SON DƏQİQƏ

Heyf səndən, ay Laçın!

Tarix:10-03-2022, 13:14

Valideynləri oğlunun adını novruz bayramı şərəfinə Bayram qoymuşdular. Bayram Məhəmməd oğlu Məmmədov 1970- c i ilin mart ayının 22 - də Laçın rayonunun Minkənd  kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. 1977-ci  ildə həmin kənd orta məktəbinin birinci sinfinə getmiş və 1987 - ci ildə 10- cu sinifi əla qiymətlərlə başa vurmuşdur.Bayram həmin il ali təhsil almaq üçün sənədlərini Azərbaycan Dövlət Neft Akademiyasına vermiş və yüksək qiymətlər alaraq tələbə adını qazanmışdır.
O vaxtkı qanunun tələblərinə uyğun olaraq Bayram Məmmədov hərbi komissarlığa çağırılmış və 1988-90 ci illərdə sovet ordusu sıralarında hərbi xidmətini başa vuraraq vətənə qayıtmışdır.
Vətənin dar günündə doğma yurdunun harayına çatmağı təhsilini davam etdirməkdən üstün tutan Bayram Məhəmməd oğlu könüllü olaraq Xüsusi Təyinatlı Polis idarəsinə müraciət edir və ona 1990- cı ilin iyun ayının 20-də işə qəbul olunması barədə əmr verilmişdir.
Bayramın  ilk döyüş yolu Ağdam istiqamətindən başlamış və ön cəbhədə igidliklər göstərmişdir. Quduz ermənilərin və onlara havadarlıq edən rus hərbi qüvvələrinin Əsgərin rayonunun Meşəli kəndində dinc azərbaycanlı əhalisini qətlə yetirir və evlərinə od vurub yandıraraq Meşəli kəndini işğal etdikləri zamanı Bayramgilin dəstəsi Helikopterlə kəndə  köməyə göndərilmişdir.
Düşmən amoncularin əks hücumuna tap gətirməyərək həmin ərazini tərk etmişlər.
Soydaşlarımızın  nəşinin mühasirədən çıxarılaraq helikopterlə Ağdama gətirilməsində Bayram Məmmədovun xüsusi xidmətləri olmuşdur.
Bayram Daşaltıda ən qızğın döyüşlərdə iştirak etmiş,hər iki tərəfdən itkilər olmuşdur.
Döyüşçülərin və kənd sakinlərinin cəsədlərinin təhlükəsiz yerlərə çıxardarkən düşmən qüvvələri onları mühasirəyə alsalar da, Bayram üç nəfər döyüşcü dostları ilə mühasirəni yararaq 11 nəfərin cəsədini təhlükəli zonadan götürməyə nail olmuşlar. 
Dəfələrlə ölümlə üz- üzə  gələn igid kəşfiyyatçı düşmənə ağır sarsıntılar yaşamışdır.
Bayram çox vaxt da erməni quldurları ilə əlbəyaxa döyüşərək onları məhf edirdi.
Onun sücaətindən yazmaqla bitmir. Ancaq  bəzi məqamları oxuculara çatdırmağı vacib bilirəm. 
Laçın və Kəlbəcərin müdafiə olunmasında axıra qədər döyüşərək igidlik göstərmiş Bayram Məmmədov 12 nəfər ermənilərin bir evə girməklərinin şahidi olur. Ermənilər evləri qarət edir, sonra isə yandırırdılar. Bunu görən Bayram başda olmaqla xüsusi təyinatlı dəstənin igid  döyüşçüləri həmin evi mühasirəyə alirlar. Hər iki tərəfdən qızğın atışma başlamışdır.
Həmin ev qrantamiyotla vurularaq yandırılır. Bayram özünü irəli ataraq erməniləri  foto tutmaq və məhf etmək istəyir. 
Elə bu zaman yaralı erməni əlindəki qumbaranı Bayramın ayaqları altına atır.
Bayram cəld tərpənərək əlindəki qumbara ilə 8 ermənini cəhənnəmə vasil edir, özü isə ağır yaralanır.
Döyüş dostları onu Kəlbəcər istiqamətindən çıxardarkən Bayram yolda UAZ maşınını saxlatdırır. Qəmli dayanan yoldaşlarına deyir: "Siz niyə aglayırsınız? Fəxr edin ki, mən vətən yolunda şəhid oluram.
Döyüş vaxtı çoxlu qan itirən Bayram üzünü doğulduğu Laçın tərəfə tutaraq deyir "Heyf, səndən ay Laçın".
Gözlərini əbədi yuman Bayram Məhəmməd oğlu Məmmədov 1992- ci ilin  iyun ayının 7 də Bakıda  Şəhidlər Xiyabanında dəfn edilir.
Bayramin yaşadığı 22 il 75 gün şərəfli ömür yolundan gələcək nəslə nümunə olacaq bir xatirə  qaldı.
Nə yaxşı ki bu sətirlərin muəllifi 450 səhifəlik "Bayramsız Laçın , Laçınsız Bayram" kitabını ərsəyə gətirdi və şəhid atası Məhəmməd Mürsəloglu da , Zərif nənə də sağlığında təskinlik tapdılar.
Şəhid anası Zərif nənə bu gün də məni görəndə " ay bala harda qaldın? Səni unutmarıq.
Bayram haqqında kitab yazarkən göz yaşlarını  görmüşəm, ay bala.
Sadiq Qılman, Namizəli və bacıları  da məni doğma qardaşı bilirlərsə, bu mənim ən böyük mükafatımdır. 
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabın təqdimatı da yüksək səviyyədə keçirildi.
Bayram Məmmədovun adını daşıyan Minkənd kənd orta məktəbində direktor İlqar Şahverdiyev başda olmaqla şəhidimizə həsr olunmuş kitab bu gün də hər bir şagirdin, müəllimin stolüstü kitabına çevrilmişdir.
Onu da qeyd edim ki, 2017-ci ildə kitab çap olunarkən şəhid atası Məhəmməd Mürsəloglu mənə dedi: Rauf, bala, bilirəm ki bu kitabın ərsəyə gəlməsində bir ildir ki, sən nə əziyyət çəkirsən . 
Nə qədər insanlardan Bayramın döyüş dostlarından, doğmalarından  müsahibə alaraq sözləri cilalayaraq , ipə- sapa düzərək kitabı ürəyimizcə ərsəyə gətirmisən.
De görüm ,sənə nə hörmət edim ki, narazı qalmayasan.
Bu suala el agsaqqalina bir kəlmə deyərək göz yaşlarımı saxlaya bilmədim: "Şəhidlərimizin haqqı ödənilib." 
O vaxtdan mən də bu ailənin bir üzvü olaraq hər dəfə din imana bağlı kəramətli bu evə qədəm qoyarkən Zərif nənə uşaqlara xəbər edir ki, qardaşınız gəldi. Bu mehribançılıq bu gün də davam edir. 
Vətənimizin belə igid oğulları ilə qürur hissi keçirməyə hər birimizin haqqı çatır 44 günlük Vətən müharibəsində şanlı ordumuz bizə qələbə qazandırdılar.
Biz bu gün torpaqlarımızı yağı taptagindan azad edən şəhidlərimizə, qazılərimizə,  igid döyüşçülərimizə  borcluyuq. 
Şəhidlərimizin narahat ruhu da bu gün sevinir. Axı yurdumuz yağı taptagindan azad olunub.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