SON DƏQİQƏ

Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb- FOTO

Tarix:25-12-2022, 02:50

Dekabrın 22-də Rumıniyanın Sibiu şəhərində Brukenthal Milli Muzeyinə daxil olan Müasir İncəsənət Muzeyində “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərginin açılış mərasimi keçirilib.
Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid Azərbaycanın müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da yer alır. Əjdaha təsviri türk xalqlarının incəsənətində çox geniş yayılmışdır. Qədim inanclara görə əjdaha ailənin qoruyucusu sayılırdı. Xalçalarda o, əsasən həyat ağacının simvolu olan palmettanın qoruyucusu qismində çıxış edir. Sərgidə həmçinin görmə qabiliyyəti məhdud şəxslər üçün muzeyin Ənənəvi texnologiya şöbəsində müxtəlif texnikaların tətbiqi ilə toxunmuş kiçik ölçülü xalçalar təqdim edilir.
Tədbirdə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare çıxış edərək Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açıb. Rumıniyanın qardaş ölkə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu deyib. Bir neçə gün öncə Prezident İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində imzalanan sazişin əhəmiyyətini vurğulayan səfir ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı işinə mühüm töhfə verdiyini qeyd edib. Vasili Soare yeni açılan sərgini daha çox neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib. O, ölkəmizdə səfir kimi fəaliyyətə başladıqdan sonra ilk layihəni Azərbaycan Milli Xalça Muzeyi ilə reallaşdırdıqlarını da xüsusi diqqətə çatdırıb.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova belə bir sərginin açılmasından böyük məmnunluq duyduğunu bildirib. O, Brukenthal Milli Muzeyinin kolleksiyasında XVI-XVII əsrlərə aid çox dəyərli, nadir xalça nümunələrinin qorunub saxlanıldığı diqqətə çatdırıb. Bu muzeylə qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini deyib.
Şirin xanım sərgini ziyarət edənlərin Azərbaycan xalçaçılıq sənəti, onun xalqın həyat və məişətindəki önəmli rolu, xalçatoxuma texnikaları, eləcə də qədim tarixə malik ornamentlərin semantikası barədə məlumat alacaqlarını da bildirib.
Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərginin önəmini vurğulamaqla yanaşı, Rumıniyada heç bir muzeydə fiziki məhdudiyyətli insanlar üçün xüsusi imkanların olmadığını təəssüflə qeyd edib: “Bu sərgidə məhz görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsi, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olması bizim üçün çox gözəl təcrübə oldu. Yaxın gələcəkdə biz də öz fəaliyyətimizdə bu istiqamətə xüsusi diqqət ayıracağıq”.
Açılış mərasimində Azərbaycanın Rumıniyadakı səfirliyinin ikinci katibi Təbriz Qarayev, Brukhental İncəsənət Muzeyinin müdiri Alexandru Sonoc çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən, ikitərəfli mədəni əlaqələrin inkişafında, xalqlar arasında yaxınlığın yaranmasında müstəsna rolundan danışıblar.
Sonra Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa tərəfindən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom təqdim olunub. Şirin Məlikova Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçasını Brukenthal Milli Muzeyinə hədiyyə edib.
Daha sonra qonaqlar sərgiyə tamaşa ediblər. Çoxsaylı qonaqlar arasında muzey mütəxəssisləri və rəhbərləri, incəsənət və mədəniyyət nümayəndələri ilə yanaşı Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin üzvləri də olub. Onlar sərgiyə xüsusi maraq göstəriblər.
Ziyarətçilər üçün xalça toxuma üzrə ustad dərsi də keçirilib.
Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə baş tutan sərgi 31 yanvar 2023-cü il tarixinədək davam edəcək.


