SON DƏQİQƏ

Şamaxı səfərimiz yadda qaldı - FOTO

Tarix:4-07-2021, 20:33

Bu günlərdə Azərbaycanın Xalq qəhrəmanı Aslan bəy Sultanovun  nəvəsi tədqiqatçı,yazıçı, Faiq Qulam oğlu Abdullayevin ( Sultanovun) təşəbbüsü ilə Şamaxının Nagaracılar kəndində yaşayan üz- çənə üzrə professor,həkim cərrah 85 yaşlı Baxış Hüseynovun yaşadığı mənzildə qonaq olduq.Faiq  Abdullayev, sürücümuz ,Vətən müharibəsində igidliklər göstərmiş , bədənində hələ də qəlpələr gəzdirən Xalid Laçınlı ilə birlikdə məşhur cərrah , hərbici həkim,polkovnik. Qarabağ müharibəsi veteranı Emin Əfəndiyev və professor yazıçı Ziyatxan Nəbibəyli ilə birlikdə Gənclik metrosu yaxınlığında görüşərək  Şamaxıya yola düşdük. İki saatdan sonra Şamaxıya. çatdıq. 
Nagaracılar kəndində müvəqqəti yaşayan 
Baxış həkim və ömür gün yoldaşı Xəzangül xanım  bizi çox mehriban qarşıladılar.
Ev yiyələrinə əziyyət verməmək şərti ilə Faiq Abdullayev səfər azuqəsini də  yüksək səviyyədə  təşkil etmişdi.
Xalid qardaşımız doğranmış əmlik quzu ətini şişlərə çəkdi. Manqal qalandı. Süflə tez bir zamanda bəzədildi.
Onu da qeyd edim ki, bir il əvvəl də Baxış həkimi ziyarət etmişdik.Həmin vaxt da Xalid gözəl kabab bişirmişdi.
Baxmayaraq ki, Bakıda istidə bir tikə çörək yeyə bilmədiyimiz halda sərin dağ havasında beş altı nəfər bir quzunu həzm rabedən keçirdik, hələ əlavə qonaqlar da təam etdilər.
Baxış Hüseynov Ziyadxan Nəbibəyli və Faiq Abdullayev hər üçü Həkəri qəzetinin fəxri heyətinin üzvləridir.
Ziyadxan müəllim 70 dən çox elmi, dini,tibbi, fəlsəfi, texniki, ekoloji və digər mövzulu dəyərli kitabların müəllifidir. 
Baxiş Huseynov uzun illər Azərbaycan Tibb Universitetinin professoru, kafedra müdiri işləmiş  dünya şöhrətli cərrahdir.. Bir müddət Qubadlı rayon partiya komitəsinə rəhbərlik etmiş və cəbhənin hakimiyyəti dövründə işdən uzaqlaşdırılsa da həkimlik sənətinə sadiq qalmışdır.
Yazıçı , şair Şamil Dəldagli onun haqqında kitab yazmışdır.
Faiq Abdullayev isə hüquqşünas,tədqiqatçı yazıçıdır.Yuksək təşkilatçılıq qabiliyyəti olan Faiq Abdullayev dosta sədaqətli, mərd ,vətenpərvərו,dürüst insandır.
1918- 1922 ci  illərin açılmayan səhifələrini araşdıraraq arxiv sənədləri əsasında dəyərli kitablar ərsəyə gətirmişdir.
O dövrdə ermənilərlə həmrəy olan bolşevik hökumətinin milli satqınlarını da arxiv sənədləri əsasında ifşa etmişdir.Tarix institutu cəsarət göstərərək bu arxiv materiallarından bəhrələnərək  o vaxtkı   milli satqinlarimızı tanımalıdır.
Məşhur cərrah, həkim Emin Əfəndiyevin babasi Həmid Əfəndiyev isə Sovet İttifaqi Qəhrəmanı adına layiq gorulmuşdur.
1991-92 - ci illərdə Emin həkim hərbiçi həkim işləyərkən döyüş bölgəsində yaralıları əməliyyat edərək xilas etmiş və özü də   qəlpə yarası almışdir, bu gün də o ağrını hiss edir.
