SON DƏQİQƏ

İLAHİDƏN GÜC ALAN ŞAİR- FOTO

Tarix:31-12-2020, 00:31

Ra­fiq Da­daş oğ­lu Cə­fə­rov As­ta­ra ra­yo­nu­nun Ər­çi­van qə­sə­bə­sin­də zi­ya­lı ailə­sin­də dün­ya­ya göz açıb. Ata­sı Da­daş Cə­fə­rov ali təh­sil­li dil-ədə­biy­yat mü­əl­li­mi, ana­sı Xey­rə xa­nım isə ev­dar qa­dın olub. 9 öv­lad (3 qız, 6 oğ­lan) bö­yü­düb bo­ya-ba­şa çat­dı­rıb­lar. Ra­fiq mü­əl­lim evin 4-cü öv­la­dı­dır. 8-ci si­ni­fə qə­dər Ər­çi­van qə­sə­bə or­ta mək­tə­bin­də təh­sil alıb. 11-ci sin­fi isə Ba­kı Fəh­lə Gənc­lər mək­tə­bin­də da­vam et­dir­miş və Neft­çı­xar­ma üz­rə 3 il ope­ra­tor iş­lə­dik­dən son­ra im­ta­han ve­rə­rək Mosk­va Koo­pe­ra­tiv ins­ti­tu­tu­nun iq­ti­sa­diy­yat fa­kül­tə­si­nə qə­bul olub və bu təh­sil oca­ğı­nı da mü­vəf­fə­qiy­yət­lə bi­ti­rib.
Və­tə­nə qa­yı­da­raq öz ix­ti­sa­sı üz­rə əv­vəl As­ta­ra ra­yo­nun­da ma­ğa­za mü­di­ri, mər­kə­zi uni­ver­ma­ğın direktor müavini, son­ra isə di­rek­to­ru və­zi­fə­sin­də iş­lə­yib. Axı­rın­cı iş ye­ri olan As­ta­ra Ba­lıq Ovu İs­teh­lak cə­miy­yə­ti­nin səd­ri və­zi­fə­sin­də də lə­ya­qət­lə ça­lı­şıb. Ha­zır­da tə­qa­üd­çü ol­sa da, «Far-El» MMC-nin tə­sis­çi­si və di­rek­to­ru­dur.
Ra­fiq Zə­ba­ni 1971-ci il­də ailə qu­rub. Dörd öv­la­dı – 2 qız, 2 oğ­lu var. Öv­lad­la­rı­nı və­tən­pər­vər ruh­da bö­yü­düb. Hər bi­ri ali təh­sil alıb.
Ra­fiq mü­əl­lim 2015-ci il­də hə­yat yol­da­şı ilə bir­lik­də ağır av­to­mo­bil qə­za­sı ke­çi­rib. 7 gün ko­ma və­ziy­yə­tin­də qa­lıb. Ko­ma­dan ayıl­dıq­dan son­ra on­da uşaq­lıq­dan şa­ir ol­maq ar­zu­su onu tək bu­rax­ma­yıb.
Şa­ir ol­maq üçün söz ax­tar­mır, söz onu məc­bur edir ki, yaz, ya­rat. Ge­cə-gün­düz qə­lə­mə sa­rı­lıb. Bir-bi­rin­dən ma­raq­lı, məz­mun­lu, fəl­sə­fi, li­rik, sa­ti­rik, mə­həb­bət və və­tən­pər­vər möv­zu­la­rın­da şe­ir­lər ya­zıb. 
Be­lə­lik­lə, «Ölüm yu­xu­su­nun şa­ir­li­yi» ad­lı ilk ki­ta­bı ər­sə­yə gə­lib. Ra­fiq Zə­ba­ni­nin şe­ir­lə­ri dil­lər əz­bə­ri­nə çev­ri­lib və mü­əl­li­fə ge­niş oxu­cu rəğ­bə­ti qa­zan­dı­rıb.
Ra­fiq Zə­ba­ni zəh­mət­keş, tor­pa­ğa, və­tə­nə bağ­lı, xe­yir­xah və dü­rüst in­san­dır. Bö­yük nü­fuz sa­hi­bi­dir. Zəh­mət­lə, alın tə­ri ilə öv­lad­la­rı­nı bö­yü­düb. Ya­şa­dı­ğı kən­din­də bağ-ba­ğat sa­lıb, bol məh­sul ye­tiş­di­rib. Tor­pa­ğa bağ­lı­lı­ğı onu da­ha da güm­rah­laş­dı­rır. Onu mə­həb­bət şai­ri də ad­lan­dı­rır­lar. 
İla­hi­dən il­ham alan şai­rin ata-ba­ba­sı döv­rü­nün sa­yı­lıb-se­çi­lən zi­ya­lı­la­rın­dan olub. Ana ba­ba­sı Ha­cı Ka­zım ki­şi Məkkə və Kər­bə­la­da zi­ya­rət­də ol­muş və mü­tə­rəq­qi fi­kir­li, sa­vad­lı, ərəb və fars dil­lə­ri­ni mü­kəm­məl bi­lən el ağ­saq­qa­lı olub.
Rafiq Zəbani (Cəfərov) ata kökündən olan böyük nüfuz sahibi Hacı Bağır Cəfərov nəslindəndir. Rafiq Zəbani xeyirxahlıq­da ata və ana kökünə çəkmişdir. Ra­fiq Zə­ba­ni­nin evi bu gün də qo­naq­lı-qa­ra­lı­dır. Qa­pı­sı­na gə­lə­ni əli­boş qay­tar­mır.
Ra­fiq mü­əl­li­min qov­luq­la­ra sığ­ma­yan afo­rizm­lə­ri, poe­ma­la­rı, şe­ir­lə­ri də çap olun­maq ərə­fə­sin­də­dir.
Son də­rə­cə məh­sul­dar qə­ləm sa­hi­bi olan Ra­fiq Zə­ba­ni­yə can sağ­lı­ğı və ye­ni-ye­ni ya­ra­dı­cı­lıq uğur­la­rı ar­zu­la­yı­rıq.
 
