yoxdur sənə! Döz! Növbəti ananın ağlamağına icazə vermə! Döz! Səbr et! Səbr edənləri Allah sevir! Hər şey yaxşı olacaq! Sən Türk ərənisən! Sənin ulu babanın sinəsinə ox dəyəndə o, həmin oxu iki yerə bölərmiş və döyüşü davam etdirərmiş! Bacararsan, igidim! Növbəti ana ürəyinin yanmasına imkan vermə! Döz!
Dözə bilmərəm...
Dözə bilmirsən? – Həyatverən mayorun gözü doldu. Elə bildi ki, son sözünü söyləyir Rauf. – Onda kəlmeyi-Şəhadət gətir... Son sözünü de... Həyatınla halallaşma, vidalaş... Mən sənin qulağına deyim, Sən də təkrar elə... İlahi nuru qəlbinə dolduraraq ruhunu bədənindən çıxar...
Rauf içindən çıxan sonuncu ruhu ilə kəlmeyi-Şəhadəti söylədi:
ƏŞHƏDÜ ƏN LA İLAHƏ İLLƏLLAH,
ƏŞHƏDÜ ƏNNƏ MUHƏMMƏDƏN RƏSULALLAH!
Bundan sonra Raufun gözü qaranlığa boyanmadı... Rauf, elə bil, yenidən həyata qayıtdı! Allah ona ən böyük ilahi gücü verdi! İki kəlmə onu ayağa qaldırdı! Möcüzələr yağdıran hərbçi Ən Böyük Möcüzənin gözü dola-dola seyrinə durdu:
Hey Maşallah, igidim! Ərənim, əsgərim! Türk əsgəri belə olmalıydı! Belə!
Şad xəbər, morfin tapıldı! – iş yoldaşlarından biri həyəcanla bu gözəl xəbəri çatdırdı.
Allahım, Sənə Şükür! – oradakı bütün hərbçilər, elə Raufun özü də bu cümləni neçə dəfə təkrarlayırdı...
Həqiqətən, Allaha min Şükür! Neçə Qazimizi həyata qaytardı Qarabağla birgə!
Bu qanlı döyüşlərdə, həmin qanlı gündə onun fərqinə varan, ona kömək edən, onun canı yananda canı yanan Qəhrəman və Şanlı mayorumuz Səfərov Elvinin etdikləri danılmazdır! O, Allahın Raufa verdiyi ilahi nurun vasitəçisi olub. O, Raufu yenidən həyata qaytarıb. O, Raufla və bütün əsgərlərimizlə birgə əsl Vətən Müharibəsi Qəhrəmanıdır!..
Artıq demək olar ki, iş bitmişdi. Yaralar sarınmışdı. Ancaq Cəbrayılda, həmin hərbi avtomaşında sağ qalanlardan ən ağır yaralanan Qazimiz yarasının ağırlığına görə 3 saat hərəkətsiz bir şəkildə orada qaldı. Onun baş nahiyəsindən 35 mərmi qəlpəsi çıxarılmışdı... Lakin gözündəki mərmi qəlpəsi hələ də çıxarılmamışdı...
Qazimiz sona qədər Allahına Şükür edirdi! Allah onun ipini üzməmişdi, Allah onun həyat kitabını bağlamamışdı, qəhrəmanlıq dastanının davam edilməsinə vəsilə olmuşdu! 10 oktyabr 2020-ci ildə, Vətən Müharibəsinin ən qanlı günlərindən birində göydə Allah, yerdə qəhrəman həkimimiz bir Qazimizi də dünyaya, həyata belə qaytardı!
Ona tibbi yardım edildi. İlahi nura boyanan cəsur Qazimiz tibbi avtomaşına mindirildi. Burada onun yanında 7 nəfər yaralı əsgər var idi. Ən ağır yaralanan isə Rauf idi. Həkim sürücünü tələsdirirdi:
Sürücü tez ol! Əldən-ayaqdan zirək ol! Burada 7 yaralı var! Ən ağır yaralanan Qasımovdur! Tez sür, Qasımov qan itirməsin! O, çox yararlı və boylu-buxunlu oğlandır! Tez sür, zirək ol, qan itirməsin! Tez ol!