Maraqlı keçən söhbət əsnasında vətənimizin azadlığından iftixarla söhbət açdıq, şəhidlərimizə rəhmət dilədik, qazılərimizə şəfa arzuladiq. Ali Bas komandanımızın cəsarətli çıxışlarından sitat gətirdik.Elə bu anda Baxış həkim şərqşünas alim Aida İmanquliyeva ilə bir oxudugundan, Emin həkim işə Mehriban Əliyeva ilə bir qrupda oxuduqlarından   gözəl söhbət açdılar. 
 Emin həkim müəllimi , professor Baxış Hüseynovla yaxından tanış olduğuna görə dostu Faiq müəllimə təşəkkür etdi.
Ətirli somavar çayı bizi daha da gumrahlasdirdi.
Xususilə də  Baxış həkimin bağından yığılmış gübrəsiz əmələ gələn  gilənarın  mürəbbəsi  ləzzət verdi. Baxış həkim bizi bağına dəvət etdi.Dadli gilasdan,peyvənd gavalı və  gilanardan təam etdik. Xatirə şəkili çəkdirdik. Baxış həkimin təklifi ilə bir aydan sonra duşes armudun yetişən vaxtı bu mehriban ailəni bir də ziyarət edəcəyimizə söz verdik və həm Baxış Hüseynova və ömür gün yoldası Xəzangül xanıma  can sağlığı arzuladiq.
Qayıdarkən Şamaxının Dəmirçi kəndində meşənin içərisindəki istirahət mərkəzində iki saat dincəldik.Bulaq suyundan doyunca içdik. Axşam tərəfi bu məkan necə də sərin idi.  Meşənin dərinliyi, havanın saflığı canımıza hopdu.
Hətta pencək götürmədiyimizə  görə heyfisləndik. Bir az da üşüdük.
Sürücümuz Xalid qardaşımızin bişirdiyi kababa isə həqiqi söz ola bilməz. Həm də avtomobili necə gözəl və ehtiyatla, təhlükəsiz  idarə etdisə, sağ salamat  mənzilimizə çatdıq. 
Onu da qeyd edim ki,Xalid 44 günlük vətən müharibəsində könüllü olaraq orduya yazılmış,Füzulinin, Cəbrayılın, Qubadlının və digər yaşayış məntəqələrinin azad olunmasında igidliklər göstəriş ,ayağında, bud çanagından, baş nahiyəsində qəlpə yarası alıb. İki ay hospitalda  müalicə olunub Bədənindən bir neçə qəlpələri çıxartsalar da, çanaq hissəsində sümüyə pərcimlənmiş qəlpələri çıxartmağı həkimlər məsləhət görməyiblər.
Hərbi hospitalda belə ogullara epiqres yazmırlar ki,  bir körpə uşağı olan Xalid əlilliyə görə pensiya alsın.Belə hallar  çox təəssüflər ki,kütləvi surətdə davam edir.
Əlil insanların  pensiyalarını kəsmək ,  dayandırmaq isə cinayət sayılmalıdır
 Axı bizə qələbə qazandıran qazılərimizə niyə belə biganə münasibət bəslənilir? 
ƏƏSM nazirliyində kadrlar yerində deyil.İnsanlarin, xüsusilə döyüşən oğulların  əsəbləri ilə oynamaq  vicdansizlıqdır.
Bakıda isə istidən hərə bir kölgəlik axtarırdı.
Əl telefonuma isə VTEK də baş verən özbaşınalıqlarla bağlı fasiləsiz zənglər gəlirdi,
Amma fikirləşirəm ki, dövlət işıq, qaz və suyun qiymətlərin günü gündən qaldirinca, pensiyaçıların əlillərin , təqaüdçülərin aylıq pensiyalarını  qaldırsın, aylıq dolanışığını kişi kimi təmin etsin,  yeni iş yerləri açsınlar,laz təminatlı ailələrə , insanlar təbiət qoynunda istirahət edərək müvəqqəti ömürlərini mənalı başa vursunlar.

Rauf İlyasoglu, 
Həkəri qəzetinin baş redaktoru


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