Rauf İLYASOĞLU
«Həkəri» qəzetinin baş redaktoru, 
«Qızıl qələm» media mükafatçısı, 
şair-publisist

ÖLÜM YUXUSUNUN ŞAİRLİYİ
 
Azər­bay­can ədə­biy­ya­tı bu gün ən məh­sul­dar döv­rü­nü ya­şa­yır. Həm də ən a­cı­na­caq­lı. Ələl­xü­sus da poe­zi­ya­mız. Pe­şə­kar və qey­ri-pe­şə­kar sə­viy­yə­də ya­zan­lar yüz­lər­lə­dir. Hər bi­ri­nin də özü­nün oxu­cu audi­to­ri­ya­sı var. La­kin ədə­bi tən­qi­din ol­ma­ma­sı qey­ri-pe­şə­kar­la­rın da­ha da əl-qol aç­ma­sı­na şə­ra­it ya­ra­dır. Ədə­biy­ya­tı­mı­zın ba­şın­da du­ran­la­rın tut­duq­la­rı və­zi­fə­yə bi­ga­nə mü­na­si­bət bu gün dün­ya­da özü­nə­məx­sus ye­ri olan ədə­biy­ya­tı­mı­zın in­ki­şaf pro­se­si­ni xey­li lən­gi­dir.
N.Gən­cə­vi, İ. Nə­si­mi, M.Fü­zü­li, M.P.Va­qif, S.Ə.Şi­ra­va­ni, Aşıq Ələs­gər, H.Ca­vid, M.Şəh­ri­yar, M.Araz və ne­çə-ne­çə da­hi söz us­tad­la­rı olan Azər­bay­can poe­zi­ya­sı min il­lik ta­ri­xə ma­lik­dir və dün­ya miq­ya­sın­da ki­fa­yət qə­dər ta­nı­nır. Ey­ni za­man­da zən­gin şi­fa­hi xalq ədə­biy­ya­tı və folk­lo­ru ilə se­çi­lən poe­zi­ya­mız za­man-za­man söz xri­dar­la­rı ye­tir­mək­də da­vam edir. Hər dövr baş ve­rən ta­ri­xi ha­di­sə­lər və ta­le­yük­lü olay­lar­dan qay­naq­la­nan ədə­biy­ya­tı­mız ye­ni-ye­ni mü­əl­lif­lər­lə gün­də­mə gə­lir. Çağ­daş Azər­bay­can ədə­biy­ya­tın­da möv­zu zən­gin­li­yi, ya­zı üs­lu­bu, möv­zu­ya ya­naş­ma ma­ne­ra­sı ilə se­çi­lən ya­zar­la­rı­mız az de­yil. İs­tər yaş­lı nəs­lin, is­tər­sə də gənc­lə­rin ara­sın­da. Be­lə ma­raq­lı ya­zar­lar­dan və ma­raq­lı hə­yat yo­lu keç­miş in­san­lar­dan bi­ri də əli­niz­də­ki ki­ta­bın mü­əl­li­fi­dir.
Ra­fiq Zə­ba­ni. Bu im­za yə­qin ki, hə­lə çox­la­rı­nı­za mə­lum de­yil. Çün­ki o, hə­lə uşaq yaş­la­rın­dan poe­zi­ya­nı sev­sə də, folk­lo­ru­mu­za rəğ­bət bəs­lə­sə də, gənc yaş­la­rın­dan şa­ir ol­maq ar­zu­su ilə ya­şa­sa da? nə­dən­sə bu­na çox da ürək et­mə­yib.Ürə­yin­də­ki ar­zu­la­rı, sev­gi­si, ət­ra­fın­da baş ve­rən­lər, hə­ya­ta ba­xı­şı vax­ta­şı­rı şe­irə çev­ril­sə də di­li­nə gə­tir­mə­yib...
Cə­fə­rov Ra­fiq Da­daş oğ­lu bir qış gü­nün­də Azər­bay­ca­nın ən gö­zəl mə­kan­la­rın­dan olan As­ta­ra ra­yo­nu­nun Ər­çi­van kən­din­də dün­ya­ya göz açıb. Kənd­də­ki or­ta mək­təb­də sək­ki­zin­ci si­ni­fi bi­ti­rib. Do­ğul­du­ğu mə­ka­nın gö­zəl­lik­lə­ri­nə va­leh ol­duq­ca, aya­ğı­nın al­tın­da­kı doğ­ma tor­pa­ğın ona ver­di­yi gü­cü hiss et­dik­cə, ud­du­ğu tə­miz dağ ha­va­sı­nı ci­yər­lə­ri­nə çək­dik­cə, buz ki­mi bu­laq­la­rın bal ki­mi şi­rin su­yun­dan iş­dik­cə için­də bir Və­tən sev­gi­si, Və­tən əzə­mə­ti, və­tən­pər­vər­lik duy­ğu­su boy atıb, yük­sə­lib, bu­lud­lar­dan yu­xa­rı qal­xıb. Gənc Ra­fi­qi də özü ilə yük­sək­lə­rə apa­rıb. Və yük­səl­dik­cə də ürə­yi at­la­nan bu gənc oğ­la­nın qəl­bin­dən di­li­nə və­tən sev­gi­si ilə do­lu poe­tik mis­ra­lar axıb. Son­ra bu mis­ra­la­rın, bu şeir­lə­rin, bu poe­tik duy­ğu­la­rın möv­zu­su ge­niş­lə­nib, sev­gi şeir­lə­ri ya­ra­nıb, ana, ata haq­qın­da şer­lə­rə çev­ri­lib. Bi­raz  da ya­şa dol­duq­ca ət­raf­da baş ve­rən­lə­rə də mü­na­si­bə­ti­ni poe­tik dil­lə ifa­də edib.  Am­ma şa­ir ol­maq ar­zu­su nə qə­dər güc­lü ol­sa da? şeir­lə­ri­ni or­ta­ya çı­xar­ma­yıb. La­kin hə­ya­tın­da baş ve­rən bir ha­di­sə­dən son­ra... Bu ba­rə­də bi­raz­dan.
