Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.
Oktyabrin 16 dan 26- nq qədər bir qrup Qarabağ müharibəsi əlilləri, şəhid ailələri ,Çernobl əlilləri və ümumi xəstəliyə görə əlil olmuş şəxslərlə birlikdə Naxçıvan Darıdağ və Düz dağ pansionatında müalicə olunduq.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ayrı-ayrı dost mərkəzləri tərəfindən , xüsusilə 4 saylı Dost mərkəzi tərəfindən bu sətirlərin müəllifi də daxil olmaqla 50 nəfərdən çox həssas təbəqəli vətəndaşları müalicə olunmaq üçun Bakı aeroportundan təyyarə ilə Naxçıvana yola saldılar.
Duz Dağ otelində biz əlillər üçün hər cür şərait yaradılmışdı.
Mualicə olunduqdan sonra şəhərin görməli yerlərini gəzmək üçün turlar təşkil olunmuşdu.
Hər tərəf yaşıllığa , gül- çiçəyə qərq olunmuşdu.
Naxçıvan həqiqətən də çox təmiz və səliqəli şəhərdir.
Günün birinci yarısında mualicəmiz basa çatdıqdan sonra turlar təşkil olunurdu.
Düz Dağ muzeyini, Möminə Xatun məqbərəsini, Xan sarayını , Batabat yaylağnı,Zor bulağı, Asabi Kəff ocağını da ziyarət etdik.
Naxçıvan Duz Muzeyi maraqlı eksponatlarla zəngin idi.
Muzeyin direktoru Camal Babayev bizə ətraflı məlumat verərək demişdir;
Naxçıvan Duz Muzeyi Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun 12 sentyabr 2017- ci il tarixli Sərəncamına əsasən yaradılmışdır.
Muzeyin yaradilmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi- mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası qədim tarixə və mədəniyyətə malikdir.
Tarixdə ilk dəfə yunan alimi Klavdi Ptolomey bizim eranin ikinci əsrində Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırlatmışdır.
Sonrakı dövrlərdə dünyanın fərqli ölkələrindən buraya səfər etmiş səyyah və coğrafiyaşunasların
əsərlərində də Naxçıvanın Nuh peyğəmbərlə bağlılığı diqqətə çatdırılmışdır.
Rus tədqiqatçısı Konstantin Nikitin 1882- çi ildə Tiflisdə nəşr olunmuş " Naxçıvan mahalı və Naxçıvan şəhəri " adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan olması və şəhər əhalisinə duz çıxarmaği öyrətməsi barədə məlumatlar verərək yazmışdır:"Tutandan sonra Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldi.O, öz ailəsi ilə birlikdə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Śəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir".
Beş min illik tarixə malik Naxçıvanda şəhər mədəniyyətinin əsasını duzçıxarma və duz mədənçiliyi təşkil edib.Arxeoloji qazıntılar zamanı burada müxtəlif dövrlərə aid daş alətlərlə yanaşı, Eneolit və ilk Tunc dövrlərinə aid keramika məmulatları aşkar olunmuşdur.
Muzeydə nümayiş olunan daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları , saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, digər eksponatlar Naxçıvan Duzdagının qədim tarixini və mədəni potensialını özündə əks etdirir.
Naxçıvan duzla bağlı inam və adətlərlə zəngindir.Muzeydə nümayiş olunan lövhədə duzla bağlı şifahi xalq ədəbiyyatı nümunələri əks olunmuşdur.
Birinci vitrində nümayiş olunan daş əmək alətləri 4- 3 minilliklərə aiddir.
Bu alətlər Duzdağ mədənində duz süxurlarının parçalanması , duzun döyülərək narın hala salınması üçün istifadə olunmuşdur.
Daş duzdan hazırlanmış əl işləri muzeyin maraqlı eksponantlarındandır. Bu guşədə Azərbaycan Respublikasının dövlət bayrağının duzdan hazirlanmış maketi yer almaqdadır.
İkinci vitrində nümayiş olunan e.ə 4-3 minilliklərə aid daş əmək alətləri də böyük daş süxurlarının parçalanaraq kiçik hissələrə bölünməsi üçün nəzərdə tutulmuşdur.
