SON DƏQİQƏ

“Zəngəzurun Şərqi varsa, onun Qərbi də var...”

Tarix:11-12-2021, 08:46

“Zəngəzurun  Şərqi varsa, onun Qərbi də var...”                                 (Ali Baş Komandan  İlham Əliyev)
 
(Ali  Baş  Komandan  Zəngəzur  dəhlizilə  bağlı  ermənilərin  xülyalarının üstündən xətt çəkdi)
 
Araşdırma materiallarına görə düz on il bundan öncə Tehran radiosu (İran İslam Respublikası) iddia edirdi ki, Naxçıvan və Zəngəzur erməni torpaqlarıdır. Erməni Akademiki A.Xurşidyan ölkənin mərkəzi radiosunun auditoriyasında dinləyicilərə Azərbaycan ME Akademiyasının xüsusən Tarix İnstitutunun alimlərinə minnətdarlıq edirdi ki, Zəngəzurla bağlı ona tutarlı və dəyərli materiallar, sənədlər veriblər.
Tehran radiosundan qopmayan , Erməni   Diasporu tərəfindən  maliyyələşdirilən erməni akademik  çalışırdı   sübut etsin  ki, Zəngəzur və Naxçıvan torpaqları ermənilərə məxsusdur. Sonra  həmin  Xurşidyan Amerikanın, Fransanın, Böyük Britaniyanın Moskvadakı səfirliklərində görüşlər, elmi yığıncaqlar, simpoziumlar keçirir. Saxta, əsası olmayan sənədləri həqiqət kimi dünyaya  sırıyırdı. Biz isə susurduq. Məlumata görə həmin vaxt arxivlərimizdən (əsasən Siyasi Sənədlər Arxivindən) Zəngəzurla bağlı 120, Naxçıvanla bağlı 85 ciddi tarixi sənədi akademik Xurşidyan erməniləşdirdi və həmin sənədləri Vaşinqtonda  80 (səksən) min tirajla nəşr etdirdi , erməni icmaları arasında yaydı. Arxivlərimizdən oğurlanmış sənədərlər saxtalaşdırılaraq  İranın radio-televiziya kanallarında “meydan sulayan” erməni akademikin Tehran radio-televiziyasındakı “fəaliyyətinə” o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyev İranın Bakıdakı səfiri Q.Beqdeliyə və XİN-nə etirazını bildirir. Məhz bundan sonra erməni Akademikin səsi kəsilir. Erməni akademiki Xurşidyan öz çıxışında “Tehran” radiosuna (3-cü veriliş. 1997-ci il dekabr) verdiyi başqa bir müsahibədə isə Zəngəzurun, Qubadlının, Naxçıvanın mərd analarına, tarixə, dünya tarixinə igid sərkərdələr bəxş edən analarına, igid, düşmənə baş əyməyən atalarına hədyan dedi. Yenidən saxtakarlığa əl atdı. Utanmadan, çəkinmədən Qaçaq Nəbiyə, onun ömür-gün yoldaşı Həcər xanıma böhtanlar dedi. Üzdəniraq  akademik heç bir sənədə, sübuta söykənmədən iddia edir ki, Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər xanım erməni dəmirçisinə, erməni kargüzarına ərə gedib. (Bu fikrilər mənə hörmət bəslədiyim və yenə də hörmət bəslədiyim Sərdar Cəlaloğlunun Həcər xanım haqqında dediyi cəfəng sözlərlə, fikirlərlə üst-üstə düşür. Şübhəsiz bu fikirlər ermənilərə hava və su kimi lazım idi. Özü də indiki minlərlə şəhid verib, qələbə qazanan Azərbaycan xalqının nüfuzuna, milli mənliyinə zərbə vurmaq üçün ermənilərə bu lazım idi. Düşünürəm: demək rəhmətlik Heydər Əliyev yoxdursa, bu millətin qəhrəman oğul və qızlarına, analarına  işlədilən hər hansı hədyanları desən mümkündür? Amma bilin, Heydər Əliyev yoxdursa, bizə qələbə gətirən, şəhid olmuş, yaralanmış  və itkin düşmüş mərd oğullarımıza görə xalqımızla birlikdə dərd  çəkən Ali Baş Komandanımız, İlham Əliyevimiz var... Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyan, mərd, ləyaqətli, namuslu qadın və qızlarımızın keşiyində dayanan, vitse-prezidentimiz, parlamentimizin deputatı Mehriban xanım Əliyeva var. O da yadımdadır ki, “siyasətçi “ Sərdar Cəlaloğlu vaxt var idi böyük şairimiz Səməd Vurğuna da hədyanlar deyirdi. Amma unutmaq olmaz ki, tarixdə və siyasətdə bu gedişlə, bu deyimlə qalmaq mümkün deyil). Çox maraqlıdır, ermənilər düz 7 dəfə ərə gedib çıxan sərsəm şair və yazıçı Marietta Şaginyana heykəl qoyurlar. (Belə adamlara bizlərdə fahişə deyirlər...) Biz isə namuslu, vicdanlı, öz ərinin şərəf və vicdanı keşiyində dayanan mərd Həcərə böhtan deməkdən utanıb vicdan əzabı çəkmirik.   Nəbinin qardaşı və silahdaşı Mehdinin ermənilər tərəfindən parça-parça edilmiş   meyidini gözləri ilə görmüş, qoçaqlığına   və ləyaqətinə görə Nəbinin   ətrafının ona  “Can fəda “ deyə müraciət etdikləri bir əsil Azərbaycan qadını haqqında bu  ləyaqətsiz sözləri  necə dilə   gətirmək olar ?
Akademik Xurşidyan iddia edir ki, Qubadlı ərazisi ermənilərin məskəni olub. Faktın varmı cənab Xurşidyan? Qubadlıların  qorxusundan o əraziyə ermənilər ayaq basmayıb.Ümumiyyətlə tarix boyu Qubadlı ərazisində bir nəfər də erməni olmayıb. 
Həmin illər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının çox qədim və şərəfli bir tarixi var. Hər bir azərbaycanlı bu tarixi bilməli, tarixdə baş verən hadisələri öyrənməli və o tarixə hörmətlə yanaşmalıdır. Biz elə etməliyik ki, tarixdə baş verən səhvlər bir daha təkrarlanmasın”. 
Araşdırma materiallarında başqa  təhlillərimiz var. 
1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi). Maraqlıdır ki, erməni alimi Z.Korkodyanın 1932-ci  ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşdur. İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan qəzalarında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuşdur. Məsələn, qəzada olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olmuşdur. 
İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdəbirini təşkil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər. Erməni millətçiləri XIX əsrin sonlarında - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.
Ali Baş Komandan, Prezident İlham Əliyev isə Qarabağ torpaqlarında erməni vəhşiliklərinə son qoyduqdan sonra xatırladır: 
“Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.”
Azərbaycanın tarixi Zəngəzur mahalının ərazisi, əsasən, indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edib.
Zəngəzur qəzası ayrıca inzibati- ərazi vahidi kimi 1861-ci ildə yaradılıb. 1867-ci ilin dekabrında Yelizavetpol (Gəncə) quberniyası yaradıldıqda Zəngəzur qəzası (mərkəzi, Gorus) onun tərkibinə daxil edilmişdi. Cavanşir, Şuşa Naxçıvan qəzaları, cənubdan Araz çayı boyunca İranla əhatə olunmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918- 1920) Qarabağ generalqubernatorluğunun 4 qəzasından biri olmuş Zəngəzurun sahəsi  7.824 kv. idi.
Məlumata görə Zəngəzur ərazisi müəyyən fasilələrlə e.ə. IV əsrdən b.e. VIII əsrinə qədər Alban dövləti və Sasani imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IXXI əsrlərdə Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin, XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında Səfəvi dövlətinin tərkibində olmuşdur. XVI əsrdə baş vermiş Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında (1590-1612 və 1724-1735-ci illər) Osmanlı idarəçiliyində olub. Zəngəzur ərazisi xanlıqlar zamanında Qarabağ xanlığının hakimiyyəti altında olmuşdur. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik Respublikasının Qarabağ generalqubernatorluğunun tərkibindəki qəzalardan biri olmuşdur. 