XX əsr öz keş­mə­keş­li­yi ilə Azər­bay­can ədə­biy­ya­tın­dan da yan keç­mə­yib. Üs­yan­lar, in­qi­lab­lar, çev­ri­liş­lər, mü­ha­ri­bə­lər, kol­xoz qu­ru­cu­lu­ğu və so­sia­list ideo­lo­gi­ya­sı bir sı­ra ta­ri­xi şəx­siy­yət­lər­lə ya­na­şı ad­la­rı ta­rix­də qa­lan ya­zar­lar da ye­tiş­di­rib. On­la­rı sa­da­la­yıb vax­tı­nı­zı al­maq fik­rin­də de­yi­ləm. Mə­nim fik­rim­cə ha­zır­da da­nış­dı­ğı­mız Azər­bay­can di­lin­də ya­zan şa­ir­lə­rin ən mü­kəm­mə­li XIX-XX əsr­lər­də ya­şa­mış Aşıq Ələs­gər və XX əsr Azər­bay­can poe­zi­ya­sı­nın ən gör­kəm­li nü­ma­yən­də­si olan Sə­məd Vur­ğun­dur. Aşıq Ələs­gə­rin yaz­dıq­la­rı­nın ha­mı­sı bu gü­nə də ak­tu­al­dır və yüz il­lər də bun­dan son­ra ak­tu­al ola­caq­dır. S.Vur­ğu­nun isə bu ba­rə­də “bəx­ti gə­tir­mə­yib”. O və müa­sir­lə­ri­nin ha­mı­sı so­vet ideo­lo­gi­ya­sı­nı tə­rən­nüm və təb­liğ edən əsər­lər yaz­maq məc­bu­riy­yə­tin­də qa­lıb­lar. Aza­cıq çər­çi­və­dən kə­na­ra çı­xan­lar isə bil­di­yi­miz ki­mi rep­res­si­ya qur­ban­la­rı­na çev­ri­lib­lər. Ötən əs­rin 60-70-80-ci il­lə­rin­də ya­şa­yan­lar yax­şı bi­lir­lər ki, hət­ta xa­ri­ci mü­əl­lif­lə­rin yaz­dı­ğı əsər­lər yal­nız so­vet ideo­lo­gi­ya­sı­na uy­ğun ol­du­ğu hal­da so­vet xalq­la­rı­nın dil­lə­ri­nə tər­cü­mə olu­na bi­lər­di. İn­ter­ne­tin və baş­qa so­si­al şə­bə­kə­lə­rin ol­ma­dı­ğı bir dövr­də, SSRİ sər­həd­lə­rin­dən qu­şun be­lə sə­kə bil­mə­di­yi bir dövr­də biz be­lə əsər­lə­ri oxu­maq məc­bu­riy­yə­tin­də idik... Və oxu­yur­duq... Və elə bi­lir­dik ki, dün­ya­da biz­dən xoş­bəxt, biz­dən düz­gün ya­şa­yan yox­dur... Nəi­sə, bun­la­rı söz­gə­li­şi de­dim. Yə­ni bu gün be­lə qa­da­ğa­lar, be­lə məh­dud ideo­lo­gi­ya­lar, be­lə dar dü­şün­cə­lər yox­dur. Fi­kir azad­lı­ğı­mız, söz azad­lı­ğı­mız var. Mü­əy­yən qa­da­ğa­lar ol­sa da hər kəs is­tə­di­yi­ni ya­za və çap et­di­rə bi­lir.Say­sız-he­sab­sız mət­bəə­lər­də hər gün xey­li ad­da ye­ni-ye­ni ki­tab­lar nəşr olu­nur və oxu­cu­la­rın ix­ti­ya­rı­na ve­ri­lir. Bun­dan baş­qa TV ka­nal­lar, so­si­al şə­bə­kə­lər,  döv­ri mət­bu­at və s. in­san­la­rın dün­ya­gö­rü­şü­nün art­ma­sı­na, ət­raf­da və dün­ya­da baş ve­rən­lə­rə fər­di mü­na­si­bət bil­dir­mək im­ka­nı ve­rir. Be­lə şə­ra­it­də ye­ni im­za ilə, ye­ni bir ki­tab­la oxu­cu­la­rın gö­rü­şü­nə gəl­mək, ye­ni söz de­mək həm çə­tin, həm də mə­su­liy­yət­li­dir. İl­lər­dir ürə­yin­də qo­ru­yub, bəs­lə­yib, sax­la­dı­ğı şa­ir ol­maq ar­zu­su­nu nə­ha­yət ki, Ra­fiq mü­əl­lim üzə çı­xar­maq üçün qə­rar ver­di və bu nə­fis tər­ti­bat­lı ki­tab­la si­zin gö­rü­şü­nü­zə gəl­di.
Şa­ir­li­yə ge­dən yol Ra­fiq mü­əl­lim üçün elə də asan ol­ma­yıb. Hə, ye­ni­yet­mə Ra­fiq doğ­ma Ər­çi­van­da­kı or­ta mək­tə­bin sək­ki­zin­ci si­ni­fi­ni bi­tir­dik­dən son­ra pay­tax­ta - Ba­kı şə­hə­ri­nə gə­lir. Şa­ir ol­maq ar­zu­su­nu da özüy­lə gə­ti­rir. Am­ma bu ar­zu­nu qan­dal­la­yıb, ürə­yi­nin də­rin, giz­li bir gu­şə­sin­də həbs edir. Ra­fiq mü­əl­li­min mə­nə ta­nış olan bu hiss­lə­ri çox­dan yaz­dı­ğım bir şe­ri ya­dı­ma sal­dı. Nə vaxt­sa bu hiss­lə­ri mən də ke­çir­miş­dim və be­lə bir şer yaz­mış­dım:

