Hər dəfə Azərbaycan nəşriyyatına daxil olarkən gözüm girəcəkdəki elanlar lövhəsinə sataşır. Lövhə boş olanda sevinirəm. Bu gün isə divar lövhəsində Nurəddin qardaşımızın şəklini görərkən çox sarsıldım .
Nurəddin Oxçuoglunu 2002- ci illərdən tanıyırdım.
" Müstəqil Respublika" qəzetində müxbir, sonra hüquq şobəsinin müdiri işləyirdi və həm də şair idi. Bir neçə şeir kitabları çap olunmuşdu.
Nurəddin Oxçuoğlu ixtisasca hüquqşünas olsa da, sonradan müstəqil olaraq vəkil işlədi.
Vətəndaşların hüququnun qorunmasında fəaliyyət göstərirdi.
Haqsızlığa qarşı barışmaz idi.
1988 - ci ildə Qərbi Azərbaycandan qaçqın düşərək Bakıda məskunlaşmışdi.
Gördükləri acı həqiqətlərdən yana- yana danışırdı. Alçaq, məkirli, fitnəkar ermənilərdən danışarkən gah əsəbləşir, gah da dostlarına "qadan alım" deyərək mehriban söhbətlər edərdik.
Qəzetin baş redaktoru birinci qrup əlil, şair- publisist Gulxas Səmədli ona daha çox diqqət və qayğı göstərərdi. Dost yolunda hər əziyyətə düşməkdən, pul xərcləməkdən belə çəkinməzdi. Səliqəli yeyib içməyi, məzəli söhbətləri həm də hazırcavab idi.
Hər il dekabrın 30-da qonşu " Neft daşları" qəzetinin geniş otagında Gulxas Səmədlinin həm ad gününü, həm də dünya Azərbaycanlılarının həmrəylik gününü və Yeni ili deyib gülə - gülə şən keçirərdik.
Dostlari görərkən " anan qurban " necəsən, başına dönüm" deyən Gulxas Səmədlinin başina yığışardıq.
Tort süfrəsi ətrafında şair neftçi Zaməddin müəllim “Həncəriən, həncəri" şeirindən başlayardı.
Nurəddin qızışardı, nə qızışardı. Gulxas Səmədli, Raqub Kimsə, Rauf İlyasoğlu, Məmməd Qəhrəmanoğlu, Hacı Fərhad və digər dostlar şeir söyləyər, mehriban söhbətlər edər, məclisimiz əsl şeir məclisinə çevrilərdi...
Bu gün lövhədə mənalı baxışlarıyla dostlarını süzən Nurəddin Oxcuoğlunu görərkən çox təsirləndim. Otən gunlər yadıma düşdü.
Bu bir il ərzində necə- neçə dəyərli dostları itirdik.
Professor dostumuz Zahid Məmmədov, şair jurnalist Kamil Nehrəmli, akademik Kərim Kərimov, şəhid atası Məhəmməd Mürsəloğlu və necə- necə dostlarla əbədi vidalaşdıq....
Bir başa 8- ci mərtəbədə yerləşən " Müstəqil Respublika " qəzeti redaksiyasına baş çəkdim.
Qapı bağlı idi. Yadıma düşdü ki, axı Gulxas Səmədli həftənin hər cüt günləri dialezdədir. Böyrək çatışmasından əziyyət çəkən bu cəfakeş xanımın gözünün biri də tamam tutulub, diz qapağı avtomobil qəzasında qırıldığından çəliklə gəzir. Ondan çox şeir, hekayə və povestlər kitablarının müəllifidir.
Qəzeti bir zülmlə dovlətdən heç bir maliyyə yardımı belə almadan uzun illərdir ki, çap etdirir. 15 ildən çoxdur ki Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da , bu quruma təzə üzv olan gənc yazarlar hansı yolla olsa da, bir illik verilən Prezident təqaüdünə layiq ( hər ay 300 manat) görülsə də, Gulxas Səmədli də, Nazim Əlioglu da və bir çox digər qələm sahibləri hələ də kölgədə qalıblar.
Nurəddin Oxçuoğlundan isə AYB-də 700 manat pul istəsələr də, bu quruma getməkdən diysinmişdi .
Nurəddin Oxçuoğlu cinas, qoşma, qifilbənd yazan şairlərdən idi. Fəlsəfi fikirlərlə dolu olan şeirləri də mükəmməl və peşəkar səviyyədə idi.
Çox hazırcavab və geniş dünyagörüşə malik insan idi. Qəlbi də təmiz, pak idi. Övladcanlı idi. Bir neçə ay əvvəl insult keçirmişdi. Həkimlər onu əməliyyata hazırlamışdılar. Baş nahiyəsində əmələ gəlmiş şiş hissəni naşı , soyğunçu həkimlər əməliyyat etdikdən sonra evə buraxılmışdır...Gecə isə Nurəddin Oxçuoğlu əbədi olaraq gözlərini yummuşdu.
Həkimlər adətən əməliyyat pulun əvvəldən alaraq xəstələri gedər gəlməz yola gondərirlərsə, o pulu rahat yeyə bilirlərmi?
Axı pula görə insanları zorla niyə əməliyyat edirsiniz ay savadsız cəllad, qəssab həkimlər ? Savadlı həkimləri isə ölkədən didərgin salmaq, buna göz yummaq isə ən dəhşətdir.
Ruhun şad olsun Nurəddin! Ailə cəhətdən də başın çox qalmaqal çəkdi . İndi rahatlaşdın. Dincəl!
Daha heç kəsin fikrini çəkməyəcəksən... Bu qədər dərdi içində çəkdin, amma çoxlarına bildirmədin .
Allah rəhmət eləsin.Nurəddin Oxçuoğlu!
Həmişə qəlbimizdə yaşayacaqsan.
Kitabların isə uzun illər səni yaşadacaq .
Rauf İlyasoğlu
AYB-nin üzvü