SON DƏQİQƏ

Xocalı Soyqırımını unutmayaq

Tarix:9-09-2021, 14:05

Dünən Bakıdakı Biznes mərkəzində Xocalı Soyqrimını Tanıtma  İctimai Birliyinin hesabat yığıncağı keçirilmişdir.İctimai birliyinin üzvlərinin, bir qrup Xocalı sakinlərinin, şəhid ailələrinin, qazilərin , Xocalı Soyqrımını görmüş və iztirablara, işgəncələrə məruz qalmış  canlı şahidlərin, zərərçəkmişlərin,
ziyalıların, media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri Xocalı Soyqrimini tanıtma ictimai birliyinin sədri
" Tərəqqi " və bir çox medallara layiq görülmüş Qarabağ qazisi Şamil Sabiroğlu açaraq  iştirakcilları  salamladıqdan sonra cəmi Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Çingiz  Bayramov  iclasın sədri, Türkan Səfərova isə katib seçildi.
İclasa sədrlik edən Çingiz  müəllim hesabat məruzəsi ilə çıxış etmək üçün sözü  ictimai birliyin sədri Şamil Sabirogluna verdi .
Şamil müəllim ictimai birliyin keçirdiyi  çoxsaylı silsilə tədbirlərdən danışdı, Xocalı soyqrimi ilə bağlı xarici ölkələrdə görüşlərdən söhbət açdı.O bildirdi ki, vətənimizin torpaqları şanlı ordumuz tərəfindən  işğaldan azad olunsa da , Xocalı şəhərimiz hələ də düşmən tapdağı altındadır. 
Şamil Sabiroğlu Heydər Əliyev Fondunun Xocalıya ədalət kompaniyası çərçivəsində hər il dünyanın əksər ölkələrində keçirilmiş tədbirlərin  əhəmiyyətindən danışaraq bildirdi ki, hər birimiz Xocalı Soyqrımını  dünyaya tanıtmaliyıq. 
Hər hansı bir xarici ölkələrə səfər ediriksə, Azərbaycan həqiqətlərini dünyaya bəyan etməliyik.Və öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.
Natiq vurğuladı ki, çox təəssüflər olsun ki, bu günə qədər ictimai birliyin nə bir  ofisi var, nə də yığiaga, iclas keçirməyə, təşkilatlara  bir yerimiz. Kirayə yerlər tutaraq tədbirlər keçirtməyə maddi vəsaitinin çatmır. Cox çətin günlər yaşayan bu təşkilatın fəaliyyətinin davam etdirilməsi və ya dayandırılması məsələsi qabardıldı.
Çıxış edənlər xüsusilə vurğuladılar ki, ermənilər guya ki, olmayan genosit məsələsin   yüz ildir ki, hər il  yalandan qabartmaqla dünya xalqlarını çaş- baş salırlar,  türk torpaqlarını işğal edirlər. Biz isə 1992- ci ildə ermənilərin törətdiyi Xocalı genosidini niyə də hər il   dünyaya daha geniş  catdirmayaq? 
30 il əvvəl bir şəhər vəhşicəsinə dağıdıldı, Körpə uşaqlar, hamilə qadınlar işgəncə ilə öldürüldü,  Azərbaycanlı sakinləri  erməni  yaraqlıları diri-diri  yandırdilar. Amma dünya xalqlarına həmin günlərdə bu soyqırımı  tanıda bilmədik.
 Lakin ermənilər bu soyqırımı dünya xalqlarına elə geniş çatdıraraq yaydılar ki, guya Xocalıda ermənilər təcavüzə məruz qalıb.
Yalana don geydirən erməni yazarları necə həyasız , şaxtakar və alçaq , yalan məlumatlar yayaraq öz iyrənc əməllərini gizlətməyə çalışdılar
 Bu ermənilər necə hiyləgər  məxluqlardır. Görün o vaxtlar Azərbaycan rəhbərliyinin maymaqlığı ucbatından  biz dünya xalqlarına bu müsibəti çatdırana qədər erməni təbliğatı yalan böhtan məlumatlarla  mütəsəkkil formada dünya xalqlarını ilk mənbə olaraq inandirdılar.