 
Şa­ir ol­maq is­tə­mi­rəm
 
Heç bil­mi­rəm, mən nə edim,
Tan­rım, bu­rax mə­ni, ge­dim,
Ürə­yi­min sö­zün de­dim,
Şa­ir ol­maq is­tə­mi­rəm.
 
Mə­nim­ki dil xə­ta­sı­dır,
Mə­ni oda ata­sı­dır,
Söz Tan­rı­nın əta­sı­dır,
Şa­ir ol­maq is­tə­mi­rəm.
 
Ürə­yi­mə so­xul­ma­yın,
Dərd-qə­mi­mə to­xun­ma­yın,
Yaz­dı­ğı­mı oxu­ma­yın,
Şa­ir ol­maq is­tə­mi­rəm.
 
Di­dər­gin­di obam, elim,
Göz ya­şı­mı ne­cə si­lim,
Özü­mə düş­mən­di di­lim,
Şa­ir ol­maq is­tə­mi­rəm.
 
Bül­bü­lün­dü gül, a qar­daş,
Çox söz de­yir dil, a qar­daş,
Sö­zün qəd­rin bil, a qar­daş,
Şa­ir ol­maq is­tə­mi­rəm.
 
Şa­ir ol­maq müş­kül iş­di,
Sö­züm alov­lan­dı, biş­di,
Şe­rim dil­dən di­lə düş­dü,
Şa­ir ol­maq is­tə­mi­rəm.
 

Kənd­dən Ba­kı­ya yol alan gənc Ra­fi­qin ba­şın­da isə dai­ma bir fi­kir səs­lən­mək­dəy­di:
- Şa­ir ol­maq is­tə­yi­rəm!Ba­kı­da­kı Le­nin­neft  mə­dən­lər ida­rə­sin­də neft­çı­xar­ma üz­rə ope­ra­tor işi­nə dü­zə­lir. 76 say­lı fəh­lə-gənc­lər mək­tə­bin­də or­ta təh­si­li­ni da­vam edə-edə mə­dən­də ope­ra­tor iş­lə­yir. Ona ra­hat­lıq ver­mə­yən şa­ir­lik ar­zu­su ürə­yin­də hay­qı­ra­raq üs­yan edir, azad­lıq tə­ləb edir. Bu ar­zu­su­nu re­al­laş­dır­maq is­tə­yən qəh­rə­ma­nı­mız is­te­da­dı­nı püx­tə­ləş­dir­mək is­tə­yi ilə o vaxt­lar Ba­kı­da fəa­liy­yət gös­tə­rən ədə­biy­yat dər­nək­lə­rin­dən bi­ri­nə ya­zı­lır. Gün­lə­rin bir gü­nü hə­min dər­nə­yə rəh­bər­lik edən mü­əl­lim  dər­nək üzv­lə­ri­nə be­lə bir su­al­la mü­ra­ci­ət edir:

- İlk də­fə ne­çə yaş­da sev­mi­si­niz?
Gənc Ra­fiq də hə­min sua­la –dör­dün­cü si­nif­də oxu­yan­da – de­yə ca­vab ve­rir. Be­lə bir ca­vab nə­yə gö­rə­sə mü­əl­li­mi hid­dət­lən­di­rir və üzü­nü Ra­fi­qə tu­ta­raq – sən dör­dün­cü si­nif­də se­və bil­məz­sən, çıx çö­lə. Ra­fiq isə mən­tiq­li ca­vab­la mü­əl­li­mi çı­xıl­maz və­ziy­yə­tə sa­lıb:

- Mü­əl­lim, Ni­za­mi Gən­cə­vi­nin, Mə­həm­məd Fü­zu­li­nin Məc­nu­nu, Ley­li­si bir-bir­lə­ri­ni se­vən­də ne­çə yaş­la­rı var­dı?
Ca­vab ta­pa bil­mə­yən mü­əl­lim qey­ri-ira­di de­yib:

- Sən zə­ba­ni­sən, dər­nə­yi tərk elə!
O vaxt mü­əl­lim ni­yə be­lə de­yib, gənc Ra­fiq dər­nə­yi tərk edə-edə ürə­yin­də han­sı hiss­lə­ri ya­şa­yıb, in­di de­mək çə­tin­dir. Am­ma şa­ir ol­maq ar­zu­su­nu mü­əl­li­min hə­min söz­lə­ri­nə gö­rə dəfn elə­mir qəl­bin­də, ək­si­nə bu is­tə­yi bir az da güc­lə­nir.
 
Özüm də bil­mə­dən şa­ir do­ğul­dum,
Çay­lar ki­mi axıb, co­şub çağ­la­dım,
Şa­ir do­ğul­mu­şam, şa­ir də ol­dum.
Ru­hu­mu oba­ma, elə bağ­la­dım.
 
Şai­rəm ürə­yim bo­şa­lıb do­lur,
Ax­ta­rıb hər sö­zün in­ci­sin bu­lur.
De­yə­rəm – mən­dən sor­sa­lar əyər
Bir şa­ir öm­rü min öm­rə də­yər.
 