Qasımov, necəsən? Özünü necə hiss edirsən? – sürücü Raufa səsləndi.
Zəfərə... ZƏFƏRƏ CAN FƏDA OLSUN!
MaşAllah, Maşallah mənim igidimə, mənim ərənimə, mənim əsgərimə! Türkə ayaqda durmaq yaraşar!
Mən həmin günü heç vaxt unutmaram. 11 oktyabr günü artıq atama da məlum oldu ki, əmimin nəvəsi gözündən yara alıb, Qazi olub.
Mən atamın bu xəbəri eşidəndən sonra söylədiyi ilk cümlələri eşitdim və ayağa qalxdım. Bilirdim ki, əmimin nəvəsi də döyüşdə iştirak edir. Hisslərim bir-birinə qarışmışdı. Əmim nəvəsi ilə döyüşdə iştirakına görə fəxr edir, yaralandığına görə təəssüflənirdim. Onun canını öz canım hesab edirdim, canım yanırdı, bu həqiqətən də belə idi, ona görə də Allaha dua etdim ki, onunla birgə bütün Qazilərə şəfa versin! Onunla birlikdə bütün Qazilərimiz üçün daha da narahat olmağa başladım.
Qazimiz isə həmin anlarda xəstəxanada əməliyyatda idi. Əməliyyatdan sonra həkim Qaziyə dedi:
İlahi möcüzədən və bu əməliyyatdan sonra demək olar ki, tam sağlamsan, Qazim! Bundan sonra qasırğa olsun, tufan qopsun, burulğan olsun, nə olursa olsun, sənə təsir edə bilməz. Sən Türk oğlusan! Sınaqdan üzüağ çıxdın! Səni təbrik edirəm! Gözün mərmi qəlpəsindən sonra iki yerə bölünmüşdü, gözünü tikmişik. Gözün tam sağalsın, bir müddət keçsin, o qəlpəni də çıxardarıq. Dedim: “Uğurlar olsun!”
Çox sağ ol... Çox sağ ol... Allah Türkə Yar Olsun!.. - əməliyyatdan yenicə çıxmış Qazimiz bir ağrı belə hiss etməyərək bu sözləri dedi.
İndi isə həmin Qazim həmişəki kimi ayaqda durur, ailəsi ilə birgə Zəfər Paradını izləyir və fəxr edir! Fəxr edir ki, Azərbaycan Türküdür, AZƏRDİR, TÜRKDÜR, TÜRKOĞLUDUR! Fəxr edir ki, Vətən müharibəsində Qarabağ üçün, Azərbaycan üçün, doğma Vətən üçün savaşıb, vuruşub! Biz onunla fəxr edirik! Biz onunla və onunla birlikdə bütün Qazilərimizlə və Şəhidlərimizlə fəxr edirik! Onlara olan borcumuzun zərrəsini belə olsa, ödəyə bilmək üçün Onların Qəhrəmanlıq Dastanını yazmalıyıq! Mən də minlərlə Şanlı Qazimizdən biri olan Qazimiz Qasımov Rauf Teymur oğlunun Qəhrəmanlıq Dastanını yazdım! Bununla da fəxr edirəm! Bu, mənim borcumdur!
Allah Türkə yar olsun və Zəfərimizi daim etsin!


P.S. Mən bu məqaləni 10 dekabrda Zəfər Paradı günündə yazmışam. Həmin tarixdən 15 gün sonra, 25 dekabrda Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin sərəncamı ilə Hadrut uğrunda, Xocavənd uğrunda qəhrəmancasına döyüşən igidlərimizdən olaraq kiçik gizir, qəhrəmanımız Qasımov Rauf Teymur oğlu və məqalədə barələrində bəhs etdiyim Raufun can yoldaşları – Şəhid kiçik gizir Paxırov Elsevər Eyvaz oğlu və Şəhid kiçik gizir Mustafayev Əkbər Natiq oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildilər. Buna görə, çox sevinirəm və Raufu səmimi qəlbdən təbrik edir, Şəhidlərimizin ruhunun şad olmasını diləyirəm!  


SEVİNDİK NƏSİBOĞLU. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