Üçüncü vitrində nümayiş olunan e.ə 4- 2 minilliklərə aid daş çəkiclər Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrdən formalaşdığıni göstərir.
Muzeydə nümayiş olunan saxsı qablarınin tarixi e.ə 2-1 minillikləri əhatə edir.Birada daşdan və gildən, keramika və misdən hazırlanmış duz qabları, duz saxlamaq üçün istifadə olunan gil küplər də dəyərli eksponantlar sırasındadır. Duzdan hazırlanmış və üzərində " Məhəmməd və Əli " sözləri yazılmış Quran-i Kərim duza verilən böyük dəyərin ifadədir.
" Uluslararası qaynaqlarda Naxcıvan', " Nuh peyğəmbər : dünya Tufanı və Naxçıvan ", " Naxçıvan : ilk yaşayış və şəhərsalma yeri kimi" , " Naxçıvan: ilkin şəhər və Duzdağ" mövzularında keçirilən beynəlxalq elmi simpozium və konfranslarda Naxçıvanda Duzdağ mədəniyyəti bir daha elmi əsaslarla öz təstiqini tapmış, xarici mütəxəssislərin də iştirakı ilə Naxçıvan Duzdağı haqqinda
elmi materiallar toplanmış , kitablar nəşr olunmuşdur.Növbəti guşədə Duzdağ haqqında yazılmış həmin kitablar və məqalələr nümayiş olunur.İlkin yaşayış və şəhər mədəniyyətinin yaranıb inkişaf etdiyi yer kimi Naxçıvan tarixinin öyrənilməsi,tədqiq və təbliğ olunması məqsədi ilə" Naxçıvan : ilkin şəhər və Duzdağ" mövzusunda beynəlxalq simpozium keçirilmiş, ":Duzdağ " sənədlər toplusu və Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi" məqalələr toplusu nəşr etdirilmiş, ": Naxçıvan ilkin şəhər yeri" mövzusunda sənədli film hazırlanmışdır.
Muzeydə nümayiş olunan dəyərli eksponantlar sırasında narın duzun saxlanimılmasinda və daşınmasında istifadə olunan duz torbaları da yer alır.Bu torbalər əsasən ötən əsrin əvvəllərinə aid olub, Azərbaycanda, xüsusən muxtar respublikamızda toxuculuğun inkişafından xəbər verir.Hər iki vitrində nümayiş olunan duz torbalarinın üzərində müxtəlif həndəsi və nəbati naxışlar əks olunmuşdur. Növbəti guşədə Duzdag ərazisindən tapılmış duz kristalları, karşıt
(qarğaduzu) və duz süxurları nümayiş olunmaqdadır.
Naxçıvan 2018- ci il İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.Bununla bağlı duzdan hazırlanmış loqotip Naxçıvanın özünəməxsus simvollarını özündə əks etdirir.
Muzeyin mərkəzi hissəsində yerləşən vitrinlərdə isə daş əmək alətləri e.ə 4-2 minilliklərə aid həvəngdəstə, e.ə 3-2 minilliklərə aid daş gürz, e.ə 3 minilliklərə aid daş çəkiclər sərgilənməkdədir.
Növbəti guşədə Naxçıvan şəhəri, Nuh peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və düz yataqları haqqında dərc olunmuş məqalələr nümayiş olunur.
Duzdagda və Naxçıvan şəhər mədəniyyəti ilə bağlılığı nəzərə alınaraq muzeyin mərkəzində Nuh peyğəmbərin heykəli ucaldılmışdır.
Naxçıvan Duz Muzeyinin yaradılması xalqımızın tarixinə, mədəniyyətinə milli - mədəni dəyərlərinə göstərilən böyük qayğının ifadəsidir.
Ekskursiyamızi dahi şəxsiyyət Heydər Əliyevin müdrik fikirləri ilə yekunlaşdırırıq;
" Azərbaycanın siyasi , iqtisadi , mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir".
Rauf İLYASOGLU
“XeberTıme.az”