Son­ra­kı il­lər­də Ra­fiq mü­əl­lim şa­ir­lik ar­zu­su­nu nə­za­rət­siz qoy­ma­maq üçün ürə­yin­də ye­ni-ye­ni şeir­lər qo­şa-qo­şa Mosk­va Koo­pe­ra­tiv ins­ti­tu­tu­nun iq­ti­sa­diy­yat fa­kül­tə­si­ni bi­ti­rir. İq­ti­sa­diy­yat­çı dip­lo­mu ci­bin­də As­ta­ra­ya qa­yı­dan­da yol­bo­yu qəl­bin­dən ke­çən­lər ona ra­hat­lıq ver­mir:
Da­ha şa­ir­lik ar­zu­ma - əl­vi­da – mı de­yim? Ne­çə il­lər mə­nə yol­daş­lıq edən o “sə­da­qət­li dost”u ürə­yim­də dəfn­mi edim? Mən axı şa­ir ol­maq is­tə­yir­dim?!... Şa­ir ol­maq is­tə­yi­rəm!!! Mən axı is­tə­yir­dim, şeir­lə­rim xalq ba­ya­tı­la­rı ki­mi dil­lə­rə düş­sün, məc­lis­lər­də səs­lən­sin, in­san­la­ra xoş ov­qat gə­tir­sin...
Şa­ir ol­maq ar­zu­su içə­ri­dən onun si­nə­si­ni yum­ruq­la­yır, ürə­yi­ni di­dib-da­ğı­dır­dı.
 
Ürək­di ka­ma­nım, ürək­di sa­zım,
İs­tə­yir özüm­dən mən özüm ya­zım,
Hə­ya­tı dərk edib duy­du­ğum gün­dən
Şa­ir­lik məq­sə­dim, şa­ir­lik ar­zum.
 
Mən şa­ir de­yi­ləm? ol­maq is­tə­rəm,
Şa­ir­tək ya­şa­yıb öl­mək is­tə­rəm,
Yaz­dı­ğım hər sa­də bir sö­züm­lə mən
Bə­şə­rin ru­hun­da qal­maq is­tə­rəm.
 
Dur­na­nı gö­zün­dən vur­maq is­tə­rəm,
Özü­mü özüm­dən sor­maq is­tə­rəm,
Sev­gi­dən sa­ray­lar qur­maq is­tə­rəm
Ra­fi­qəm sö­züm­də dur­maq is­tə­rəm.

 
Ra­yon­da ça­lış­dı­ğı ilk işi sa­tı­cı­lıq ol­du. Son­ra ma­ğa­za mü­di­ri, uni­ver­sal ma­ğa­za­da (uni­ver­maq) di­rek­tor müa­vi­ni, di­rek­tor və­zi­fə­lə­rin­də ça­lış­dı. 1988-95-ci il­lər­də isə As­ta­ra Ba­lıq ovu is­teh­lak cə­miy­yə­ti­nin səd­ri iş­lə­yib. Ha­ra­da, han­sı və­zi­fə­də ça­lış­ma­ğın­dan ası­lı ol­ma­ya­raq hə­mi­şə in­san­lar­la mə­də­ni rəf­tar elə­di, nə­za­kət və mə­də­niy­yət­lə dav­ran­dı, on­la­rın hör­mə­ti­ni qa­zan­dı. Həm də için­də­ki şa­ir ol­maq ar­zu­su­nu qo­ru­du, sax­la­dı, kor­şal­ma­ğa qoy­ma­dı, müx­tə­lif möv­zu­lar­da şeir­lər yaz­dı. Hər­dən in­san­lar­la şai­ra­nə ifa­də­lər­lə da­nış­dı. Am­ma şeir­lə­ri­ni or­ta­ya çı­xa­rıb, çap elət­dir­mək, şa­ir ol­maq ar­zu­su­nu re­al­laş­dır­ma­ğa tərd­düd­lə ya­naş­dı. Ra­fiq mü­əl­li­min bu tə­rəd­dü­dü özü­nə də tə­əc­cüb­lü gə­lir­di. Axı o, uşaq­lıq­dan şa­ir ol­maq ar­zu­sun­da idi...
