Tez - tez Sumqayıta gedərək bacı - qardaşım və qohumlarla görüşürəm. Uzun illər insanların sağlamlığı keşiyində dayanan təcrübəli həkim Əlikişi Məmmədov mənə bir kitab göstərib dedi;- Tələbə dostumuz, gözəl insan Əlixeybər həkim haqqında yazılıb.
Kitabı iki gün ərzində oxuyub başa çatdırdım.
Salyan torpağı ziyalılar, darülmömünlər , alimlər, şairlər diyarıdır. Qafqazın üç şeyxülislamı məhz bu diyarın yetirməsidir.
Şərqdə ilk ictimai mətbu orqanı olan " Füyuzad" jurnalının( 1906 - cı ildə çap olunmuş və 23 aydan sonra car hökuməti tərəfindən bağlanmış , 100 ildən sonra isə 2006- cı ildə "Respublika" qəzetinin baş redaktoru işləmiş professor rəhmətlik qələm dostumuz Teymur Əhmədov tərəfindən bərpa olunaraq bu gün də davam etdirilən ) jurnalın yaradıcısı Əlibəy Hüseynzadə kimi dahi şəxsiyyətləri, alovlu vətənpərvər şairlərdən Xəlil Rza UuTürkü,unudulmaz şairlərdən Əliağa Kürçaylını, Rəsul Rzanı, Oqtay Rzanı yetirən bu yurdun neçə - neçə vətənpərvər oğullarının , qələm dostlarımın , sənətkarlarının, elm adlarının adlarını çəksəm böyük bir siyahı edər.
Əsilli, köklü nəslin belə bir dəyərli nümayəndəsi haqqında oxucuları məlumatlandırmağı özümə mənəvi bir borc bildim.
"Yaşamaq da gözəldir, yaşatmaq da" adlı sənədli povestdə respublikamızın ən savadlı nevropatoloq həkimlərindən biri olan Əlixeydər Əliqulu oğlu Axundovun olduqca maraqlı həyat yolu timsalında Azərbaycanın son 300 illik tarixi bədii təsvir vasitələri ilə öz əksini tapmışdır.
"Mütərcim" Nəşriyyat Poliqrafiya mərkəzində 2019- cu ildə çap olunmuş kitabın müəllifi 50 ilə yaxın bədii yaradıcılıqla məşğul olan təcrübəli yazıcı - jurnalist " Aysberq və həyat " ədəbi- bədii, elmi - texniki qəzetinin baş redaktoru Faxrəddin Becan oğlu Fərzəliyev , redaktoru yazıçı- publisist Məşədi Mətləb Əliqulu oğlu Axundov , ön söz müəllifi isə tanınmış ictimai siyasi xadim Rəhim Hüseynovdur.
"Yaşamaq da gözəldir, yaşatmaq da " povesti böyük ziyalılar, tanınmış həkim və müəllimlər, ideal insanlar , nümunəvi valideynlər Əliqulu, Saniyə, Raisə və Adilə Axundovların əziz xatirəsinə ərmağan olunur.Ruhları şad olsun.
Övladlıq və atalıq borcunu 70 yaşında da unutmayan və insanların sağlamlığı keşiyində vicdanla dayanan həkim nevropatoloq Əlixeybər Axundovun insani keyfiyyətləri, xeyirxah işləri və səmərəli fəaliyyəti, dəyərli məsləhətləri kitabda öz əksini tapmışdır.
Neçə - neçə imkansız insanlara kömək edən, hətta xəstələrin dərmanlarının da pulunu halal qazancı ilə ödəyən belə bir şəxsiyyət haqqında şair dostlarının yazdığı şeirlər,ürək sözləri də kitabda çap olunmuşdur.
Sənədli povestin dördüncü fəslində Əlixeybər həkimin dəyərli məsləhətləri və tövsiyyələri dərc olunmuşdur.
Xəstələrə az dərman yazaraq onları həyata qaytaran fitri istedad sahibi olan Əlixeybər həkimin "Neqativ emosiyalardan uzaq olun", "Əsəbləşməyin, depressiyaya düşməyin", "Kimyəvi elementlərin insan orqanizmində rolu", "Miqren xəstəliyi nədir" başlıqlı müsahibələri olduqca maraqlı və oxunaqlıdır.
Yeddi fəsildən ibarət 268 səhifəlik kitabın " Ömürdən qalan izlər" bölümündə fotolar sanki dil açır , kövrək xatirələr yada düşür və unudulmaz ötən günlər göz önündən gəlib keçir.
Əlixeybər Axundovun 70 illik yubileyində Salyan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmovun təcrübəli, savadlı nevropatoloq həkimi fəxri diplomla təbrik etməsi Ölkə Prezidentimizin
səhiyyəmizə verdiyi ən yüksək dəyərdir. Təqdim olunan kitab tariximizin qaranlıq səhifəsinə işıq saçır.
40 ildən artıqdır ki bədii yaradıcılıqla məşğul olan tanınmış qələm dostumuz , təqdim olunan kitabın müəllifi Faxrəddin Fərzəliyev son söz əvəzində yazır;
"Hörmətli oxucular, povestin əvvəlki bölümündə təxminən 300 il bundan əvvəl 1722- ci il taleyin qəzavü - qədəri ilə ata- babalarının yüz illər yaşadığı Qəzvin şəhərini tərk etmək məcburiyyətində qalan, əsərimizin baş qəhrəmanı Əlixeybər Axundovun 7 arxa dönənindən də bir o qədər o tərəfə gedən, ulu babasının ulu babası Hacı Axund Hüseynin və onun ailəsinin başına gələn fəlakətlər şükür Allaha ki, mala- mülkə, ev heyvanlarına dəyən ziyanla yetərləndi. Elə o vaxtdan da bu sülalə 300 ildir ki, qurbanlar kəsməyi, səxavətli olmağı gözəl bir ənənəyə çevirib. Allahın nəzəri, lütfü Axundovların üzərində daim olduğu üçün Salyan rayonunun ictimai fikir tarixinə parlaq səhifələr yazan Əlixeybər Əliqulu oğlu Axundov kimi şəxsiyyəti bəxş edib.
İnşallah,Əlixeybər həkimin ömür səlnaməsində hələ bundan sonra da qürurverici faktlar , ürəkaçan hadisələr olacaq"
Övladlarını vətənpərvər ruhda böyüdən , atalıq borcunu şərəflə yerinə yetirən təcrübəli nevropatoloq Əlixeybər Axundova səmərəli fəaliyyətində uğurlar və can sağlığı arzulayırıq
Rauf İlyasoğlu