Gənc aktyor, yazar Ənvər Məmmədovun “Mələyin göz yaşları” hekayəsin sizə təqdim edirik.
Göylərdə və yerlərdə yaşayan bir Mələk var idi . Bu mələk hər kəsə sevgi paylayırdı . Amma özü sevə bilmirdi, əslində isə sevginin nə olduğunu hər kəsdən çox yaxşı bilirdi . Çünki ona sevməyi və nifrət etməyi bir şeytan öyrətmişdi . Mələk bir şeytan sevdi, şeytan isə onun qanadlarını oğurlayıb göyün yeddinci qatına uçdu , sonra Mələk göz yaşları tökdü,öncə onu sevdiyinə peşman oldu . Əslində isə mələklə şeytanın sevgisi belə başlamışdı . Bir gün dünya adlanan bir yerdə iki əli ,iki ayağı,gözləri , qulaqları olan bir məxluq yaşayırdı .Adına insan deyirdilər. Bu insan yalnız nifrət etməyi , paxıllıq etməyi , öldürməyi bacarırdı . Mələk isə bunların hamısından çox uzaq idi, o yalnız sevməyi, insanlara sevgi paylaşmağı bacarırdı. Hərdən insanların çiynində əyləşib onların gunahlarını da yazırdı. Bəzilərinə görə üzulürdü. Çünki bu dünya adlanan yerdə müxtəlif cür insanlar yaşayırdı. Övladını kimsəsizlər evinə atan , öz valideynlərindən vaz keçən kim , pula- paraya , var -dövlətə görə adam öldürən kim... Mələk bunların hamısını görüb dəhşətə gəlirdi. Hərdən hayqırmaq istəyirdi : ey siz, insanlar, sevin bir- birinizi, niyə axı bir- birinizi öldürürsüz, niyə axı bir birinizə nifrət edirsiz? Axı hamınız insansız!Eh, yazıq Mələk hardan biləydi ki, insan elə buna görə belə adlanır . Hər şeyi edib yalnız birini günahlandırır- Şeytanı!Cavid Əfəndi “İblis “əsərində İblisin monoloqunu düz deyib, hər şeyə xain olan insan nədir? İblis! Allah sənə rəhmət eləsin ,ey dahi Cavid. Elə Mələklə də Şeytanın tanışlığı burdan başladı ,yəni bu dünya adlanan əcaib yerdən . Bir gün Mələk hər kəsə sevgi paylayarkən birini görür ,bu isə insanlardan sevgini alıb nifrəti paylayır. Mələk onun bu hərəkətinə qəzəblənir, ona tərəf uçur. Mələk :» Ey ,sən kimsən? Niyə mənim paylaşdığım sevgini alıb, yerinə nifrət paylayırsan?» Şeytan Mələyə diqqətlə baxır və gülür:» - Ha ... Ha ...ha ,məgər sən məni tanımırsan ?Mən Şeytanam, sən necə insanlara sevgi paylasırsan, mən də bax beləcə insanlara nifrət paylayıram. Mələk :»Axı niyə ? Niyə belə edirsən? Bu insanlar sənə nə ediblər? Niyə onları bir- birləriylə savaşdırırsan ?” Şeytan:” Eh, sən çox sadəlövhsən ,Mələk, sən bu insanları yaxşı tanımırsan! Əgər tanısaydın, sevgi adlı bir bəlanı onlara verməzdin. Mələk şeytanın dediklərini düşünür, insanlara baxır. Mələk :» Mən səni anlamıram ,axı sevgi nəyə görə bəla olur ki ? Sən heç sevginin nə olduğunu bilirsən, heç olmasa bir dəfə sevmisən ?” Şeytan bu sualların qarşısında aciz qalır . Şeytan :» Mən Şeytanam,sevgi də mənə yaddır, həmdə ki ,axı mənim kimi bir Bədheybəti kim sevə bilər ki?” Mələk :”Şeytan özün haqqında elə demə ,sən də sevə bilərsən, şeytan,səni də sevərlər.” Mələk şeytana elə sevgi dolu gözlərlə baxır ki , şeytan bu baxışdan sanki sevgi adlı bir tilsimə düşür . Amma şeytan ona nifrətini bildirir . Bax elə burdan da mələklə şeytanın sevgisi