Gün­lə­rin bir gü­nü elə bir ha­di­sə baş ver­di ki, Ra­fiq mü­əl­li­min hə­ya­tı büs­bü­tün də­yiş­di. O, 2015-ci ilin yan­var ayın­da çox ağır av­to­mo­bil qə­za­sı­na uğ­ra­dı. Xəs­tə­xa­na­ya ko­ma və­ziy­yə­tin­də çat­dı­rı­lan Ra­fiq mü­əl­lim düz yed­di gün bu və­ziy­yət­də qal­dı. Bu­nu hə­kim­lər “ölüm yu­xu­su” ad­lan­dı­rır­lar. Hər kəs “ölüm yu­xu­sun­da” ola­nın ayı­la­ca­ğı­na ümid et­sə də, hət­ta ən pe­şə­kar və təc­rü­bə­li hə­kim­lər be­lə xəs­tə­nin oya­na­ca­ğı­na yüz fa­iz­li zə­ma­nət ve­rə bil­mir­lər. Bu və­ziy­yət bəl­kə in­san­la Ya­ra­da­nın baş-ba­şa qal­dı­ğı bir za­man, in­sa­nın axi­rə­tə sə­ya­hət et­di­yi bir müd­dət­dir. Ailə üzv­lə­ri, qo­hum­lar, ta­nı­yan­lar xəs­tə­xa­na­ya dəs­tə-dəs­tə gə­lir­di­lər, xəs­tə­nin ha­lı ilə ma­raq­la­nır, onun hə­lə oyan­ma­dı­ğı­nı bi­lin­cə mə­yus olub, ge­ri qa­yı­dır­dı­lar. Xəs­tə isə bəl­kə də ölüm­lə-olum ara­sın­da çar­pı­şa-çar­pı­şa hə­lə də şeir ya­zır­dı. Bəl­kə də ulu Ya­ra­dan­dan şa­ir­li­yə rüs­xət is­tə­riyr­di.... Və yed­di gün­lük “ölüm yu­xu­su” ba­şa ça­tan­da Ra­fiq mü­əl­lim ye­ni­dən göz­lə­ri­ni aç­dı, hə­ya­ta qa­yıt­dı.  Özü də ar­tıq əl­li il ürə­yin­də gəz­dir­di­yi şa­ir ol­maq ar­zu­su­na izn ve­ril­mə­si­ni hiss et­di. Bir müd­dət müa­li­cə­si­ni da­vam et­dir­sə də için­də vul­kan ki­mi püs­kü­rən şa­ir ol­maq ar­zu­su­nu da­ha ci­lov­la­ya bil­mə­yə­cə­yi­ni hiss edir­di. Da­ha heç o ar­zu­nun qar­şı­sın­da dur­maq fik­ri də yox idi. Çün­ki o ar­zu an­ba­an şe­irə çev­ri­lə­rək sel ki­mi üs­tü­nə gə­lir­di. Da­ha bu se­lin qar­şı­sı­nı al­ma­ğa gü­cü yox idi. O vul­ka­nın hə­ra­rə­ti­nə döz­mək müm­kün­süz idi. “Ölüm yu­xu­su­nun şa­ir­li­yi” nə ya­man olur­muş. Qə­ra­ra gəl­di ki, on il­lər­lə ürə­yin­də gəz­dir­di­yi şeir­lə­ri ka­ğı­za kö­çürt­sün, çap et­dir­sin.

