SON DƏQİQƏ

Təcrübəli həkim-stomatoloq- FOTO

Tarix:26-03-2021, 18:40

Yaxşı yadımdadır. Bir gün professor dostumuz, Həkəri qəzetinin fəxri heyətinin üzvü Əli Rəcəbli dedi: Rauf,  həkim  dişimi  elə düzəldib ki, damağın ağrıyır, çörək yeyə bilmirəm.Dedim ki gəl səni aparım bir dostumuzun yanına. Azərbaycanda onun kimi protez diş hər kəs düzəldə bilmir.Şunasib həkimə dərhal zəng etdim . Dedi ki, bir taksiyə əyləşib gəlin .
Şunasib həkim bizi adəti üzrə çox  mehriban qarşıladı.
Məsələdən halı olandan sonra  Əli müəllimin damağın yoxlayıb dəqiq ölçüləri götürərək dedi: Əli müəllim. Sabah , elə bu vaxt gələ bilərsinizmi? 
Səhəri gün professor təzə protez dişlərini damağında keçirdərkən dedi: Bu başqa məsələ.
O birisi  protez  çörək yeyərkən tez- tez ağzımdan düşürdü. 
Hər kəs  həqiqətən də öz sənətini mükəmməl bilərsə, cəmiyyətə , insanlara daha çox fayda verə bilər.
Öz  peşəsini sevən insanlardan biri haqda söhbət açmaq istəyirəm.
Şunasib Xasay oğlu Mehdiyev 1946 - cı ilin iyun ayının 6- da Ağdam şəhərində ziyalı ailəsində anadan olub .
Atası Xasay Mehdiyev uzun illər Ağdam Dövlət Dram Teatrında baş rəssam vəzifəsində çalışıb ..
Təcrübəli rəssam - fotoqraf  işləyib.O dövrdə çox adamda fotoaparat olmadığı illərdə necə - neçə məşhur insanlar Xasay müəllimin timsalında yaddaşlara həkk olunub. Şunadibbdə yeniyetmə vaxtlarından arasında fotoqraf sənətində öyrənib.
Şunasib Mehdiyev Ağdam şəhər 1 - nömrəli orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 
İki illik hərbi xidmətini başa vurduqdan sonra imtahan verərək Saratov Tibb İnstitutuna qəbul olmuş və 1973- cü  ildə  ali təhsilini müvəffəqiyyətlə başa vuraraq  stomatoloq - həkim ixtisasına yiyələnmişdir.
Saratov vilayətinin Balaşov  şəhər xəstəxanasında iki il  həkim- stomatoloq işlədikdən sonra öz xahişi ilə təyinat alaraq doğulduğu Ağdam şəhərinə qayıdir və şəhər poliklinikasında, eyni zamanda Ağdam rayon  Ruhi xəstəxanasında da 
Ağdam şəhəri işğal olunduğu günə qədər (1993- cü il) həkim - stomatoloq vəzifəsində ləyaqətlə işləmişdir.
Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Daxili İşlər Nazirliyinin  batalyonlarında həkim- terapev kimi fəaliyyət göstərmiş və neçə - neçə yaralı əsgərlərimizə tibbi yardım göstərməklə top mərmiləri altında dəfələrlə ölümlə üz - üzə gəlmişdir. 
Ağdam şəhərinin işğalı Şunasib həkimi çox sarsıtmışdı.
1993- cü ildən Bakının Yasamal rayonunda öz sənəti üzrə bu gün də məşul olmaqla insanların sağlamlığı keşiyində dayanan Şunasib Mehdiyevin fəaliyyəti barədə tanınmış yazıçı-publisist ,jurnalist Surxay Əlibəyli 
" Qibləgahim Ağdamim" kitabında  ətraflı bəhs etmişdir.
Şunasib Mehdiyevin  digər sənəti də  foto və kino operatordur.
Şunasib həkimin qardaşı Rəfael Mehdiyev  Saratovda həkim- stomatoloq,  bacısı Yeganə Məmmədova isə Qazağistanın Alma- Ata şəhərində həkim-  stomatoloq, qızı Adilə Ağayeva  da həkim- stomatoloqdur .
Şunasib həkimin qardaşı qızı Röya Mehdiyeva Bakıda , bacısı oğlu Aydın Məmmədov da  Saratovda həkim işləyir .
Şunasib Mehdiyevin ömür-: gün yoldaşı Gülzar Muxtar qızı Mehdiyeva Bakı Maliyyə Kredit texnikumunu bitirdikdən sonra Ağdam şəhər Maarif şöbəsində uzun illər  mühasib vəzifəsində ləyaqətlə  işləmişdir.