başlayır, taki şeytanın mələyə etdiyi xəyanətə qədər . Bəlkə çoxlarınızda sual yaranacaq ki, axı Mələklə şeytan bir- birlərini sevə bilməzlər, axı niyə sevirlər?Məgər Mələk şeytanın necə hiyləgər, qəddar olduğunu bilmir? Bəlkə də bilir, amma sevgi gözlərini kor edir . Nəysə, mən qayıdım mətləbə. Mələklə şeytan ilk öncə bir- birlərinə nifrət edirlər, sonradan bu nifrət dostluğa ,daha sonra isə sevgiyə çevrilir . Bir gün Mələk şeytanı göyün yeddinci qatına qaldırır, şeytan mələyin üstündə oturub orda uçan digər mələklərə baxır. Şeytan :» Axı niyə mən onlar kimi uça bilmirəm , niyə mənim qanadlarım yoxdur ?» Şeytan öz- özünə bu sualları düşünür ,amma sevgilisi mələyə heç bir şey bildirmir . Mələklə şeytan hər gün günlərini çox xoş keçirirlər . Bir gün şeytan mələyə sual verir: «Sevgilim, axı sən niyə bu cür gözəlsən, mənsə eybəcər?Sənə gözəllik verən nədir ?” Mələk gülümsünür:“Sən eybəcər deyilsən, sadəcə, elə düşünürsən.Bax, mənə gözəllik verən qanadlarımdır , insanların məni sevməsidir , mən onlara xoşbəxtlik verirəm . Mən insanlara bu qanadlarım vasitəsilə sevgi paylayıram .” Şeytan:” Mən səni anlamıram, mələk, sən axı bu insanları niyə bu qədər çox sevirsən, həm də sevginin kimə xeyri var ki?” Mələk :”Sən nə danışırsan, şeytan, olmaya sən məni sevmirsən?Görmürsən ki, sevgi səni necə dəyişdirib?” Şeytan :”Hə, haqlısan, mələyim, mən çox dəyişilmişəm . Amma bilirsən, bir zaman olacaq sən də insanlar kimi məni günahlandıracaqsan ,sən də mənə nifrət edəcəksən . Məni sevdiyinə görə də peşman olacaqsan.” Mələk :” Yox, əsla, mən heç bir zaman səni günahlandırmaram , səni sevdiyimə peşman olmaram” Şeytan küçədə gəzən bir dəlini mələyə göstərir . Şeytan :” Bax, buna hamı Dəli deyir . Bilirsən niyə ?Çünki bu bir zamanlar sevgi ucbatından əzablar çəkib . Bax bunu dəli edən biz ikimiz olmuşuq: sən və mən ... Mələk :»Mən necə? Axı mən heç nəyi xatırlamıram! Bax, yadına gəlir?İki il əvvəl elə bu məkanda bir qız oğlanla təsadüfən tanış olmuşdu. Oğlan onun həyatını xilas etmişdi . Mələk :” Hə, yadıma gəlir . “ Şeytan Mələyə iki il əvvəl olan hadisəni xatırladır . Şeytan :”İki il əvvəl parkda bir qız skamyada əyləşmişdi, hönkür- hönkür ağlayırdı, telefonundakı mesajlara baxırdı . Ağlaya- ağlaya onları silirdi . Bax, elə bu yerdə ,Mələk, sən əyləşib onu seyr edirdin . Bu anda bir oğlan qızın ağladığını görüb ona yaxınlaşır . Oğlan:» Salam ,bağışlayın, xanım, sizə nəsə olub, niyə ağlayırsız?” Qız susurdu, elə hey uzun- uzadı dənizə baxırdı . Skamyadan qalxıb dənizə tərəf getdi . Dərindən bir ah çəkdi . Üzünü dənizə tutub qışqırmağa başladı : “Hər şeyin səbəbkarı sənsən, mən sənə nifrət edirəm , alçaq, şərəfsiz, niyə axı mənə bunu etdin? Özü də mənim ən yaxın rəfiqəmlə!” Qız cibindən bir kağız çıxarıb yerə atır . Özünü dənizə atmaq istəyəndə, oğlan onu tutur . Oğlan:» Nə olub?Sən dəli olmusan?! Özünü niyə öldürmək istəyirsən ?!” Qız oğlana baxır ,ağlayaraq:” Niyə axı məni tutdun, niyə qoymadın ki, intihar