Bu gün də xarici ölkələrdə yaşayan əcnəbilərin şüurunda erməni adı çəkiləndə məzlum, yazıq xalq kimi başa düşürlər.
 Əslində isə ermənilər dünyaya fitnə toxumu səpən, terrorçu, işğalçı zumrədirlər.
 Ermənilər Azərbaycan torpaqlarını rus ordusunun və xarici havadarlarının köməkliyi ilə 30 il işğalda saxladılar, şəhərlərimizi,  kəndlərimizi acgöz goreşənlər kimi söküb apardılar, iranlılara evimizin əşyalarını daş və kubiklərini satdılar.
Əməkdar həkim  ATU nin dosenti Xocalı Soyqrımını Tanıtma ictimai birliyinin fəal üzvü," Həkəri" qəzetinin şöbə müdiri Taryel Eyvazov çıxış edərək Xocalı soyqırımı vaxtında  Ağdam Səhiyyəsinə 10 il rəhbərlik edərkən  həkim və tibb bacılarının necə ağır şəraitdə isləmələrimdən, fədakarlığndan danışdı.
Taryel həkim ürək ağrısıyla  bildirdi ki ,elə gün olurdu ki, Xocalıdan və ətraf kənd və qəsəbələrdə Ağdam şəhər xəstəxanasına 300 -dən çox yaralı gətirirdilər.
Biz gecə- gündüz ilk tibbi yardımlar edir və isgənələrə məruz qalmış soydaşlarımızı əməliyyat edirdik.Cox acınacaqlı bir hal idi.Dəva- dərmanı çətinliklə çatdırırdıq.
Mahrızlı kəndində səhra hospitalı da yaratmışdıq.
Çünki ermənilər Agdam şəhər  xəstəxanalarını da qəstdən  bombalayırdılar.
Olduqca təhlükəli şəraitdə gecə gündüz xəstələrə tibbi yardım göstərir, əməliyyat edirdik, özümüzü təhlükəyə ayırdıq. Çünki bu bizim vətəndaşlıq borcumuz idi.
Əslən Xocalı şəhərindən olan, o müsibətləri görən tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev Xocalı müsibətindən danışdı və ded.
Bir vaxtlar Naxçıvanik Aramzəmin, Pircamal  kəndlərində həkim işləyərkən erməni usaqların sağaldıdim .
Öz peşə andıma riayət edirdim. Amma  ermənilər quduz it kimi insanlarımızı qətlə yetirdilər, usaqların dərisini soydular, hamilə qadınların qarınlarını  yardılar döşlərini kəsdilər. Bu müsibəti unutmaq olarmı? 
Bu vəhşiliyi heç yırtıcı heyvan da eləmir.
Amma bu çətin günümüzdə Ağdam camaatı bizə qucaq açdı..Rəhmətlik  batalyon komandiri şəhid Milli Qəhrəman Allahverdi Bağırovun qocalığı sayəsində yüzlərlə Xocalı sakini əsirlikdən azad edildi
Xocalı Soyqrımını Tanıtma  ictimai birliyinin Rastov şəhəri üzrə təmsilçisi , Rastov diaspor təşkilatının  vitse prezidenti , xeyriyyəçi  Leyla Əhmədova təşkilatın fəaliyyətinin gücləndirilməsindən danışdı.və bildirdi ki bir neçə gündən sonra Füzuli şəhərində Şəhidlər bulağının açılışına  sizi də  dəvət edəcəyəm. 
Leyla Əhmədova bildirdi ki, təşkilat rəhbərliyi Bakıda yer ayırmaq üçün icazə alsınlar , biz də Xocalı soyqırımının 30 illiyi ərəfəsində Xocalı bulağı insa etdirək.
Hec olmasa o bulaq suyundan içməklə şəhidlərimizi yad edək, heç vaxt unutmayaq.. Bu şəhidlərimizin adına ehsan bulağı olsun. Ruhları şad olsun.
