Ön söz
" Qarabaga gedən yol" kitabını vərəqləyərkən istedadlı şair, vətənpərvər ziyalı Qızbəs Vəliqızının ürək çırpıntılarını, incə, kövrək duygularını hiss edəcəksiniz.
Tale elə gətirdi ki, Qızbəs xanımın valideynləri ilə Bakıda uzun illər qonşu olmusuq.
1988-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonundan qaçqın düşən yüz minlərlə soydaşlarımızdan biri də Vəli, Əsəd və Əkbər Vəliyev qardaşları olmuşdur.
Vəli kişi müdrik el ağsaqqalı idi.
Mehriban və qayğıkeş bir insan olmaqla yanası,qan yatırdan kişilərdən idi.
Onun nəshətamız söhbətlərinə qulaq asmaqdan yorulmazdıq.
Atam İlyas Allahverdiyevlə də mehriban münasibətləri var idi. Qaçqın, köçkün həyatından danışar və saatlarla dərdləşərdilər.
Övladlarını vətənpərvər ruhda böyütmüş Vəli dayının qardaşı oğlu
Arif Əkbər oğlu Vəliyev 1992-ci ildə ərazi butövlüyümuzü qoruyarkən, düşmənə qarsı mərdliklə vuruşmuş və şəhidlik zirvəsinə ucalmışdır. Hazırda Nərimanov rayonu 258 saylı tam orta məktəb şəhid Arif Vəliyevin adını daşıyır.
Qızbəs Vəliqızı hələ orta məktəbdə oxuyarkən onda ədəbiyyata maraq güclü olsa da , yazdıqları şeirlərini böyük-kiçik yeri bilərək gizli saxlayırdı.
Qızbəs Vəliqızı 1983-cü ildə Həbib Fərhad oğlu ilə ailə həyatı qurmuş və iki oğul övladları dünyaya gəlmişdir.
Həbib Fərhad oğlu Əliyev də 1988-ci ildə Zəngibasar rayondan didərgin düşərək Azərbaycana pənah gətirmiş və Goranboy rayonunun Qaradağlı kəndində məskunlaşmışdılar. Həmin illərdə ermənilər daha da azğınlaşaraq torpaqlarımıza qarşı işğalçılıq siyasətini davam etdirir, vətənpərvər oğullarımız kənd və qəsəbələrində özünü müdafiə dəstələri yaranmağa başladılar.
İlk özünümüdafiə dəstələrinə qoşulanlardan biri də Həbib Fərhad oglu olmusdur.
O, 1989-cu ildə Todan və Şəfəq kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuşdur. Komandir muavini olan Həbib Fərhadoğlu Agdərə rayonunun düşmənlərdən azad olunmasında yaxından iştirak etmiş və dəfələrlə ölümün pəncəsindən xilas olmusdur. 1992-ci ilin iyul ayının 19-da Agdərə rayonunun kəndlərinin müdafiəsində , qanlı döyüşlərin birində düşmənin xeyli canli quvvəsini və hərbi texnikasıni məhf etmişdir. Həmin döyüşlərdə mühasirəyə düşmüş döyüş dostlarını xilas etmis və yenidən döyüşə atılarkən namərd gülləsinə tuş gəlmişdir. Həbib Fərhad oğlu Əliyev Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Qızbəs Vəliqızı iki körpə ogul balalarını çətinliklə də olsa, böyüdərək vətənpərvər ruhda tərbiyyə edib boya-başa çatdırmışdır.
Qızbəs Vəliqızının ilk şeirlər kitabı 2019- cu ildə çap olunmusdur . Şeirlərində vətən həsrəti , yurd nisgili, şəhid ruhu daha qabarıq hiss olunur; Xəyanət qurbanı oldu el-obam ,
Qoyma düşmən vura pəl, vətən oglu!
Düşməni məhv eylə, alaq intiqam,
Qələbə müjdənlə gəl, Vətən oğlu !
