SON DƏQİQƏ

Səni necə sevməyim

Tarix:21-05-2023, 17:43

Uzun illərdir ki yaradıcılığına bələd olduğum  istedadlı şair dostumuz Nəsrəddin Məhəmmədoğlu növbəti kitabı ilə oxucularını sevindirdi." Bakı mətbəəsi" ASC də çap olunm uş  şeirlər  kitabı  " Səni  necə sevməyim " adlanır. Nəsrəddin Məhəmməd oğlu Musayev 20.09 1960- cı ildə şairlər vətəni , saz, söz xiridarlarının diyarı olan  Borçalı mahalının Kəpənəkçi kəndində  anadan olmuşdur.
Ustad sənətkarımız Zəlimxan Yaqubla  xala uşağı olan  Nəsrəddində hələ gənclik dövründən ədəbiyyata  maraq güclü olmuşdur.
Nənələrimizin bayatıları ilə böyüyən Nəsrəddin 1977- ci ildə Kəpəməkçi  kənd orta məktəbini, 1977- 1981- ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin  riyaziyyat  fakultəsini bitirmişdir.
Müxtəlif məsul vəzifələrdə, tikinti sahələrində  çalışmaqla yanaşı ,dövri mətbuatda şeirləri dərc olunmuş və" Tanrı payı" adlı ilk şeirlər kitabı müəllifə geniş oxucu rəğbəti qazandırmışdır.
Nəsrəddin Məhəmmədoğlunun"  Səni necə sevməyim " kitabı müxtəlif mövzuları əhatə edir.Doğulub boya - başa çatdığı Kəpənəkçi kəndinə həsr etdiyi şeirindən bir bəndi oxuculara təqdim edirik; 
Ömrümə yazılan ayım, ilimsən,
Mənim səcdəgahım, qibləm, pirimsən .
Nabatdan, noğuldan, qənddən şirinsən,
Dadın damağımda bal, Kəpənəkçi.

" Mən heç vaxt şairlik iddiasında olmadım "-deyən Nəsrəddin Məhəmmədoğlu   şairləri bir vergi payı adlandırır;

Şairlik tanrının vergi payıdır,.
İnsana beşikdən, bələkdən gəlir.
Hər kəsin bir alın yazısı vardır,
Nə gəlsə başına fələkdən gəlir.

Növbəti şeirində şair bildirir ki şeirlər oxucunu bir anlıq özündən qoparıb xəyallar aləminə aparmalıdır və ruhən dincəlməlidir:

Oxuyan duyğulanıb xəyallara dalmasa,
Ruhunu təzələyib səni səndən almasa.
Dilə yatımlı olub yaddaşlarda qalmasa,
Yazdığın şeir deyil!-

deyən Nəsrəddin Məhəmmədoğlu toy şənliklərində şeir söyləyərkən çoxları onu ustad şairimiz Zəlimxan Yaquba bənzədir.
Nəsrəddin Məhəmmədoğlunun söz ehtiyyatı çoxdur, təkrarsız, bənzərsiz  şeirlərində  fəlsəfi fikirlər olduqca üstünlük təşkil edir.

Salaram yolumu hər zaman , hər vaxt, 
Səslənən qoynuna məni, Borçalı.
Alaram könlünü bir oğul kimi,
Şad - xürrəm edərəm Səni, Borçalı.

Şair elinə yurduna, doğulduğu məkana bağlı insandır.Kövrək qəlbə malik qələm dostum təkıbbürlükdən uzaq  ziyalıdır.
Qanlı 20 yanvar günü onu da çox sarsıtmış və müxtəlif mövzulu şeirləri ilə oxucu qəlbinə yol tapmışdır.
Qarabağı ağlamağa qoymayaq deyən şair  vətən həsrətiylə alışıb yanır ; 

Gözümün ağıdır, qarasıdır o,
Qəlbimin sızlayan yarasıdır o.
Anamın bir ciyərparasıdır o,
Ögey əllər saxlamağa qoymayaq,
Qarabağı ağlamağa qoymayaq.

At oynatdın dağlarının başında,
İzim qalıb torpağında, daşında.
Bir gəlindir ağ örnəyi başında,
Qaraları  bağlamağa qoymayaq,
Qarabağı ağlamağa qoymayaq .

Dərdi seldir gözlərimin yaşında,
O bir tacdır vətənimin başında.
Bir üzükdür,  Şuşa durub qışında,
Qoy bu qaşı laxlamağa qoymayaq,
Qarabağı ağlamağa qoymayaq.

Nəsrəddinəm, vurğunuyam bu elin,
Möhtacıyam tər çiçəyin, tər gülün.
Düşmən ayaqları" Xarı bülbül " ün
Sinəsini dağlamağa qoymayaq,.
Qarabağı ağlamağa qoymayaq.

Həqiqətən də belə istedadlı qələm sahiblərini  cəmiyyətə tanıtmaq  bizim borcumuzdur.
Çünki bəzən istedadlar gözümüzün önündə böyüyür , biz onu hiss etmirik.
Rəhmətlik Cabir Novruz gözəl deyib; " Sağlığında qiymət verin insanlara ".
Mən də hər zaman çalışmışam ki istedadları dünyaya tanıdam.
Belə dəyərli ziyalılar öz dəyərini almalıdırlar.
Nəsrəddin Məhəmmədoğlu Nə qardaşım? başlıqlı şeirini mərhum şairə Solmaz Şirvanlının Aydın Təbrizliyə yazdığı şeirə çavab olaraq yazmışdır;
Mən sənin yaddaşında doğman kimi qalmasam,.
Ruhunu təzələyib qəm- qüssədən almasam .
Arxa, dayağın olub, sənə kölgə salmasam,
Qədrini, qiymətini bilməsəm , nə qsrdaşam? ...
Şair sosial şəbəkədə şeirlərinə bələd olduğu nakam bir qələm sahibinin iztirablarındanı  sanki alışıb yanır.
Bundan əlavə kitabda vətən sevgisi, əsrarəngiz təbiət gözəllikləri və məhəbbət mövzulu şeirlər də ustad qələm sahibinin kövrək duyğularından xəbər verir.
Bu günlərdə Nəsrəddin Məhəmmədoğlunun yaradıcılığı yüksək qiymətlındirilmiş və "Qızıl Qələm" media mükafaıtına layiq görülmüşdür.



Nəsrəddin Məhəmmədoğlunu ürəkdən təbrik edir, yeni- yeni yaradıcılıq uğurları arzulayıram .
Və qələm dostumuza söz verdim ki, tezliklə Türkiyə ilə quru yollarımız açılan kimi  şair dostlarım   Nəsrəddin Məhəmmədoğlu və Aydın Eyvazoğlu  ilə birlikdə  qardaş ölkədə keçirilən şeir festivallarına yenidən qatılarıq.İnşallah.

Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