edim? Nə olar, yalvarıram, burax məni! Mən yaşamaq istəmirəm!” Şeytan :”Bax ,elə burda sən o qızı yaşatdın, mənə qalib gəldin, həmin gün, mələk!Elə hər şey də bundan sonra başladı .” Mələk :” Necə yəni? Anlamadım səni, şeytan.” Şeytan :”Hə ,mələk, mənə qalib gəlməyin mənə çox təsir etdi və mən onlara qarşı oyunlar qurmağa başladım . Özü də nə oyunlar, bu oyunlar onların həyatını alt üst etdi! Birinin ölümünə, birinin isə Dəli olmağına gətirib çıxardı.” Mələk :” Axı bu nə oyunlar idi belə, şeytan ?” Şeytan :”Sən onları xoşbəxt etmişdin, bir müddətdən sonra nişanlanmışdılar . Elə həmin gün mən qərara aldım ki, bu mübarizədə mən sənə qalib gəlməliyəm .” Mələk :”Vallah mən anladım ki , burda niyə axı mən günahkaram, nədir axı mənim günahım?” Şeytan :»Sual verirsən ki, nədir sənin günahın,mələk ? Mən sənə deyim, nədir sənin günahın. Sənin günahın insanlara yaxşılıq etməkdir . Hə, bu sənin missiyandır . Mənimsə missiyam bunları pozmaq və insanlara bədbəxtlik paylamaqdır. Çünki mən insanlara nifrət edirəm.” Mələk :»Niyə axı sən insanlara nifrət edirsən? Axı bunun səbəbi nədir?” Şeytan :” Bilirsən ,insanlar çox qəddardırlar. Hər zaman etmədiyim şeylərə görə məni günahlandırırdılar . Nəsə itəndə, tapa bilməyəndə mənim ayağımı , əlimi , quyruğumu bağlayırlar, mən əzablar çəkirəm həmin gün . Niyə axı insanlar mənimlə bu cür davranırlar, etmədiyim şeylərə görə məni günahlandırırlar? Mən bunları çox düşündüm . Elə hey ... hey düşünürdüm . Amma bir gün öz- özümə sual verdim ki , məni günahlandırırlar ,qoy elə də olsun ,mən də bu gündən etibarən onlara ancaq pisliklər edərəm!” Mələk şeytanın dediklərini diqqətlə dinləyir . Susur ,ona heçnə demir . O,şeytanın niyə bu qədər qəddarlaşdığını anlamır . Mələk :”Bəs o qızla oğlanın günahı nə idi axı ?” Şeytan :”Günahı insan olmağı idi . Hə, sən bəlkə də indi merak edirsən ki,o qızla oğlanın sonu necə oldu . Nişanlanmışdılar çox xoşbəxt idilər . Günlərin bir günü mən oğlanı qumar adlı bir şeyə öyrəşdirdim . Oğlana ilk öncə qazanmağı və daha çox qazanmağı öyrətdim . Onu buna aludə etdim . O , öncə qazandı, daha çox qazandı . Mənsə bu uğuruma görə sevinirdim. “ Mələk :”Sən axı dedin ki, mən onlara oyun qurdum, bu da onların sonu oldu.” Şeytan:» Hə , bir gün oğlan çox qazanmağa başladı. Mən onun qarşısına ən güclü rəqibləri çıxartdım . Amma o hər zaman qalib gəlirdi . Oğlan qələbə qazandıqca, mən qürurlanırdım, yaratdığım əsərlə fəxr edirdim . Mən onu o qızdan ayırmaq istəyirdim, amma ayıra bilmirdim . Çünki sənin onlara verdiyin sevgi çox güclü idi . Oğlan hər dəfə qazandıqca qızla görüşürdü, ona hədiyyələr alırdı ,hər zaman sevgisini ona bildirirdi. O, hər dəfə bunu edəndə, mən qəzəblənirdim . Ondan buna görə intiqam almağa çalışırdım.” Mələk diqqətlə Şeytanı dinləyirdi, göydən insanlara baxırdı . Amma mələk o qədər təmiz qəlbli ,o qədər sadəlövh idi ki, insanların qəddar olmadığını düşünürdü, elə bilirdi ki, onlar da onun kimi mələkdirlər,amma qanadları olmayan