İşğalçı erməni quldurlarınin hucumlarının qarşısını alan Şanlı ordumuz
2020 ilin sentyabr ayının 27-də əks hücuma keçdi. İkinci vətən müharibəsidə gecə-gündüz Allaha dua edərək şəhidlərimizin qisasını alan ordumuza qələbə arzulayan şair vətənpərvər ruhlu təsirli şeirlər yazaraq dövrü mətbuatda dərc etdirmiş, sosial səbəkələrdə paylaşmışdır.
" Əsgər ogulları" şeirində ordumuzu qələbəyə səsləyən Qızbəs Vəliqızı yazır;
Yurdun xilaskarı yurdun dayağı,
Qoruyur xalqımı igid sayağı .
Heç qorxmaz, titrəməz əli-ayağı,
Düşməni səngərdə girib boğurlar,
Sizə qurban olum, əsgər balalar.
Üzünü erməni quldurlarına- riyakar, isgalcı, mənfur uzdəniraq qonşularımıza tutan şair qəzəbini gizlədə bilmir;
Yağı düşmən, anla bunu ,
Türk ogluyam, qeyrətim var.
Sizin kimi namərdlərə,
Ömrüm boyu nifrətim var.
Ərdoğandır dayagımız,
Turk uluslu millətin var.
İlham kimi igid, cəsur,
Dünya boyda şöhrətim var.
44 günlük müharibə dövründə gecə - gunduz qələmə sarilan, dinə - imana bagli, kisi qeyrətli Qızbəs Vəliqızı müzəffər ordumuzun qələbəsindən iftixarla yazır;
Ömürdən saymaram ötən günləri,
30il taptaqda qaldı yurdumuz.
Arzu istəklərə catdırir bizi,
Müzəffər ordumuz, Sanlı ordumuz.
Ataları şəhid olmuş övladlara üzunu tutaraq onları ovundurmaga calisan Qizbəs Vəliqizi yazdığı "Şəhid balası" seiri daha guclü səslənir və qəlbimizi goyum - göyüm göynədir;
Nədən saxlamisan urəkdə qəmi,
Gəl sənə oyrədim dözüm, qadası.
Silim yanağından o göz yaşını,
Kövrəlmə, aglama, səhid balası.
Şəhidlər secilər öz qeyrətiylə,
Kimsə yoxmu, ürəyini alası?
Öyün sən atanın sucaətiylə,
Adına layiq ol, səhid balası.
İstəkli qardası oglu Orucun Vətən müharibəsindən qələbəylə sağ- salamat qayıtmasından ən çox sevinən bəlkə də dogma anasından daha çox həyacan keçirən bibisi - incə ruhlu, təmiz qəlbli, qururlu , sair bacımız Qızbəs Vəliqızı olmuşdur.
İstəkli oxucularımız təqdim olunan kitabı oxuyarkən qəlbi kövrək bir şairin saf məhəbbətinin, nakam sevgisinin, ilahi esqin, ata-ana ucalığını vəsf edən bir- birindən fərqli, təkrarsiz seirləri ilə tanis olacaqsınız.
Kitabın redaktoru və ön söz müəllifi olaraq əlyazmalarda yüngül gəzişmələr etməklə sairin seirlərinin dəsti -xəttinə toxunmadım.
Çünki, ürək yanqısıyla yazılmış və könulləri oxşayan şeirlər mən deyərdim ki, pesəkar səviyyədə yazılmış sənət əsərləri səviyyəsindədir.
Bu gün Qızbəs Vəliqızının evində 6 körpə nəvəsi böyüyur.
Bes qız nəvəsindən sonra Allah onlara bir ogul nəvəsi də bəxs etmisdir.Adını da Həbib quyublar.Allah xosbəxt eləsin.
Biz inaniriq ki, korpə Həbib babasının adına layiq övlad olacaq və bütün el- obamız onunla fəxr edəcəkdir.
Qızbəs Vəliqızına yeni- yeni yaradıcılıq ugurlari arzulayır və umid edirik ki,təqdim olunan kitab tələbkar oxucuların da sevincinə səbəb olacaqdır.
Rauf İLYASOGLU ,
"Həkəri" qəzetinin
bas redaktoru,
şair-publisist, "Qızıl qələm" və bir cox media mükafatçısı