SON DƏQİQƏ

SEVDALI DUYĞULAR

Tarix:30-01-2021, 19:12

Bu duyğular çox rəngarəng, əlvandır. Vətənə məhəbbət,ata - anaya sevgi, eşq yanğısı ilə ötüb - keçən ömür, narahat dünyadan gileyli notlar bəzəyir bu şeyriyyət dünyasını. 
Sevda İbrahimlinin  "ORDA MƏN VARAM" kitabında toplanmış şeirlərin mayası bu əlvan, zərif, kövrək duyğulardan yoğrulub. Sevdanın poetik dünyası, sanki illərlə gizli qalmış və birdən - birə qaynayıb üzə çıxmış bulaq kimidir. Bulağın suyu nə qədər saf, təmiz, şəffafdırsa bu duyğular da eləcə təmizdir. Gənclikdən ürəyinin gizli bir guşəsində sesiz qalan çox- çox illər sonra hayqırıb kükrəyən  bu duyğulardan bir giley, məzəmmət, unudulması mümkün olmayan bir sevgi var.

         Unudum Səni

Unutmaq çətindir inanki, səni,
Unuda bilmirəm məndəki, səni.
Elə dolmusan ki ,qəlbimə mənim,
Dərmanım tapılmır unudam səni.

Könlümün yarasın saran yox mənim,
Sən elə bilmə ki,  günüm xoş mənim
Çəkdiyim acılar bitib tükənmir,
Loğmanım sən ol, tükənir səbrim,
Çarə ol dərdimə unudum səni.

Unudtmaq asandır deyirlər səni,
Acısın halıma  görənlər səni.
Sən elə gözəlsən ,ay ömrüm,günüm,
Günəşin nuru tək  gül ki, üzümə,
Qaranlıq gecələr unudum səni.

Sevdanın şeirlərində ki, Vətən məhrum doğulduğu kənd, məhəllə bu məhəllədən uzaqlarda görünən dağ - dəfədir, geniş çöllər, laləli düzlərdir. Bənəniyar Naxçıvan bu balaca  kəndi şairə üçün bəlkə də dünyanın ən böyük, qüdrətli ən gözəl məkanlarından biridir. Çünki, Sevdanın doğulduğu torpağa sevgisi böyükdür. O, bu sevgini özü bildiyi tərzdə , səmimiyyətlə oxucuya çatdırmağa çalışır.

Qınama gəl məni İlham bu yerdə,
Doğulub böyüdüm Əlincə eldə.
Bir dastan olmuşam elin dilində,
Sözümü demişəm yazmasam olmur.
//
Sevdayam, demirəm ümman dənizəm,
Şeiri dünyaya kölə - kənizəm.
Susdursan çılğınam,dindən nəğməyəm,
Hissiylə,duyğular yazmasam olmur.

Sevda İbrahimlinin şeirlərinin ilk dinləyicisi  mənəm. Tərifdən qanadlanıb,tənqiddən keyfi pozulan, Sevdanın şeirləri hərdən məni heyrətləndirir: Ali təhsil almayan, poeziyanın qayda qanunlarını o qədər də bələd olmayan, iş gücdən vaxt tapmayıb bəzən İlham pərisinin küsdürən Sevdanın şeirlərində, obrazlı ifadələr,məna gözəlliyi, oxucunu özünə bağlamaq məharəti hardandı?
Düşünürəm ki, bu ancaq kökdən gələn isdedaddır.
 
Sevdanın şeirlərində anaya- ataya xüsusi bir məhəbbət və ehtiram  hissləri də çox sadə, obrazlı bir dildə oxucuya çatdırır. Hər bir şair bu zərif , kövrək hissələri öz tərzində, öz duyğularının içindən keçirərək tərənnüm edib. Sevda  öz analı dünyasının qapılarını səmimiyyətlə üzümüzə açır. Bu analı dünyanın keşməkeşləri çox olsa da öz ətrini hələ də saxlayır. Ana sığalı, ana nəvazişi tükənməyib. Anasızların  həsrətində olduğu " can- bala " kəlməsi şairənin üz tutduğu qiblə, müqəddəs məkandır.