mələk . O,şeytanın danışdıqlarına inanmırdı, axı bu qanadsız mələk necə qatil ola bilər?! Şeytan mələyə bütün hadisələri danışır . Şeytan :»İndisə gələk əsas məsələyə, mən oğlanı xoşbəxt görməyə alışmamışdım . Buna görə də onunla gözəl bir oyun oynadım . Oyunun sonunda isə hər zaman olduğu kimi mən qalib gəldim.” Mələk :»Axı bu nə oyun idi belə?Sən onun haqqında danışanda gözlərinin içi parıldayırdı?” Şeytan :»Bu son bir oyun idi . Oğlan bir gün yenidən qumar oynayırdı,bu dəfə mən elə etdim ki, o yalnız məğlub olurdu və son oyununu ən yaxın dostuna qarşı oynadı.Həmin gün o bütün pulunu uduzdu . Mən elə etdim ki, dostu o qızla yatsın . Oğlanın dostu vasitəsilə qıza tələ qurdum . Oğlan evə gələndə qızı öz dostu ilə yataqda yaxaladı . Bundan sonra qız özünə nifrət etməyə başladı və intihar etdi . O, bax,bu dənizin kənarına gəlib,bu sularda özünü batırdı . Oğlan isə bura gələgələ havalandı . Bax, mələk, görürsən, sevgi bir insana nə acilar yaşadır?» Mələk susur, şeytana heç nə demirdi, amma gözlərindən yaş axırdı . O gün ilk dəfə idi ki,mələk ağlayırdı . O bilmirdi ki , sevdiyi şeytan bu qədər qəddar olarmış . “Yox, bu mənim sevdiyim ola bilməz, mən belə birini sevə bilmərəm!” deyə öz- özünə düşünürdü . Şeytan mələyin ağladığını gördü və son oyununu oynamaq qərarına gəldi . Şeytan:» Mələk, mən artıq dəyişilmək istəyirəm. Sən məni həqiqətən sevirsən? “ Mələk:» Sənin buna şübhən var?” Şeytan :»Bilirsən, mən heç kimə inanmıram . Şübhə var deyəndə ki,məni əgər sevirsənsə, mənə belindəki qanadları ver, mənə sevgini sübut elə!” Mələk çox götür- qoy edir, o şeytanı dəyişdirmək istəyir, amma anlamırdı ki , şeytan çox hiyləgərdi, çünki sevgi mələyin gözlərini kor etmişdi . O şeytana belindəki qanadları verir . Şeytan isə hiyləgərcəsinə mələyin qanadlarını götürüb göyün yeddinci qatına uçur . Beləliklə,bir zamanlar bir Mələk bir şeytanı sevirdi, şeytan isə onun qanadlarını oğurlayır və mələk bir daha uça bilmir . O,dünya adlanan yerdə qalırdı . Bir neçə müddət insanların arasında qaldı . Yer üzündə yaşayan qanadsız bir mələk idi . Bu mələk insanların arasında yaşayan mələk idi , amma insanlar onun mələk olduğunu bilmirdilər . Yalnız onun adının Mələk olduğunu bilirdilər . Bax, beləcə bu qanadsız mələk yer üzündə yaşamağa başladı, o bir daha şeytanı görmədi,bir daha qanadlarına qovuşa bilmədi, elə hər dəfə o anları xatırlayanda ağlayırdı . Mələk bu fani dünyada nələr yaşadı ,nələr ?Övladını atan anani gördü mələk, ha istədi ki, o ananın qarşısını kəssin, amma bacarmadı ,çünki əvvəlki gücünə sahib deyildi, axı o qanadsız bir mələk idi . İnsanların gözünə görsənə bilməzdi . Mələk hələ bu qədər aciz olmamışdı, uşağa baxıb ağlayaraq:” Bağışla məni ,balaca, mən sənə heç cürə kömək edə bilmirəm!” Mələk yenədə ağlamağa başladı , bir zamanlar şeytanın dediyi sözləri xatırladı.”insanlar çox qəddarlaşıb, çox!” deyə öz- özünə danışdı .” Axı görəsən bu insanları dəyişən nə idi belə? Şeytanmı ? Zamanmi ? Yoxsa nədir