SON DƏQİQƏ

Döşəyin vətən daşı- deyən İlyas müəllimin hər kəlməsi bir nəsihət idi- FOTOLAR

Tarix:30-01-2021, 17:24

İlyas Qəmginin həyat və yaradıçılıq yolu.                                                                                                                                                              Tanınmış jurnalis- şair publisist, Böyük Vətən Müharibəsi veteranı  İlyas Niyaz oğlu Allahverdiyev 1924- cü ildə Qubadlı rayonunun Yuxarı Həmzəli ( Şıxava ) kəndində anadan olmusdur.
Muradxanli kənd orta məktəbini bitirdikdən sonra müharibə başlayıb.  Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata marağı böyük olub.
Rayon məktəbliləri arasında keçirilmiş şeir festifalının   qalibi olub. Lakin müharibə  arzularını yarımçıq qoydu,  cəbhəyə yollanır.

Böyük Vətən müharibəsində bölmə komandiri olub. 
Dağ - xizəng hərbi   komandirlər  məktəbini  başa vurub .
Kazbek dağını bir qrup zabitlə ilk fəth edib və  "SSRİ- nin ilk alpinisti" döş nişanı ilə təltif olunub.
1943- cü  ildə Qroznıda Komendantın müavini olub.
O  illəri xatırlayan İlyas müəllim deyərdi: Bir gün dedilər ki bir Qafqazlını tutub qaubtvaxta salıblar.
Maraqlandım. Sən demə məşhur bəstəkarımız Niyazi imiş. Rusları başa saldım ki, bu anlaşılmazlıq olub. Böyük sənətkarı azad etdim.
Oğlu Rauf İlyasoglunun dediklərindən : Bir gün orta məktəbdə oxuyarkən dərsdən gəlib divanın üzərində əyləşdim. Bilmədim, atamın müharibədən yadigar saxladığı çantasının üzərində oturmuşdum. Atam ömründə ilk dəfə mənə əsəbləşərək dedi: 1942-ci il idi .
Almanlar bizi mühasirəyə almışdılar. Ordu döyüşərək geri çəkilmişdi. Mən irəli deyərkən qolumdan və ayağımdan yaralanmışdım.
Qarın üzəri al qırmızı  gölə çevrilmişdi. Mən əl cantamın uzərində sürüşərək 6 kilometr dağ yolu ilə mühasirəni yara bildim. İndi ermənilər rusların köməyi ilə yurdumuzu işğal edib. Amma vaxt gələcək biz o torpaqlarımızı yağı taptagından azad edəcəyik.Onu da qeyd edək ki, İlyas Allahverdiyev müharibənin od alovundan cixib, iki dəfə yaralanıb. Belarusiya, Ukrayna və Rus torpaqlarının alman işğalçılarından azad olunmasında igidliklər göstərib. 20- dən çox orden və medallarla təltif olunub.  1947-ci ildə  ordudan tərxiş olunub.

Daxili İşlər Nazirliyində  bir müddət işləyib. Ağdam şəhərində ev tikdirib. Baki Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. 20 ildən   çox  olaraq Mərkəzi Komitənin orqanı olan " Kommunist " qəzetinin zonalar üzrə xüsusi müxbiri vəzifəsində işləyib.Mil, Muğan, Şirvan zonalarının qarış-qarış  gəzib. Zəhmət adamlarından yazdığı oçerklər. Yuqoslaviya, Bolqarıstan, Türkiyə Rusiya və digər dövlətlərin teleradio verilişlərində səsləndirilib.
Saysız-hesabsız felyeton, novella, oçerklər, alleqorik hekayələr, 4 min beytdən çox bayatılar, cinaslar, rübailər müəllifi olub. "Peygəmbər" poemasını yazıb  və  “Mənim inamlı dünyam" kitabını çap  etdirib.
İlyas Qəmginin ilk “Könül dəftəri” kitabı 1997- ci ildə Gənclik nəşriyyatında çap olunub . “Qəm dəryası"  bayatılar kitabı, "Qaragöl"  romanı müəllifə şöhrət qazandırıb.
SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Moskvada dərc olunan " Krokadil " jurnalının Azərbaycan üzrə müxbiri işləyib. 
Bir müddət Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsində  redaktor vəzifəsində çalışıb.
Sonra səhhəti ilə əlaqədar yaşadığı Ağdam rayon " Lenin yolu"  (indiki  Ağdam ) qəzətində şikayət, müxbir və məktublar şöbəsinin müdiri vəzifəsində çalışıb.
1993 - cü ildə Ağdam şəhəri erməni rus hərbi birləsmələri tərəfindən işğal olunduqdan sonra  bir müddət Bərdədə , sonra isə Ağdam şəhərinin Quzanlı çadır  qəsəbəsində finlərin  tikdikləri kardon evlərdə  məcburi köçkün həyatı yaşamışdir. 
Sonralar məcburi köckunlər  daş evlərə köçürülmüşdür. xeyirxah və dürüst , qorxmaz və prinsipial jurnalist olan İlyas müəllim yüzlərlə kasıb insanları oxutmus, günahsız insanları həbs olunmaq təhlükəsindən qurtarmışdır. 
1970 - ci illərdə öz xərcinə və dostlarının köməkliyi ilə doğulduğu kəndinən sol sahilindən axan Həkəri çayının üzərindən  camaatın çayı o taya  rahat gedib gəlməsi  məqsədi ilə körpü tikdirmis,  6 tagibəndlər qurulmuş və həmin dövrdə imzasız məktub yazaraq körpünün tam başa çatmasına xain qüvvələr mane olmuşlar . Bu haqda xatirələr kitabında   yazmısdır.
2005- ci ildə İlyas Allaherdiyev haqq dünyasına qovuşmuş və Quzanlı kənd qəbirsanlıgında el adətiylə dəfn olunmuşdur.