 
Ömür ad­lı qa­tar­da­yam
 
İl­lər­dir ki, yol­lar­da­yam,
Ömür ad­lı qa­tar­da­yam,
Har­da haqq var, mən or­da­yam,
Haq­sız­la­rın di­va­nı­yam.
 
Öz xal­qı­mın şai­ri­yəm,
Və­tə­ni­min əs­kə­ri­yəm,
Mil­yon­la­rın mən bi­ri­yəm,
Məz­lum­la­rın hə­ya­nı­yam.
 
Ul­du­zam, Ayam, Gü­nə­şəm,
Sə­ma­lar­dan ələn­mi­şəm,
Eşq odu­na bə­lən­mi­şəm,
Sev­gi­li­min ca­na­nı­yam.
 
Azər­bay­can - doğ­ma elim,
Çə­mən­lər­də qön­çə gü­lüm,
Nəğ­mə de­yir şi­rin di­lim,
Şa­ir Ra­fiq Zə­ba­ni­yəm.

Nə­ha­yət şeir­lə­ri­ni torp­la­yıb, ki­tab ha­lı­na sal­maq qə­ra­rı­nı ver­di. Tə­xəl­lüs ba­rə­də dü­şü­nən­də ya­dı­na ilk dü­şən əl­li il əv­vəl dər­nək rəh­bə­ri­nin ona de­di­yi – sən zə­ba­ni­sən – ifa­də­si ol­du. – Ra­fiq Zə­ba­ni – pis de­yil de­yə dü­şün­dü. Bax be­lə­cə əli­niz­də­ki bir öm­rün şa­ir ol­maq ar­zu­la­rı­nı özün­də gəz­di­rən in­sa­nın ilk şeir­lər ki­ta­bı gəl­di dün­ya­ya. Mən Ra­fiq Zə­ba­ni­nin bu ilk ki­ta­bı haq­qın­da, ki­tab­da top­la­nan şeir­lər haq­qın­da heç bir fi­kir, rəy bil­dir­mək­lə si­zin ki­tab­dan ala­ca­ğı­nız tə­əs­sü­rat­la­rı is­ti­qa­mət­lən­dir­mək is­tə­mi­rəm. Çün­ki özü­nüz oxu­ya­caq­sı­nız, şai­rin bir ömür­lük şa­ir ol­maq ar­zu­su­na yol­daş ola­caq­sı­nız, yal­nız “ölüm yu­xu­su”ndan son­ra  qə­ra­ra gəl­di­yi şa­ir­li­yə şa­hid­lik edə­cək­si­niz. Har­da­sa gənc­li­yi­ni­zi, har­da­sa sev­gi­ni­zi xa­tır­la­ya­caq­sı­nız, har­da­sa Və­tə­ni xə­ya­lən gə­zə­cək­si­niz, har­da­sa göz­lə­ri­niz xə­yal­la­nıb, yol çə­kə­cək. Bir şa­ir qəl­bi­nin çır­pın­tı­la­rı­nı eşi­din, ürə­yi­nin dö­yün­tü­lə­ri­ni din­lə­yin. Al­lah kö­mə­yi­niz ol­sun. Ar­tıq növ­bə­ti ki­tab­la­rı­nı ça­pa ha­zır­la­yan Ra­fiq Zə­ba­ni­yə də ha­mı­lıq­la ye­ni-ye­ni zir­və­lə­rin fət­hin­də bö­yük uğur­lar ar­zu­la­yaq.
 