insanı belə dəyişdirən? Hərdən özünü günahkar saydı . Yəqin şeytan haqlı idi, günahkar mənəm . Mənəm insanı dəyişdirən, ya da ki mən insanı necə istəmişəm, elə o cürə də görmüşəm . Bu da mənim ən böyük səhvim olub . Bəlkə də elə insanların içində ancaq bu anadır öz övladını atan!” deyə mələk özünü təsəlli verdi. Oradan ayrılıb başqa bir yerə getdi . Bir qaranlıq küçəyə girdi və orda dayandı, mürgüləməyə başlamışdı ki, bir səs eşitdi:” Kömək edin mənə! Nolar?!” Qışqıran bir qız idi . Mələk səs gələn tərəfə getdi . Gördü ki, bir qızı 3 nəfər əhatəyə alıb, o isə:” Kömək edin!” deyə qışqırıb imdad diləyirdi . Amma heç kim ona kömək etmirdi . Mələk istədi ki, qıza kömək etsin . İstədi ki, onlara güc gəlib, o qızı onların əlindən qurtarsın, amma bacarmadı . Mələk hayqırmağa başladı ,amma onun səsi heç yerə çatmadı . Mələk uzaqdan bir zamanlar sevdiyi şeytanı gördü . Şeytan kənarda dayanıb olanları seyr edirdi və qəh- qəhə cəkib gülürdü . Mələk şeytandan kömək istədi . Şeytan əvvəlcə ona heç bir məhəl qoymadı, sonradan isə ona dedi : “Bir şərtlə mən o qıza kömək edə bilərəm, sən mənim qarşımda diz çökməlisən . Qarşımda diz çök, mən də sənin dediyini edim.” Mələk ilk öncə çox götür -qoy edir . Şeytanın etdikləri yadına düşür, ona inanmağa çalışır, amma şeytan ona deyir:”Bax, vaxtına çox az qalıb, özünü düşünmə, sən bu yazıq qızı düşün!” Şeytanın bu sözləri mələyə çox təsir edir . Mələk yavaş- yavaş şeytanın önündə diz çökür . Bunu görən şeytan qəh-qəhə çəkib gülür :”... Ha ..ha . .ha !Axmaq mələk, sən yenə də sadəlövhsən, yenə də səni aldatmaq asan olur . Sən elə bildin ki, mən sənə kömək edəcəm, axmaq, indisə dayan gör, mən nə edirəm! Hə uşaqlar onu məhv edin!» “Buraxın onu! Axı siz belə deyilsiz, uymayın şeytanın məkrinə! Axı bu yazıq qızcığaz sizə nə edib?” “ Əşi ,nə qədər danışırsan danış, onsuz da sənin səsini heç kim eşitməyəcək! Nə qədər qışqırırsan qışqır!” Sanki onu ələ salırmış kimi :”Kömək edin , kömək edin!” deyə şeytan qışqırır.” Bax, gördün?! Bu Allahın belə tanımadığı yerdə sənin səsini kim eşidəcək ,ay axmaq? Hə, indisə gələk bu qəşəng qıza, mən ona heç nə elətdirməyəcəkdim ,amma indi bir işarəmlə bax, gördüyün bu vəhşilər bu balaca quzunu parçalayacaq!” Üç nəfər mələyin gözü qabağında qıza təcavüz edir . Qız qışqırır, inildiyir, o üç vəhşi isə sanki etdiklərindən zövq alır . Şeytansa qəh-qəhə çəkib gülür, mələyin gözlərindən damla -damla yaş axır . Göy guruldayır,göydən yerə yağış damlaları düşür və yağış yağır, bu vəhşilər isə yağışa belə məhəl qoymur . Öz işlərinə davam edirlər . Hər üçü işlərini bitirir, çıxıb gedirlər . Mələk qıza yaxınlaşır, ona toxunur, qız isə bunu hiss etmir. Yağış kəsir . Qız bir neçə saniyədən sonra ağlayaağlaya ayağa qalxır . Üst başının qan olduğunu, paltarının cırıldığını görür ,hər şeyi xatırlayır ,hönkürtü ilə ağlamağa başlayır . Mələk qızın bu halını görüb ordan göz yaşları içində uzaqlaşır . 