ELƏ BİL...
Elə bil yelkınsiz qayığam indi,
Azmışam yolumu əsən küləkdən.
Yenə arzularım alışdı,dindi
Sinəmdə alışıb yanan ürəkdən.
Sənə demədiyim çox sözlərim var,
Ürəkdə köz kimi sızlayır səssiz.
Gözlərimdə bitən bu lal sevdalar,
Kədərdən biçilir,qoymadan bir iz.
Eh, necə yuxu kimi ötüşdü illər,
Ömrü zaman-zaman itirdim,itdi.
Heç doya bilmədim baxışlarından,
Ömrümü həsrətlə bitirdim, getdi.
Ayrılıq nədir ki,hicran nədir ki,
Gül üstə şeh kimi düzülən anlar.
Sənə demədim ki, deyəmmədim ki,
Səninlə hər dərdə dözməyə nə var.
BDU-nun müəllimi
Tarix elmləri üzrə Fəlsəfə Doktoru
Prezident təqaüdçüsü, şair publisist
Foto: Rəsul Rəhimov