Uşaqlıq illərim keçdi önümdən,
Acı xatirələr keçdi gözümdən.
Yanımda tapmadım öpən əlindən,
Qəlbimdə parlayan günəşim ana.

Sevdanın şeirlərində həsr etdiyi anası Nazlı xanım,atası İbrahimxəlil kişini təkcə Bənəniyar da deyil,ətraf kəndlərdə də yaxşı tanıyırdılar. İbrahimxəlil kişinin qapısı da ,süfrəsi də hər kəsin üzünə açıq olub.
Dünyadan köçsə də İbrahimxəlil kişi yaddaşlarda mərd ,xeyirxah bir insan kimi qalıb. Sevdanın anası Nazlı əli "Quran"lı ,dili dualı,  üz- gözündən nur  tökülən, gözəlliyini hələ də saxlayan bir xanımdır.Saatlarla söhbətinə qulaq assan  yorulmadan.Daim işıq saçan gözlərində ,təbəssümlü çöhrəsində, elə bil ürəyinin işığı yanır. Mənə elə gəlir ki, Sevdanın şeir yazmaq isdedadı Nazlı xanımdan gəlir:
            
Buluddan süzülən damlalar olsam,
Süzülüb mey kimi qədəhə dolsam.
Hər dərdi unudub qəlbimin olsan,
Bəxtimə yazılan paydan keçərəm.

Sevda İbrahimlinin şeirlərinin əsas mövzusu sevgidir, İlahi məhəbbətdir.Bu mövzu Onun hissələrinə, duyğularına,daha yaxındır. Klassik seirimizdə yarın vəfalılığı,sədaqəti,bəzən də dönüklüyü haqqında çox yazılıb.
Sevda da özünəməxsus tərzdə bu gözəl duyğuları qələmə alır,yeni deyim formaları ,ifadə tərzi ilə onu oxucuya çatdırır.

Sənsizlik sinəndə yaman göynədir,.Ürək sənsizliyin izlərin duydu.

Demə məhəbbətin izləri buydu.
Özümü hey oda ,hey köşə vurdum,
Özümdə sənsizlik dünyası qurdum.
Sənsizlik içində iztirab çoxdu,
Fikirlər ağlımı,beynimi yordu.
"Sevmirəm" birdaha dedin,
Könlümə ox vurdun,yara eylədin.

Göründüyü kimi Sevdanın şeirləri səmimidir. Bu şeirlərdə bir axıciliq təbiilik var. Bu şeirlərin deyimində sanki ,səssiz bir musiqi var ki,bu musiqi də ruhumuzu oxşayır.
Sevda şeirə poeziya çox vurğunudur. Onun həyatının ən mənalı saatları mən deyərdim ki,İlham pərisi ilə üz -üzə qaldığı anlardır.
Sevda xanımın üç övladı altı nəvəsi var. Kitabda nəvələrinə aid yazdığı şeirlər də öz sevgisini belə ifadə edir.

Dağların lalesi ,çöllərin mehi,
Şirindən şirindir çəmənin şehi.
Könlümü ovutdu o şaqraq səsi,
Ətrini duyuram güldən çiçəkdən,
Qızların göyçəy ilk Təkan nəvəm.

"ORDA MƏN VARAM" şeirlər kitabı Sevda İbrahimlinin poetik yollarda ilk addımları. İlk addım ilk övlad kimidir. İnanıram ki, bu kitaba toplanmış şeirlər oxucuların xoşuna gələcək. Sevda İbrahimli adlı poetik duyğulu bir şairənin onlara tanıdacaq.


GÜLLÜ  MƏMMƏDOVA 
AYB- nin üzvü

AYB-nin uzvü, yazıçı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