Hörmət və ehtiramla
German
şair-
publisist

Rafiq Zəbani (Rafiq Dadaş oğlu Cəfərov)
 
AY  ATA
 
Qeyrətinə qurban olum, ay ata,
Vətən deyib, sən yollandın cəbhəyə.
Yağı düşmən qənim oldu həyata,
Sinə gərdin güllələrə, qəlpəyə.
 
Qeyrətinə qurban olum, ay ata,
Reyxstaqa bayraq sancıb, qayıtdın.
Vətən üçün vuruşduqca, ay ata,
Ürəyimdə vətən eşqi oyatdın.
 
Qeyrətinə qurban olum, ay ata,
Köçüb getdin bu dünyadan nigaran.
Qarabağın qalıb tapdaqlar altda,
Yanıb-yaxılardın buna hər zaman.

 
ƏZİZ  ANAM
 
Əziz anam, mən qürbətdə yaşadım,
Vətən dərdin öz kədərim sanmadım,
Vətən dedim, mənasını qanmadım,
Əziz anam, Vətən səndən yadigar,
Vətən şərəf, Vətən qeyrət, Vətən ar.
 
Düşmən gəlib Qarabağı alıbdı,
Xalqımızı dərdə, qəmə salıbdı,
Qarabağım qarabaxtlı qalıbdı,
Vətən səndən, mənə qalıb yadigar,
Vətənimdə at oynadır yağılar.
 
Əziz anam, Qarabağı almağa,
“Misri”sini, “Cəngi”sini çalmağa,
Düşmən üstə son qələbə çalmağa,
Koroğlunun Qır atına atlanım,
Vətən üçün hər əzaba qatlanım.
 
Əziz ana, xeyir-dua ver mənə,
Qan uddurub, zərbə vurum düşmənə,
Zəfər müjdəsini verim Vətənə,
Şəhidlərin ruhunu biz şad edək,
İgidlərin adlarını yad edək.
 

GÖZ  YAŞI
 
Axan göz yaşlarım əridir daşı,
İnsanın qəlbi də daşa dönərmiş.
Nədir bu küdurət sevənə qarşı,
Ömrün baharı da qışa dönərmiş.
 
Axan göz yaşlarım nalədir, ahdır,
Yüksəlir köksümdən səmaya sarı.
İncitmə aşiqi, axı günahdır,
İnsaf et, könlümü ovundur barı.
 
Axan göz yaşlarım məhəbbətimdir,
Dillənər könlümün qəmli udunda.
Axan göz yaşlarım sədaqətimdir,
Rafiqin bu sözün saxla yadında.

 
MƏNİM   AZƏRBAYCANIM
 
Bağçaların, bağların,
Uca-uca dağların.
Adın-şöhrətim, şanım,
Mənim Azərbaycanım.
 
Çeşmələrin çağlayır,
Gülləri sığallayır,
Hələ bundan sonradır
Sənin gözəl çağların,
Mənim Azərbaycanım.
 
Həyatımın özüsən,
Baxtımın ulduzusan,
Yaşamaram mən sənsiz,
Sən uşaqlıq çağlarım,
Mənim Azərbaycanım.
 
Kürün var, Arazın var,
Köksündə Xəzərin var,
Vurğun tək yazarın var.
Düşməninə göz dağım,
Mənim Azərbaycanım.
 
Hər tərəfin çıraqban,
Gecələrin al-əlvan.
Anamın yadıgarı,
Sən həm ürək, həm də can,
Vətənim Azərbaycan.
 
Gözəl yazın, payızın,
İqlimindən nə yazım,
Qara günləri pozum,
Uğrunda getsin canım,
Mənim Azərbaycanım.
 
Vardır Kürün, Arazın,
İqlimindən nə yazım,
Yaşa ürəyim, canım,
Mənim Azərbaycanım.
 
Baxçaların, bağların,
Uca-uca dağların.
Adım, şöhrətim, şanım,
Mənim Azərbaycanım.





 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