SON DƏQİQƏ

Raqil yarımçıq qalan arzularını, toyunu şəhadəti ilə əvəz etdi- FOTOLAR\VİDEO

Tarix:16-02-2021, 11:37

Salyan rayonu Vətən Müharibəsində 58 şəhid verib.

Həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərimizindən biridə İsmayılov Raqil Rafiq oğludur.

O, 16 avqust 1994-cü ildə Salyan rayonu Daylıkənd kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlmişdir. 2000-ci ildə şəhid Arif Nağıyev adına kənd tam orta məktəbinin birinci sinifinə qəbul olur. İdmana marağı olan Raqil bir neçə il karate idman növü ilə məşqiçi müəllim İbrahim Məmmədovun rəhbərliyi altında məşqlər edir. Orta məktəbdə orta səviyyədə oxumağına baxmayaraq müəllimlərin yanında çox böyük hörmət qazanır.


 
2011-ci ildə orta təhsilini başa vurur. Uşaqlıq illərində bərbər sənətinə böyük marağı olduğundan özünə bu peşəni seçir və bərbər salonu açır, bərbər kimi əmək fəaliyyətinə başlayır.


2012-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşür. Ağdamın Qiyaməddin kəndində N saylı hər bi hissədə xidmətə başlayır və manqa komandiri vəzifəsinə kimi yüksəlir.

 
2014-ci ilin aprel ayında xidmətini başa vuraraq doğma ata-baba kəndinə qayıdır. Onun açdığı bərbər salonu xidməti dövüründə 1 il 6 ay bağlı qalır. Hərbi xidmətini laqiyincə başa vuran Raqil sevimli peşəsi ilə məşğul olmağa başlayır və sayılıb seçilən, peşəkar kişi bərbərlərindən biri olur.

 2020-ci il yanvarın 5-də sevib-seçdiyi Ruhanə adlı xanımla nişanlanır.                    
Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunduğu gündən Vətənini canı qədər sevən Raqil səfərbərlik idarəsinə ərizə ilə könüllü müraciət edir. 2020-ci il sentyabrın 30-da Goran rayonuna göndərilərək 10 gün təlimlər keçir və döyüşlərdə cəsur döyüşçü olaraq vuruşur. O Cəbrayılda, Qubadlıda, Hadrutda gedən döyüşlərdə vuruşaraq manqa komandiri olur.




6 noyabr...Şuşa uğrunda gedən qızğın döyüşlər. Saat 16:00-da 30 nəfər olan maşın Şuşaya qalxarkən mənfur düşmənlərimiz tərəfindən vurulur, maşında olan 30 nəfərdən xeyli əsgər yaralanır, 5 nəfər şəhidlik zirvəsinə ucalır. Şəhidlik zirvəsinə ucalan şəhidlərin sırasında İsmayılov Raqildə olur, o başından qəlpə yarası alır.  Xatırladaq ki, o həmkəndlisi Sübhan  Əzizovla birlikdə eyni gündə cəbhəyə yola düşürlər və eyni maşında şəhadətə qovuşurlar.


7 noyabr yüzlərlə kənd sakinin, icra hakimiyyətinin, dostlarının, yaxınlarının ailə üzvülərinin müşayəti ilə böyüyüb boya-başa çatdığı Dayıkənd el qəbirsanlığında böyük hörmətlə uğrunda canını fəda verdiyi torpağa tapşırılır. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağını atası İsmayılov Rafiqə təqdim olunur. 
                             
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Silahlı Qüvvələrinin əsgəri İsmayılov Raqil Rafiq oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif etmişdir. 
İndi onun bərbər salonu xatirə olaraq iş muzeyi kimi saxlanılır və salonun yerləşdiyi kücəyə onun adı verilib.  

                                                                                                         
Birinci Qarabağ döyüşlərinin iştirakçısı, Azərbaycan xalqına mərd oğul yetişdirən zəhmətkeş ata Rafiq İsmayılov bizimlə həmsöhbət oldu:  

                                                                       
- Yeganə xanım 3 övladım var, 6 nəvəm. Raqil evin son beşik övladı olduğu üçün bir az ərköyün idi. Yaşına görə bir dünya hörmət qazanmışdır. Şəhadətindən sonra Astaradan, Lənkarandan, Qusardan, Zərdabdan, Yevlaxdan çoxlu dostları gəldi və mənə zəng vurdular  onunla bağlı gözəl günlərindən danışdılar. Mən onların heç birini bu günə qədər tanımamışdım. Oğlum çox zəhmətkeş uşaq idi. Hamiyada gücü çatan yaxşılığı edirdi, heç kim ondan incimədi.
Ən sevimli müəllimlərindən biridə Nuridə müəllimə idi, həmişə deyirdi ki, Raqilin toyunda, xalası, bibisi kimi başda iştirak edəcəm o mənim sevimli şagirdimdir. Ata arzum idi onun toyunu etmək, heyf heç birimizə qismət olmadı görək. Hər bir hazırlığımızı etmişdik, toy çadırı qurulu qaldı oğlumun.  