Leyla xanımın bu təşəbbüsü də alqışlarla qarşılandı və əslən Borçalı mahalından olan vətənin qeyrətli qızına hamı əhsən dedi 
Uzun illər Tərtər səhiyyəsinə rəhbərlik etmiş , iki qardaşını vətən yolunda şəhid vermiş təcrübəli həkim terapevt Məhəbbət Sabir qızı   Paşayeva Xocalı müsibətindən ürək ağrısıyla söhbət açdı və göz yaşlarını cilovlaya bilmədi.
Şair jurnalist Rauf İlyasoğlu vurğuladı ki, biz niyə şəhidlərimizin sayını az göstəririk? Axı Xocalı soyqırımı günlərində qətlə yetirilən  xocalılar Ağdam şəhərində dəfn olunsalar da , yer olmadığı üçün əalann yüzlərlə Xocalı sakinlərini Uzundərə deyilən ərazilərdə dəfn etdik.Bəs onların sayını  niyə arasdirmırıq?
Şamil Sabiroğlu və Leyla Əhmədova  Azərbaycanın Milli Qəhrəmanı fred Asif Məhərrəmovun oğlu dünya çempionu Azər Məhərrəmova Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə  nəfis tərtibatda, faktlarla zəngin çap olunmuş Xocalı soyqrimi ilə bağlı kitabı  hədiyyə etdilər.
Qol güləşi üzrə erməni idmançısına  qalib gəlmiş qəhrəman oğlu Azər Məhərrəmovun çıxışı alqışlarla qarşılandı 
Biz media nümayəndələri ermənilərin iç üzünü açmaqla həqiqətləri faktlarla ,dünya xalqlarına daha geniş çatdırmalıyıq. Bu mövzularda kitabların çap olunması Dövlətin aidiyyatı qurumların ı   düşündürməlidir. 
" Qaragöl ":romanını mən öz xərcimə 150 ədəd çap etdirdim. Hansı ki faktlarla dolu belə əsərləri Mədəniyyət nazirliyi, Yazıçılar birliyi  daha geniş təbliğ edə bilərdi , bu tipli kitabların  çapına kömək etsəydi  daha məqsədəuyğun olardı. Çox əfsuslar olsun ki, bəzən kadrlar yerində olmayanda birliyimiz də zəifləyir, Biz bir  olmalıyıq. Necə ki 44 günlük müharibədə xalqımız Ali baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə qələbəyə imza atdı , bu gün də həmrəy olmalıyıq.
Aramızda olan satqınlar, dələduzlar rüşvətxorlar, zərərsizləsdirilməlidir. Düşmənlərimiz çox məkirli, hiyləgərdirlər.
Tədbirdə  Təşkilatın fəal üzvlərindən Fred Asif Fondunun rəhbəri  Ədalət Məhərrəmov," Həkəri" qəzetinin şöbə müdiri Aygün Hüseyn, şair jurnalist Nəsibə İsrafilqizi, xeyriyyəçi Kifayət Qərənzadə, qazilərimiz Elxan Məmmədov, Anar Əlizadə, Xocalı müsibətini görmuş,  babası  və onlarla əzizləri qətlə yetirilmiş , Xocalı Soyqrımını Tanıtma ictimai birliyinin qadınlar şurasının sədri Ayna Allahyar qızı Novruzova, Xocalı soyqırımında ailə üzvlərini itirmiş qardaşının başı erməni quldurları tərəfindən kəsilmiş Mürvət Məmmədov,  jurnalist Ülkər Səfərova  və başqaları tutarlı  faktlarla təsirli çıxışlar etdilər.
İclasın ikinci hissəsində təşkilati məsələlərə baxıldı. 
Şamil Sabiroğlu Xocalı Soyqrimini Tanıtma İctimai birliyinin yekdilliklə  yenidən  sədri seçildi   və yeni heyət təsdiqləndi.
Bu təşkilata dövlətin diqqət və qayğısının daha da artırılması tövsiyyə olundu.
Biz də birliyin üzvlərini və bütün xalqımızı daha fəal olmaqla birliyə, əmin əmanlığa, tam qələbəyə   çağırırıq.
Rauf İlyasoğlu, 
Həkəri, 
Günah. az, 
Xəbər,time.az.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