SON DƏQİQƏ

Ana fəryad edir

Tarix:8-06-2022, 09:15

Bu günlərdə Lerik  qəzetinin baş redaktoru, əməkdar jurnalist İdris Şükürlü mənə bir kitab hədiyyə etdi.                                                                              1996- cı ildə mətbəə müdiri, Qəşəm İsabəylinin naşirliyi ilə çap olunmuş "Ölsəm, İnanma" kitabında Qarabağın azadlığı  uğrunda erməni qəsbkarlarına qarşı vuruşub şəhid olmuş Lerik rayonunun mərd- mübariz övladlarının şərəfli ömür yolundan bəhs edilmişdir. 
Kitab əslən lerikli vətənpərvər ziyalımız  Miri Qəmbərovun maddi köməkliyi ilə kril əlifbasında çap olunmuşdur. 2000 tirajla çap olunmuş kitabı Qarabağ müharibəsi veteranı Nədiş Dövlətova təqdim edərkən gözlərinə inanmadı.  Nədişin qardaşı şəhid  Balaş Dövlətov haqqında da kitabda ətraflı məlumat verilmişdi. Həqiqətən də qəhrəmanlar unudulmur.       

Bəzən Vətən müharibəsini  birincı və  ikinci vətən müharibəsi də adlandırırıq. Şəhid şəhiddir, şəhidin köhnəsi təzəsi olmur. Şəhid Allah məqamına yuksəlmiş cənnət məkandır. Odur ki, bəzi agzıgöyçək şəxslərə demək istəyirəm ki,1988- ci ildən alovlanan Qarabağ müharibəsi 2020 - ci illərdə ordumuzun   qələbəsiylə başa çatdı. 1990-94 - cü illərdə , eləcə də Aprel döyüşlərində şəhid olmuş vətənin igid oğullarının övladları, qohumları. böyüyərək atalarının,babalarının, doğmalarının qisasını işgalçı erməni və rus quldurlarından aldılar. Kitabda İdris Şükürlü hər bir şəhid haqqında ürək ağrısıyla məqalə və oçerklər yağışdır.                                      
"Ana fəryad edir"  başlıqlı yazını olduğu kimi  oxuculara təqdim edirik;      
"Balaş Dövlətovun ömrü, doyuş yolutək qısa oldu.O, 1972 - ci ilin mart ayının 1- də Lerik rayonunun Vılıq kəndində anadan olmuşdur. Şimal donanmasında hərbi xidmətdə olmuşdur. 1994- ilin aprel ayında Qarabağa yollanmışdı. Mayın əvvəli idi. Təpədən dırnağa qədər silahlanmış faşist ovqatlı yaraqlılar Cəmilli kəndini ələ keçirmək üçün güclü hazırlıq görmüşdülər. Balaşın  hərbi hissəsi kəndin müdafiəsində dayanmışdılar. Balaş Dövlətivla birlikdə vuruşmuş Lerik sakini Füzuli Şiriyev həmin günü belə xatırlayır:                                                                            - Qüvvələr qeyri bərabər idi.Lakin biz geriyə çəkilməyi qeyrətimizə sığışdırmırdıq. Düşmən güclü hücuma keçdi. Yağılar elə bilirdilər ki,onlar  döyüşə başlayan kimi hər  şey bitəcəkdir.
Lakin düşmən ilk dəqiqədən itki verməyə başladı.Mən sol əlimdən yaralandım. Vətəni sonsuz məhəbbətlə sevən Balaş qumbaraatanla düşmənə sarsıdıcı zərbələr vurmuş, xeyli kafiri gəbərtmişdi. Fəqət duşmən çox güclü və arxalı olduğundan Cəmilli döyüşündə bir çox qəhrəman əsgər dostlarımızı itirdik. Onlardan biri də cəsur əsgər Balaş Atakişi oğlu Dövlətovdur. Dövlətovun anası Şahsənəm bacı qəhrəman anadır. Qəhrəman ana qəhrəman oğlu ilə fəxr edir .Ata isə oğullarına  Balaş kimi vətənpərvər, döyüşkən, mübariz olmagı tapşirib..."                   

