SON DƏQİQƏ

Xeyirxah və sadə insan

Tarix:5-02-2021, 00:17

Həkərini yaşadan şair- publisist
Allahverdiyev Rauf İlyas oglu 1959- cu ilin mart ayının 19-da Azərbaycan  Respublikasının  Ağdam şəhərində şair - jurnalist ailəsində  anadan olmuşdur. İlk məqaləsi 1975- ci ildə Ağdam rayon qəzetində ( "Lenin yolu") çap olunmuşdur. Hazırda " Həkəri" qəzetinin baş redaktoru, Gunaz.az saytının redaktoru olan Rauf İlyasoğlunun "Xatirəyə dönmüş anlar", " Dostlara dost töhfəsi", "Qara göl" tərtibci  (roman), "Könül duyğularım" (2 cildlik), "Dost sədaqəti", " Dünya şöhrətli alim, karikaturaçı-rəssam"  (K.Kərimova həsr olunub), "Cinaslı rübailər", "Bayramsız Laçın, Laçınsız  Bayram" ( şəhid haqda),  " Əfsanəvi Şeyx Dədə" adlı kitabları işıq üzü görmüşdür.2019-cu ildə "Yolda qalan izlər" adlı kıtabının   tərtibçisi və redaktorudur.
Uzun illər Yeni Nəşrlər katoloq jurnalının məsul katibi və Respublika qəzetiində məsul katibin müavini, xüsusi müxbir, analitik informasiya şöbəsinin müdiri və sair vəzifələrdə çalışmış saysız hesabsız tədbir yazıları, oçerkləri məqalələri , şeirləri dövrü mətbuatda , Türkiyə İran , Misir Ərəb Respublikası, İraq və bir çox ölkələrin mətbuat səhifələrində çap olunmuşdur.
Türkiyədə keçirilmiş beynəlxalq festivallarda şairlər məclisinin iştirakçısı olmuş və ödül və diplomlara layiq görülmüşdür.Bir çox ictimai birliklərin ictimai əsaslarla mətbuat xidməti rəhbəridir.
Yüzlərlə  elmi, dini, tibbi, publisistik və şeirlər kitabınin   redaktoru, məsləhətçisi və ön söz müəllifidir  : 

Şair-publisist Rauf İlyasoğlu yaradıçılığından bir neçə seir. 
 
      Bölmək olarmı?
 
Torpaq itkisindən varmı ağır dərd,
Bu dərdi duymayıb ölmək olarmı?
Bir qaşıq qanından qorxub olma sərt,
Dərdimi kimsəylə bölmək olarmı?
 
Yadımdan çıxmayır o Cıdır düzü,
İsa bulağının harayı, sözü,
Pənahxan qalası,kül olmuş közü,
Qəlbimi dələrsə, dözmək olarmı?
 
Ömür karvanımı   sürdüm  bu yolla,
Həkəri  dərdimə  qovuşan qolla,
Daşnaq  , ermənini qamçıla,  zolla!
Torpağı  satanı  əzmək   olarmı?
 
 
Bu səs ruhumu titrədir
 
Bu sazdakı qüdrətə bax,
Məni yerimdən tərpədir.
Bu sazdakı şöhrətə bax,
Yeri, göyü də titrədir.
 
Ağlımı aldı əlimdən,
Məni susdurdu dilimdən.
Xəbər gətirdi elimdən,
Bu səs ruhumu titrədir.
 
Düşdüm sazın azarına ,
İlyas dözərdi nazına.
"Ruhani" çal məzarına,
Bu səs ruhumu titrədir.
 
Sazda var Qorqud nəfəsi,
YUNESKO- dan gəlir səsi.
Oyandırır hər bir kəsi,
Bu səs ruhumu titrədir.
 
Bu səs ilahi bir səsdi,
Qoç Koroğlu coşub əsdi.
Anlamayan bil, şikəstdi,
Bu səs ruhumu titrədir. 
 
Dilə tutub, hey tovlayır.,
Raufun qəlbin ovlayır.
Ürəkləri alovlayır,
Bu səs ruhumu titrədir,
Bu səs ruhumu titrədir.
 
       Dağlar 
 
Ürəyimdə məskən saldın,
Öz elimdə qalım, dağlar!
Doğma elə həsrət qaldım,
Gəl, qaranı alım,dağlar!
 
O kəklikli dağ, dərələr,
Qızlar gül-çiçək dərələr,
Bağlanıbdır  bənd-bərələr,
Bil, qadanı alım dağlar!
 
Döz bu dərdli ağılara,
Baş əymə sən yağılara,
Zərbə vuraq "dığa"lara,
Gör, qadanı alım, dağlar!
Gül, qadanı alım, dağlar!
 