Qəhrəman analar, qəhrəman oğullar böyüdər. Səbirə anaya çətin idi oğlu haqqında danışmaq, ailəni ziyarət edərkən bütün analar kimi o da asta-asta hey ağlayırdı. Əziz ana haqqın ödənilməzdir!    

                                                      
– Hələ təlimlər keçirdi yanına getmişdik, sevdiyi yeməklərdən bişirmişdim, bizi görüb elə sevindi. O gün son görüşümüz oldu balamla. Elə bil ürəyimdə hiss etdi ki, bir daha balamı görməyəcəm, heç yanından gəlmək istəmirdim.

 
Balamın arzuları ürəyində qaldı...xoşbəxt ailə qurmaq istəyirdi.  Bizimlə son danışığı 6 noyabr saat 11:00-da oldu, dedi ki, “mən gedirəm hər şey yaxşı olacaq, getdiyim yerdə telefon dalğası tutmayacaq, 2-3 gündən sonra sizinlə danışacam aldatdı bizi danışmadı...hər seyi şəhidliyi ilə əvəz etdi...                             

Qaradaş arxa-dayaqdır, böyük qardaşı Feyzullaya qardaşı  Raqili itirmək çox ağır oldu.  


– 4 yaş fərqimiz var idi. Raqillə həm qardaş, həm də dost, həm də sirdaş idik. Qardaşım bir ömür yadımdan çıxmaz, o özünü tarixləşdirdi. Evdə onun əşyalarından ibarət ev muzeyi açmışıq, çünki bu evdə böyüyüb, boya-başa çatıb, nəfəsi var bu evdə. İndi təskinliyi onunla keçirdiyimiz günlərdən, şəkillərindən və şəxsi əşyalarından tapırıq.

                                                                    
Hər zaman deyirdi ki, “kaşke müharibə başlayardı, mən mütləq gedəcəm və qəhrəman olacam!” Şəhidliyi ilə xalqımızın qəhrəmanına çevrildi.                             

Hər zaman efirdə müəllifi və aparıçısı olan olduğu “Qanun və İcra” verlişində şəhidlərimizi xalqa sevərək tanıdan Azərbaycan Vəkillər Kollegiyasının   üzvü, tanınmış vəkil Əkbər Yusifoğlunun fikirləri:                                                                                          

- Döyüş əzmi, qələbə ruhu, Vətən sevgisindən güc alan qətiyyətli, cəsarətli, igidlərimizdən biridə Raqil İsmayılovdur. Belə igid oğlanlarımız 44 günlük müharibədə mənfur düşmənə dərs verərək, onlara xalqımızın güçünü, qüvvəsini, Vətən sevgisini göstərdi. Qarabağ tarixin bizim olub, Qarabağ Azərbaycandır!         
Şəhidin məzarını ziyarət etdiyimiz zaman məzarın yanında 3 dostu var idi. Onlar məzara baxa-baxa Raqillə keçirtdikləri xoş günləri xatırladılar.  

                                                                                                         
 Dostu Əli Əkbərov onun haqqında dedikləri:                                                                                                                  
- Raqil haqqında danışmaqla qutarmaz, bizə çox yaxın qardaşlardan biri olub, xətri əziz idi bizim üçün. Bir kənddə böyümüşük, amma 6 il idi ki, dost idik, yaxşı münasibətimiz olub. Heç unutmaram təzə nişanlanmışdı, məndə şəhərdə idim. Gələndə mənə dedi ki, “nişanlanmışam gedək qeyd edək.” Gedib cayın üstündə çörəyimizi yedik, şənləndik. Çox həyatsevər, dostcanlı bir oğlan idi həmdə gözəl sənətkar idi.   

                                                         
Dostu Elmir Əhədovun dedikləri:                                                      
- Yeddi ilə yaxındır ki, dost idik. Bizim yaxın qardaşımız idi. Şəhid xəbərini eşidəndə çökdü dünyamız, bir videosu var məndə orda deyib “hər şey əladır...” İndi o videoyaya hər baxanda deyirəm ki, sənsiz heçnə əla deyil... 

                                                                         
Salyan rayonu Dayıkənd kəndində yaşayan şəhid İsmayılov Raqilin ailəsinidəki ziyarətimiz onunla bağlı xatirələrlə yaddaşımızda qaldi.   

                                                       
Raqil yarımçıq qalan arzularını, toyunu şəhadəti ilə əvəz etdi. Vətən sağ olsun! 
Nur içində yatasan şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