1993-  cü ildə  Ağdam şəhəri işgal olunduqdan sonra Mehdiyevlər ailəsi Bakıya pənah gətirmişlər.  Şünasib həkim ömür - gün yoldaşı ilə birlikdə övladlarını vətənpərvər ruhda böyütmüşlər.
Onların üç övladı , 6 nəvəsi var. 
Hazırda səhhəti ilə əlaqədar 2- ci qrup əlil olan Şunasib həkim  həmişə söhbət düşəndə deyir;
- Bizim  övladlarımız, 44 günlük vətən müharibəsində xalqımızın qürurunu özlərinə qaytardılar. 
Erməni quldurları tərəfindən işğal olunmuş torpaqlarımız şəhidlərimizin qanı, canı  bahasına  azad edildi.
 Biz ömrümüz boyu şəhidlərimizə borcluyuq. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir, yaralı əsgər və zabitlərimizə, vətənini  sevən hər kəsə , xalqımıza can sağlığı arzulayıram. 
28 illik Ağdam həsrətindən, Şuşa 
nisgilindən, Qubadlı intizarından, Kəlbəcər ağrısından, Ağdaban faciəsindən , Laçın ayrılığından ,  Xocalı soyqırımından , Füzuli müsibətindən,  Zəngilan dərdindən ,  Cəbrayıl itkisindən nə qədər insanlarımız dözməyərək Atəşkəs dövründə  dünyasını dəyişiblər.
Şəhər və kəndlərimizi köçəri tayfa olan  erməni dığaları  vəhşicəsinə dağıtsalar da , şanlı ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında  işğalçı , həyasız, məkirli  erməni quldurlarını dədə- baba yurdumuzdan  iti qovan kimi  qovdular.
Doğulduğum Ağdam 
üçün çox darıxmışıq." 
Onu da qeyd edim ki, 
Şunasib həkimin oğlu Təhmasib və nəvələri İnci və Ayaz da  bu günlərdə Qarabağa getməyə hazırlaşırlar.
Şunasib Mehdiyevin iş yerinə yenə də dostları yığılır, çay süfrəsi ətrafında Qarabağlı günlərimizi yada salırıq. Eldar İsmayılovla,  Sahib Sayılovla, Nazim Fərzəliyevlə , Mahir  Qarayevlə,  Mahir Kərimovla, Tahir  və Zahid Qarayev qardaşları ilə sevimli aktyorlarımız Ramiz Əzizbəyli və  Arif Quliyevlə  gah zəngləşib hal- əhval tutur, söhbətləşir,. gah  xatirələri yada salaraq Ağdamlı günlərimizdə qayıdırıq.
Bu gün ruhlar şəhərinə çevrilmiş yurdumuzu görəndə erməni quldurlarına qarşı nifrətimiz daha da artır .
 Şunasib həkim bildirir ki, tezliklə siz  dostları Şuşada xəngələ qonaq edəcəyəm.
Söhbət əsnasında dostlara mən də söz vermişəm ki, Allah qismət eləsin, inşallah gedək Həkəri çayımızın el - obamıza laylay çalan həzin  şırıltısına  qulaq asaraq tükənmək bitməyən  və dadı damağımızdan getməyən qızıl və göy balığından sizə kabab qonaqlığınsoz verirəm.
Bu arzumu hər bir oxucumuza  qismət eləməsini arzulayıram.
Dosta sədaqətli, vətənpərvər Mehdiyevlər ailəsinə can sağlığı arzulayıram və bir vaxtlar yazdığım şeirlə  sözümü hələlik tamamlayıram : 

Ağdamlı günlərə qayıdaq , Allah ! 

Arzular insanın qəlbinə doğar, 
Yatan millətimi oyadaq, Allah !
Arzular insanın dərdin də boğar, 
Ağdamlı günlərə qayıdaq , Allah!!

Məni öz elimə ruhum çağırır,
O doğma yurduma nəfəs alıram.
Dən düşmüş saçlarım vaxtsız ağarır , 
Gənclik illərimi yada salıram.

Şərikəm xalqımın dərd azarına, 
Ordum zəfər çalsın, dözüm , ay Allah! 
Atamın uyuyan tək məzarına, 
 Bir dəstə gül- çiçək düzüm, ay Allah! 

Bahar nəğməsini duymaq istəyən, 
Alsın gül ətrimi ətirli güldən.
Raufu  axtarsa, əgər dostları, 
Onu xəbər alsın nəğməli dildən .

Rauf İLYASOGLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