Mən elin vətəndaşı, 
Qəlbimdir vətəndaşı .
Öləndə sinəm üstə, 

Döşəyin vətən daşı- deyən İlyas müəllimin hər kəlməsi bir nəsihət idi.
Oglu Rauf İlyasoğlu 1993 cü ildə atasının əlyazmalarından bir qismini işğal zonasından çətinliklə də olsa təhlükəsiz yerə çıxartmış və ermənilərin iç üzünü açan  " Qaragöl " romanını tərtib edərək çap etdirmişdir.
2019- cu ildə   Rauf İlyasoğlu  İlyas Allaherdiyevin  (Qəmgin)  üç kitabını kril əlifbasından latın əlifbasına çevirərək " Yolda qalan izlər " adıyla çap etdirmişdir. Qəlbi Vətən həsrətiylə döyünən İlyas müəllim ermənilərin iç üzünü açan tarixi romanlar, sənədli hekayələr və povestlər müəllifidir. 
Ata baba yurdumuz işğaldan azad olmasını görməsə də İlyas müəllimin yazdıqları qiymətli sənət əsərləri onu əbədi yaşayacaqdır.
Çox sevindirici haldır ki, atasının yaradıcılığını Rauf İlyasoğlu uğurla davam etdirir. Nə yaxşı ki ata baba yurdumuzu işğaldan azad olunub.
Ruhun şad olsun İlyas müəllim!                                                
İlyas Allahverdiyevin 4 oğlan, 2 qız  övladı var: Onlardan 3 oğlu  Qarabağ vetranıdır.                                                                   

Böyük oğlu Vaqif İlyasoğlu  1-ci Qarabağ müharibəsi əlilidir, ehtiyyatda olan zabitdir.                                
Kiçik oğlu Namiq Allahverdiyev polis sistemində çalışıb Ağdamın, Kəlbəcərin müdafiəsində uğurlu əməliyyatlarda iştirak edib. Başından və bədənindən qəlpə yarası alıb Ağdərənin düşməndən azad olunmasında iştirak edib. Atəşkəsdən sonra müharibənin ağrıları onun səhhətini korlayıb və haqq dünyasına qovuşub.

Adam var 
 
Adam var adama içirdər yağı, 
Adam var adama görünər yağı.
 
Adam var, adamı dilnən yağlayar, 
Adam var adamı felnən bağlayar.
 
Adam var, yüz yerə tək lağım atar, 
Adam var, adamı keçitək satar.
 
Adam var uzanıb qanqaltək batır , 
Adam var anadan gəlibdi qatır.
 
Adam var , görəndə susar, ağlayar, 
Ad var, görəndə  basar, bağlayar.
 
Adam var, araya ixtilaf  qatar, 
Adam var pul üstə  qardaşın  satar.
 
Adam var, bitirər göydə güluzar,
Adam var, zülümlə ağladar zar- zar.
 
Adam var, yaz fəsli yağdırar buz- qar, 
Ad var, hökm etsə quruyar Qar - qar .
 
Adam var , adamı qurd kimi  talar, 
Adam var, yalquzaq tək səni parçalar.
 
Adam var , arxadan səni teyləyər, , 
Adam var, dabanı daldan çeynəyər.
 
Adam var, dostuna dərman axtarır, 
Adam var, dostuna fərman axtarır.
 
Adam var, dost üçün yanar, yaxılar, 
Adam var, dost üçün şişə taxılar .
 
Ad var, acını şirinə qatar, 
Adam var,  şirini acıya  qatar.
 
Adam var, yel təki üstündə əsər ,
Adam var sel təki dəstində kəsər .
 
Adam var , yay fəsli qarı yağdırar, 
Adam var, qış gəlsə, barı yağdırar.
 
Adam var bulud tək bürünçək olar,
Adam var, tor hörən hörümçək olar.
 
Adam var, dost ücün qıyıqdan keçər, 
Adam var dostunu oyuqdan seçər.
 
Adam var özünə gündəlik yazar, 
Adam var, yazılan yazını pozar.
 
Adam var danışıb doymaq bilməyir, 
Adam var, dost olur, uymaq bilməyir.
 
Adam var , nə dinər , nə də danışar,
Adam var, kəssələr , baxıb qımışar.
 
Adam var, görəndə " baş üstə " deyər,
Adam var, döndünmü, arxanca söyər.
 
Adam var, teşt üstə sənə tar çalar, 
Adam var, leş üstə səni parcalar.
 
Adam var, mey ilə səni məst edər, 
Adam var, söz ilə tez şikəst edər.
 
Adam var, süfrədə aşını kəsər, 
Adam var daldada başını kəsər .
 
Ey süfrə başında əyləşən dostlar, 
Sevinən, şadlanan, gülüşən dostlar, 
 
İlyasın  sözüdür bunları bilin, 
Çalışın pisləri ömürdən silin.
 
İlyas Qəmgin ( Allahverdiyev) 
İyun 1974- cü il
Yolda qalan izlər kitabından 
Redaktor və tərtibçi Rauf İlyasoğludur .
 
“XeberTıme.az”  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