Araşdırma materiallarına görə Moskvada keçmiş İttifaqın Dövlət Təhlükəsizlik Komitəsində biri-birinin ardınca iki mütəşəkkil şöbələr yarandı. Bu şöbələrdən birini (1985-ci il mayın 5-də) “Zəngəzur dəhlizi” (rəhbət İ.S.İvanov, Qafqaz üzrə mütəxəssis kəşfiyyatçı) digər isə “Qarabağ dəhlizləri” adlanırdı. 
(1986-cı il, iyulun 14-də) şöbənin müdiri polkovnik, sərhəd kəşfiyyat bölməsinin başçısı V.İ.Ağababayev idi. Uzun müddət Bakıda işləmiş bu adam Azərbaycanın İranla sərhəd məsələlərinin müzakirələrində iştirak edirdi. 
“Zəngəzur” şöbəsinin əsas vəzifələrindən biri bölgə ilə bağlı ərazidə evləri gəzir, bütün məxfi sənədləri alır, əvəzində kifayət qədər pul verirdilər. Məlumata görə bir ay ərzində polkovnik İ.İvanovun topladığı 570 səhifəlik məxfi sənədlərdən ibarət “Zəngəzur” qovluğu Mosvada qaldı. Rusiya tərəfi  bu istiqamətdə açılan bütün məsələlərin həllində həmin sənədlərdən geniş istifadə edirdi və bu məsələ indi də davam edir. Məxfi, saxta sənədlərlə, ermənilərdən yığılmış uydurma materiallar əsasında ermənilər yeni sənədlər hazırlayır, Azərbaycan tərəfi ittiham edirlər. 
Məlumata görə Zəngəzurla bağlı 1994-cü ilin aprel ayında tam məxfi qaydalar əsasında keçirilən yığıncaqda 570 səhifəlik “Zəngəzur qovluğu”nun Bakıya gətirilməsi istiqamətində söhbətlər gedirdi. 
Məlumata görə 1994-cü ilin iyunun 18-də RİF-nin Federal Təhqiqat Bürosunun 6-cı mərtəbəsində  M.Denisov adlı kəşfiyyat polkovnikinin nəzarətində olub, qorunan sənədlərin yerləşdiyi  otağına od düşür. Elektrik xəttində baş verən qısa qapanmadan kolkovnikin otağı alovlanır. Məlum olur ki, polkovnikin həmin vaxt iki stolunun üstündə Zəngəzurla, eləcə də Azərbaycanda ermənilərlə iş birliıyi quran şəxslər haqqında sənədlərin bir qismi yanıb, sıradan çıxır. 
Araşdırma zamanı ruslar polkovnik Denisovun stolunun üstündən Fransada fəaliyyətdə olan ermənipərəst “Xristian Demokratları” parlamlent qrupunun sədri payvi Rasenenin məktubu üzə çıxır. Deputat yazır ki, ermənilər Zəngəzur ərazisilə bağlı ona lazım olan materialları hazırlasınlar. Fransanın “Antenn-2 telekanalında “Zəngəzur” adlı sənədli film çəkiləcək (?) Rus polkovniki Denisov isə cavab məktubunda göstərirdi ki, toplanmış materiallar təsdiq olunmur, ərazidəki erməni tarixçiləri onları aldadıb. 
Baş verən hadisədən sonra isə RF-nın hərbi Kəşfiyyat İdarəsində Zəngəzurla bağlı işlər dayandırılır... 
Zəngəzur Azərbaycanın ayrılmaz hissəsi, onun “Şah damarı”dır. Onu Azərbaycandan ayırmaq, üstündən keçib getmək cinayətdir. 
Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev isə bu cinayəti heç vaxt, heç kəs bağışlamır. O, dəfələrlə xatırladıb: Zəngəzur dəhlizi açılacaq. Ermənilər bunu bilsinlər... 
Zəngəzurun Şərqi olan kimi, Qərbi də var... 

Əliağa Cəfərov, 
professor, Rusiyanın Beynəlxalq Ekologiya Akademiyasının akademiki, Zəngəzur-Qubadlı Strateji Araşdırmalar Mərkəzinin direktoru



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