2 ci hissə . Mələk bu dəfə yenidən şeytanın izinə düşür, onu axtarmağa başlayır . Mələyin niyyəti şeytandan intiqam almaq yox, sadəcə qanadlarını və əvvəlki gücünü yenidən bərpa etmək idi . O hər yerdə şeytanı axtarırdı . Amma onu tapa bilmirdi . O, hər gün müxtəlif insanlar görürdü və bu insanların hər birindən vəhşiliklər görürdü . Mələk də şeytan kimi insanlara nifrət etməyə başlamışdı . Amma o insanlar kimi qəddar , acımasız olmaq istəmirdi . Onda insanlardan fərqli olaraq mərhəmət hissi qalmışdı və elə ona görə də mələk insanlara pislik etmək istəmirdi . Bir gün Mələk yenidən seytanla qarşılaşdı . Amma bu qarşılaşmada təsadüf olmadı . Bir gün bir oğul öz anasını döyə- döyə küçəyə çıxardır . Oğul :» Rədd ol burdan, qoca kaftar ,sənin əlindən artıq zara gəlmişəm!” Yaşlı ana :”Ay bala, mən sənə nə etmişəm axı? Məni niyə bu soyuqda küçəyə atırsan?” Mələk insanın bu qədər qəddar olacağını zənn etmirdi . “Axı bu yazıq yaşlı ananın günahı nədir ? Ana müqəddəsdir, ana əzizdir . Axı onu bu soyuqda küçəyə necə atmaq olar ? Bunu edən insanın vicdanı hardadır?Ay vicdansız ,axı o ana səni 9 ay öz bətnində saxlayıb ,sonra səni dünyaya gətirib ,gecə- gündüz demədən səni böyüdüb, sən xəstə olanda o ana gecələr yuxusuz qalıb . Yeməyib yedirdib, geyməyib geyindirib, təki balam xoşbəxt yaşasın deyib, hər əzaba qatlanıb, amma indi isə sən bu ananı küçəyə atırsan! Yox, bunu edən insan olmaz,bu yalnız şeytanın əməlidir . Ey şeytan, burda olduğunu bilirəm, çıx görüşək! . Bax, bir əsərinlə qürur duy !Afərin sənə, şeytan! Afərin!» “Oh, mələk, sən ağıllanmısan . Nə oldu, insanların iç üzünü gördün?Sənə acı verdi . Yadına gəlir? Mən bir zaman demişdim ki, insanlara güvənmə, onlar sən sandığın qədər mərhəmətli , vicdanlı , xeyirxah deyil . İnsanlar mənə uyublar . İnanırsan, heç mən də onları tanımıram, tanımağa çətinlik çəkirəm . Nə yalan deyim ,ay mələk,hərdən mən özüm də insanlardan qorxuram.” Mələk :”Sən insanlardan qorxursan? Güldürmə məni ,şeytan, bu da bir oyundur . Yenədə oyun oynayırsan! Bəs deyirdin ki , bu insanlar mənim yaratdığım rəsmdir . İndi noldu, öz yaratdığından qorxursan?Sən öz yaratdığından qorxursan? Ha, ha,ha. “ Mələyin bu gülüşünə şeytan çox qəzəblənir . Şeytan:”Hə, mən öz yaratdığım əsərdən qorxuram . Bilirsən niyə ? Çünki mən insanları yaxşı tanıyıram, onlar məndən də qəddardırlar . Onlar məni belə məhv edə bilərlər . Sən insanları yaxşı tanımırsan, Mələk . “ Mələk şeytanın sadəcə bu dəfə onunla oyun oynamadığına inanır . “ Mənim qanadlarımı niyə oğürlayib getdin? Məni bu dünyada insanların içində yaşamağa məcbur etdin ?» Şeytan:» İstədim səni cəzalandırım, sevgi payladığın insanları tanıyasan . İndi gördüm ki, sən insanları tanıdın, buna görə də mən sənə qanadlarını geri verirəm . Amma sənə bir şey də göstərmək istəyirəm, ondan sonra mən sənə qanadlarını və azadlığını verirəm .” Mələk razılıq verir, şeytana inanıb onunla gedir . Şeytan onu bir yerə gətirir . Narkomanların olduğu yerə . Mələk :»Bura haradır ?Bunlar kimdir ? Əllərindəki nədir ? “ Şeytan :»Bunlar narkomanlardır . Əllərindəki bəşəriyyətin sonunu gətirən norkatik maddədir . Axı insan olan məhluq niyə bunu qəbul edir? Yoxsa buda sənin işindir, şeytan ?Yox ,bax, bunda mən acizəm . Bayaq yadına gəlir, sənə bir söz dedim, dedim ki , mən insanlardan qorxuram ,bax buna görə qorxuram . Bu narkotik maddə insanların icadıdır . Bu bir bəladır, bürüyüb bəşəriyyəti . Hələ bu harasıdır ?Gəl, mənimlə gedək, mən sənə başqa şeylər də göstərəcəm . Bax, bura Suriyadır , bura Fələstindir , burası Liviyadır .” “ Bəs yaxşı ,ay şeytan, buralar niyə xarabalıqdır, bu bayquşun xarabalıqda nə işi var axı? O, bəy quşudur!” “ Hə, haqlısan, o, bəy quşudur, amma o bəy quşu indi xarabalıq quşu olub . Bilmirəm, bəlkə də sən bilərsən . Hz. Süleymanla bayquşun söhbətini . Bir gün Süleyman bütün heyvanları öz hüzuruna çağırır, təkcə bayquş gəlmir. Süleyman qəzəblənib bayquşun dalınca dostu qarğını göndərir . O,bayquşun yanına gedib, onu Süleymanın hüzuruna aparır . Süleyman soruşur ki, niyə mənim hüzuruma gəlmirsən . Bayquş deyir ki, çünki səni özümə hökmdar hesab etmirəm . Süleyman qəzəblənir və deyir ki,sənə 3 sual verəcəm, mənə doğru cavab versən, canını bağışlayacam . De görüm, diri çoxdur ya ölü? Bayquş cavab verir ki , ölü ,çünki diri bir gün ölü olacaq . Yaxşı bəs de görüm, abad çoxdur ya xaraba? Bayquş cavab verir ki , xaraba, çünki abad bir gün xarabaya çevrilicək . Yaxşı , buna da cavab verdin, son sualım, de görüm, qadın çoxdur ya kişi ? Bayquş cavab verir ki, qadın, çünki sənin kimi arvad sözüylə hərəkət edən kişilər çoxalacaq . Bilirsən ,buda insanların silah gücünə yaratdığı müharibənin ucbatından buralar bu xarabalığa çevrilib.” “Bəs bu uşaq burada nə axtarır, şeytan ?” “ O uşaq xarabalıqların içərisində öz ata və anasını axtarır .” Mələk ağlayaraq:” Sən bir dünyanın işinə bax, kimisi ata- anasını atır, bu balaca qızcığaz isə ata və anasını axtarır . Şeytan, sən haqlısan, insanlar vəhşiləşiblər , qəddarlaşıblar . Müharibələr edirlər, boş yerə qanlar tökürlər , canlar alırlar , neçə ailəni yurdsuz , bir neçəsini övladsız, övladı isə atasız və anasız qoyurlar . Bəs yaxşı, sən bilərsən, bunun qarşısını necə almaq olar ? “ “Bax, Mələk, bu sual qarşısında mən də acizəm ,çünki bu artıq mənim səlahiyyətimdən çıxıb . Kaş əlimdə imkan olardı ,bu müharibələri dayandırardım ,şeytan . Bunu sən belə bacarmazsan, Mələk . Hə, al qanadlarını, verirəm sənə, indi getmək ,ya da burda qalmaq sənin öz əlindədir . Yox ,yaxşısı budur mən gedim, bələkdə göz yaşlarım dönər .” Mələk şeytandan qanadlarını alıb göyün yeddinci qatına qalxır və göy guruldayır, mələyin göz yaşları damla- damla yağış şəklində göydən yerə enir . Bax ,belə bir zamanlar bir Mələk şeytan adlı birini sevirdi, şeytan isə ona həqiqətləri öyrətdi . Bundan sonra Mələk bir daha yerə enmədi,o , insanlara bir də sevgi paylamadı . Bax, beləcə mənim Mələyim sevgidən küsdü və bir daha heç kəsi sevmədi, nifrət etdi sevgiyə!
Ənvər Məmmədov ( Bədheybət)