Hay verək yurdumun fəryad səsinə
 
Qarabağ  keçibdir   düşmən əlinə,
Daşnaq bizi salıb şeytan felinə.
Qaçqın qayıdacaq haçan elinə?
Hay verək yurdumun fərhad səsinə . 
 
Toylarda var yersiz yerə oynayan,
Bulanıq sular tək coşub çaglayan.
Hiss etmir ki, onu yoxdu heç sayan,
Qulaq as, Qədirin şikəstəsinə.
 
Didərginin nalə çəkən vaxtıdır,
Torpağın şumlayıb əkən vaxtıdır.
Ağdamı erməni , sökən vaxtıdır,
"Oynama Qarabağ şikəstəsinə".
 
Bülbül susub , yenə qəlbi dolubdur ,
Analar, bacılar zülfün yolubdur. 
Tapdanan torpağın gülü solubdur,
Hay verek Cabbarın fəryad səsinə.
 
   Dözmək olmaz

 
Yağı oda qalanmasa,
Can sarayı talanmasa,
Torpağımız alınmasa,
Alnı açıq gəzmək olmaz,
Yurd dərdinə dözmək olmaz.
 
Qılıncların sıyırdılar,
Elimizdən ayırdılar,
Oldu bizə gen dünya dar, 
Alnı açıq gəzmək olmaz,
Yurd dərdinə dözmək olmaz.
 
Rauf, qeyrət biləyimiz,
Hava, sutək gərəyimiz,
Vətən, vuran ürəyimiz,
Vətəndən əl üzmək olmaz,
Yurd dərdinə dözmek olmaz.
 
        Atatürk
Nəsillərə nümunədir,
Qəlbimdədir Atatürküm.
Dünya sənə əhsən dedi
Əlçatmaz dağ, bir soykökün,
Yaşa türküm, Ata türküm.
 
Yağıları əzən Paşa,
Ənvər, Xəlil, Nuru paşa.
Paşaları  yaşa! Paşa,
Əlçatmaz dağ, bir soykökün,
Atatürküm, Ata türküm.
 
Sərkərdəsiz, xilaskarsız,
Türk dünyası bəxtiyarsız.
Bayraqdarsız, vəfadarsız,
Əlçatmaz dağ, bir soykökün,
Yaşa türküm ,Ata türküm.
 
Ruhun gəzir el-obanı,
Qərib, itkin, məzar hanı?
Gözləyirəm qalıb anı,
Əlçatmaz dağ, bir soykökün.
Yaşa türküm, Ata türküm.
Atatürküm, Atatürküm. 
 
            Bənövşə 
Çiçəkli dağları dolandım yenə,
Həsrətlə axtardım səni, bənövşə!
Görəndə sevinib, dərəndə necə,
Ətrindən doymadım sənin,bənövşə!
 
Bəlkə də,gizlincə baxırsan  yana,
Tamarzı qalmısan əl sığalına.
Şaxta sənə qıysa, alışıb yana,
Var güllər içində xətrin, bənövşə!
 
Dağlarım  dumana, çənə bürünür,
Çəməni gəzirəm yerin görünür.
Boyunu bükük çöhrən necə bilinir?
Yayıla hər yana ətrin, bənövşə!
 
Yağmalandı yurdum, o doğma elim,
Yetişə bilmədi bir yana əlim.
Bitmisən bəlkə də buludda, gülüm,
Hanı dəstə-dəstə çətrin, bənövşə?
 
Gəzərəm elləri hər yaz gələndə,
Tapsam sevinərəm səni görəndə.
Xalqım zəfər çalar, deyib, güləndə,
Qalsın könüllərdə sətrin, bənövşə,
Raufun qəlbində ətrin, bənövşə.
 
Qaytara bilərsənmi ata-ana borcunu  
               
 
Sağlığında dəyməyin qəlbinə siz onların,
Ana müqəddəs varlıq ,  ata uca zirvədir,
Səndə bir vaxt çəkərsən çiynində o xurcunu,
Qaytara bilərsənmi, ata-ana borcunu?
 
Var-dövlətin olsa da, sənin dəryalar qədər,
Ata-ana zəhmətin əsla ödəyə bilməz.
Elə et ki, keçməsin ömrün  mənasız, hədər,
Qaytara bilərsənmi ata- ana borcunu?
 
Övlad ata- anaya qüssə- qəm yaşatmasin, 
Elə etsin o gözlər heç zaman yaşarmasın. 
Şeytan səni yolundan azdırıb aşırmasın , 
Qaytara bilərsənmi ata- ana borcunu ? 
 
Allahverdiyev Rauf İlyasoglu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