SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi keçirilib

Tarix:25-11-2022, 23:12

Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd olunub.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək muzeyin yaranma tarixindən, həmçinin muzeyin kolleksiyasına yeni daxil olan eksponatlar – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid sırğalar barədə məlumat verib: “Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”.
Şirin xanım muzeyin öz hesabına “Bonhams” hərrac evindən alınan qızıl sırğaların isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlandığını diqqətə çatdırıb. O, öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaların varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxardıqlarını bildirib. “Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı. Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, - deyə muzeyin direktoru bildirib.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey kollektivini yubiley münasibətilə təbrik edib. O, 17 noyabr tarixinin Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gün, həmçinin görkəmli alim, xalçaçı rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun doğum günü olduğunu vurğulayıb: “Məlumdur ki, xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələrindəndir və ən qiymətli maddi-mədəni sərvətidir. Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur və sorağı dünyanın ən məşhur muzeylərindən gəlir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qurunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Xüsusi qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizə qayğısı və diqqəti nəticəsində xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi, şəhərimizin simvoluna çevrilmiş unikal binasının tikilməsi, Heydər Əliyef Fondunun dəstəyi ilə dünya miqyaslı nadir xalçalarımızın tarixi yurduna qaytarılaraq muzeyə bağışlanması böyük əhəmiyyətə malik nailiyyətlərdir”. 
Nazir müavini 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən Qubanın “Uqah” və Qarabağın məşhur xalça kompozisiyalarından olan “Çələbi” xalçasının İtaliyanın məşhur Sartirana tekstil sərgi yarmarkasından alınaraq vətənimizə qaytarıldığını, muzeyə və Şuşa filialına hədiyyə edildiyini də diqqətə çatdırıb.   
Azərbaycanda xalçaçılıq ənənələrinin bərpası, qorunması və inkişafını həm sənət, həm də iqtisadi baxımdan əhatə edən  “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın xalça sənətinin gələcək inkişafını təmin edən vacib tədbirlərdən olduğunu vurğulayıb. 
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva muzeyin direktoru başda olmaqla bütün muzey əməkdaşlarını, tədbir təşkilatçılarını və xalça sənətinə aid olan və bu sənəti sevən hər kəsitəbrik edərək, belə tədbirlərin önəmini diqqətə çatdırıb: “Bu çox gözəl bir gündür, çünki Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyini qeyd edirik. Xalçaçılıq sənəti çox önəmli bir sənətdir. Bu sənətdə bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz, düşüncəmiz və fikrimiz əksini tapıb. Bu mənada xalçaçılıq sənətinin inkişafı hamımız üçün çox önəmli bir məsələdir. Etiraf etməliyik ki, bizim xalçaçılıq sənətinin dünyaya daha geniş şəkildə tanıdılması müstəqil dövlətçiliyimizin yenidən bərpası ilə bağlıdır".
“Pasha Holding”in şöbə müdiri Nazim Səfərov da yubiley münasibətilə muzey əməkdaşlarını, bütün xalçaçıları təbrik edib və xoş arzular diləyib.
Sonra muzeyin kolleksiyasına yeni daxil olan eksponatların - XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olub. Eyni zamanda, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və muzeyin digər əməkdaşlarına Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim edilib.



17 ноября состоялось мероприятие по случаю 55-летия создания Азербайджанского национального музея ковра – первого музея ковра в мире. В этот же день прошла презентация экспонатов, недавно поступивших в музейную коллекцию: это художественная вышивка начала XVIII века и две пары серег второй половины XIX века.
Структура, цветовая гармония и другие особенности композиции образца художественной вышивки, относящейся к Карабаху и приобретенной при финансовой поддержке «Pasha Holding», отражают все основные черты, отличающие азербайджанскую вышивку. Образцы вышивки XVI века с подобным композиционным построением выполнялись в мастерских сефевидского дворца и считались ценнейшими произведениями декоративно-прикладного искусства того времени. Принимая во внимание большой спрос на эти вышивки в XVII–XVIII веках, в мастерских многих городов, таких как Барда, Нахчыван, Шамаха, создавались новые образцы с их использованием.
Золотые серьги, приобретенные музеем на собственные средства у аукционного дома Bonhams, изготовлены в Тебризе в технике эмали и штамповки. Такие многоярусные серьги, весьма популярные в свое время, состоящие из отдельных самостоятельных элементов, были частью наряда богатых модниц, которые демонстративно выставляли их из-под головного покрывала. Во время ходьбы при этом раздавался тонкий звон подвесок сережек, который, по древнему поверью, отгонял злые силы.
Мероприятие прошло в день включения азербайджанского коврового искусства в Репрезентативный список нематериального культурного наследия ЮНЕСКО, а также в день рождения выдающегося ученого, художника по ковру, основателя Музея ковра Лятифа Керимова.
Следует отметить, что Азербайджанский национальный музей ковра за последние годы добился больших успехов в сохранении и популяризации образцов национального наследия и пополнении своих коллекций. Представленные редкие образцы искусства показывают, что музей успешно продолжил свою деятельность в этом направлении и в 2022 году.

“XeberTıme.az”
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