İdris Şükürlü , "Ölsəm, inanma " kitabı, səhifə 78 - 79, Bakı, 1996- cı il.  
Balaş Atakişi oğlu Dövlətov 1994- cu ilin may ayının 4 - də doğulduğu Vılıq kəndində torpağa tapşırılmışdır. Şəhidin adını daşıyan kənd məktəbinin rəhbərliyi söz verdilər ki, igid cəsur  şəhidin portretini məktəbin ən görünən hündür yerində ucaltmaqla şagirdlərdə vətənpərvərlik ruhunu daha da artıracaqlar. Yeri gəlmişkən   onu da qeyd edim ki, "Ölsəm, inanma " kitabında
Lerik şəhidlərindən ilk dəfə  kitab   yazmış İdris Şükürlüyə can sağlığı arzulayıram.
Bu günlərdə igid qəhrəman şəhidimiz  Balaş Dövlətovun qardaşı  Qarabağ müharibəsi veteranı Nədiş Dövlətov  deyəndə ki, şəhidin məzarı baxımsız qalıb , bilinmir ki,kimin məzarıdır.İmkanım da yoxdur ki, qardaşımın məzarının üzərini mərmər başdaşla şəhidin adına uyğun duzəltdirəm.
Axı qardaşım Vətən yolunda canını qurban verib. Məmurlardan bu qədər də biganəlikmi olar? Çox təəssüfləndim. Çünki şəhidin nə anası, nə də atası  şəhid  oğlunun məzarının   onun adına uygun abadlaşdırılıb başa çatmasını  görmədilər. İki ovladı Qarabağda döyüşən, biri şəhid olmuş , o biri qardaşı isə bədəninin  bir neçə yerindən qəlpə yarası almiş övladların anası o qədər aglamişdir ki, bir gözü tutulmuş, o biri gozü isə əməliyyat olunmuşdur. Bəzi  məmurcuqlar deyə bilər ki,bəs şəhidin adına qan pulunu dövlət ödəyib. Niyə şəhidin ailəsi  övladlarının məzarının üzərini  mərmərlə goturməyiblər.Əslində isə məzarın üzərini səhidinnailə üzvləri imkan daxilində duzəltdiriblər. Onda belə sual ortaya çıxır; Məgər Balaş Dövlətov və onun kimi qeyrətli oğullar  tək öz ailəsini qorumaq üçünmü  döyüşə qatıldılar? 

Şəhid ruhuna bu qədər laqeydlik, vicdansızlıq  olarmı? Şəhidlərimizin əmanəti olan qazilərimiz Vətən yolunda əzalarını rüşvətxor məmur tayfası üçünmü itirərəkyarımcan  oldular?     
Bu gün qazilərin üzünə qapını bağlayan Əmək və Əhalinin Sosial Müdafiə mərkəzinin rəhbərliyi Əlill və qazilərımızə  beləmi qayğı göstərir ?                         
Müharibə gedən bölgələrdə hər bir sakin veteran sayılmalıdır. 1990-93 - cu illərdə dövlət rəhbərləri yenə də ikiüzlülük edərək rayonun idarə və müəssisə rəhbərlərinə müharibə veterani adını  rəsmiləşdirdilər, lakin  qrad, mərmi səsindən stress, qorxu, həyəcan keçirərək müxtəlif xəstəliklərə düçar olunmuş sakinlər  niyə veteran sayılmamalıdır?   
Döyüşən oğulların haqqı taptalanmamalıdır. Məmurlar vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşmalıdırlar. Bu gün uşaq pulu almayan oğullar idi ki, böyüyərək 44 günlük Vətən müharibəsində Xocalı,  Ağdaban Cəmilli, Meşəli, Sədərək, Şuşa, Ağdam, Qubadlı, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl və digər ərazilərimizdə şəhid olmuş soydaşlarımızın qisasını aldılar.            
Bu gün kəndlərdə sakinlərə şərait yaratmayan dövlət və hökumət rəhbərləri təsəvvür edirlərmi ki,  iş tapa bilməyən  gənclər bir tikə çörək dalınca doğma  yurdlarını   qocalara təhsil verərək paytaxta və ya   xarici ölkələrə axışırlar .   Dolanışıq üçün min bir əziyyətlərə qatlaşan dövlətin  vətəndaşlarının insan kimi dolanmağına və ya uşaq pulunu verməyə dövlətin   bəlkə gücü çatmır?                                                                       
Onu da qeyd edim ki, Lerik camaatının əksəriyyəti isə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıblar. Soruşmaq lazımdır, bənzərsiz təbiəti olan kəndlərimizdə, qəsəbələrimizdə yaşayan gənclər işsizlikdən dözə bilməyib Bakıya axışır, kirayələrdə qalaraq fəhləciliklə ailəsini dolandırırlar. Əslində isə kənd yerlərində yeni iş yerləri açmaqla urbanizasiyanın   qarşısını almaq dövlətin ən piroritet vəzifələrindən biri olmalıdır.                                        
Palma yağlarını xalqa yedirtməkdəndirsə, monapoliyanın qarşısı alınmalıdır, ekoloji cəhətdən təmiz ərzaq və yeyinti məhsulları istehsal olunmalıdır. Kəmiyyət yox,keyfiyyət dalınca hərəkət etməliyik.  Sərhəd kəndlərimizi qoca valideynlərimizin ümidinəmi  qoymalıyıq?  Bu məsələ bütün rayonlara kəndlərə aiddir. Mən inanıram ki, Lerik rayon icra  hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti də olsa icra edən Cəlil müəllim Ölkə prezidentinin şəhid ailələrinə  göstərdiyi  diqqət və qayğısını rəhbər tutaraq  daxili imkanlarını  səfərbər edərək heç bir şəhidə fərq qoymadan canını vətən yolunda fəda edən Balaş Dövlətovun məzarının abadlaşdırılmasına kömək edəcək və şəhid adını uca tutaraq   şəhid məzarını ağ, sadə daşla yox, mərmərlə , şəhid adına uyğun səviyyədə təmir etdirəcəkdir. 
Mövzuya yenidən qayıdacağıq .

Rauf İlyasoğlu.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