EXHIBITION AZERBAIJANI CARPETS: LEARNING THROUGH ART IN ROMANIA

On December 22, the Museum of Contemporary Art in Romania, Sibiu, a part of the renowned Brukenthal National Museum hosted the opening ceremony of the exhibition Azerbaijani Carpets: Learning Through Art. The exhibition dedicated to the 30th anniversary of the establishment of diplomatic relations between Azerbaijan and Romania and the Azerbaijan National Carpet Museum's 55th anniversary presents fifteen late 19th – early 20th-century flat-woven and pile carpets from the museum's collection representing different regions of Azerbaijan. Gasimushagi, Malibeyli, and flat-woven varni carpets of Karabakh – the late samples of renowned Ajdahali (Dragon) carpets of the Safavid period, and the Shamakhi carpet of Shirvan are on display. The dragon image is widespread in the Turkic peoples' art.  According to ancient beliefs, the dragon is the protector of the family. It appears mainly as the defender of the palmette, the symbol of the tree of life on carpets. The exhibition includes small tactile carpets woven in different techniques by the Azerbaijan National Carpet Museum’s Traditional Technologies Department for individuals with visual disabilities.
Vasile Soare, Ambassador Extraordinary and Plenipotentiary of Romania to Azerbaijan delivered a speech at the event. He spoke about the history and current development of the relationship between Azerbaijan and Romania. Mr. Soare noted that Romania was one of the first countries to recognize Azerbaijan’s independence. He emphasized the significance of the agreement signed during the visit of President Ilham Aliyev to Romania, and Azerbaijan’s significant contribution to the energy security of Europe. Mr. Soare considered this exhibition an important event in the promotion of cultural heritage of Azerbaijan, known primarily as an oil-rich country. Mr. Soare added that this exhibition is the first project since his assignment as a Romanian ambassador in Azerbaijan.
Dr. Shirin Melikova, Director of Azerbaijan National Carpet Museum emphasized that the Brukenthal National Museum collection houses precious and rare carpets of the 16th-17th centuries. The ANCM will continue cooperation with this museum in the future. S. Melikova also told that the exhibition visitors can get information on Azerbaijani carpet-weaving art, its important role in the nation’s lifestyle, carpet-weaving techniques, as well as the semantics of ancient ornaments.
Alexandru Constantin Chituță, interim director of the Brukenthal National Museum underlined the exhibition’s significance and noted with great regret that museums in Romania has not special conditions for people with disabilities, “Presentation of the carpets woven specially for the people with visual disabilities and followed with explanations in Braille is an outstanding experience for us. We’re going to focus on this issue shortly”.
Tabriz Garayev, Second Secretary of the Embassy of Azerbaijan in Romania, and Alexandru Sonoc, Head of the Art Galleries at the Brukenthal National Museum spoke about the significance of this event and the importance of the development of mutual cultural ties between the nations.
Later, Alexandru Constantin Chituță presented Shirin Melikova and Vasile Soare a medal and diploma established on the occasion of the 300th anniversary of Samuel Freiherr von Brukenthal, the founder of the Brukenthal National Museum. S. Melikova presented to the Brukenthal National Museum Zeyva carpet woven at the ANCM’s Traditional Technologies Department.
After, the guests viewed the exhibition. Museum directors, specialists, people of art and culture, and the members of the Romanian Association of the Blind visited the exhibition and showed great interest.
The event includes master classes on carpet weaving.
The project organized by the Azerbaijan National Carpet Museum, the Brukenthal National Museum, and the Embassy of Romania in Baku with the support of the Ministry of Culture of the Republic of Azerbaijan and the Sibiu Branch of the Romanian Association of the Blind runs until January 31, 2023.


В Румынии открылась выставка
«Азербайджанские ковры: обучение через искусство»


22 декабря в румынском городе Сибиу, в Музее современного искусства (входит в состав Национального музея Брукенталя), состоялась церемония открытия выставки «Азербайджанские ковры: обучение через искусство». Выставка посвящена 30-летию дипломатических отношений между Азербайджаном и Румынией и 55-летию Азербайджанского национального музея ковра (АНМК).
На вернисаже представлены 15 безворсовых и ворсовых ковров конца XIX – начала ХХ века из коллекции АНМК, представляющие разные регионы ковроткачества Азербайджана. Среди экспонатов особый интерес представляют более поздние образцы всемирно известных карабахских «драконовых» ковров эпохи Сефевидов – это ворсовые ковры «Гасымушагы», «Малыбейли» и безворсовый – верни, а также ширванский ковер «Шамахы». Образ дракона очень распространен в искусстве тюркских народов. Согласно древним поверьям, дракон считался хранителем семьи. В коврах он в основном выступает в роли защитника пальметты – символа древа жизни.
На выставке также представлены фрагменты ковров для тактильного изучения (для слабовидящих), сотканные в различных техниках сотрудниками отдела традиционных технологий АНМК.
Посол Румынии в Азербайджане Василе Соаре рассказал об истории и современном развитии двусторонних отношений между Азербайджаном и Румынией, напомнив, что Румыния была одной из первых стран, признавших независимость Азербайджана. Подчеркнув важность соглашения, подписанного в рамках делового визита Президента Азербайджанской Республики Ильхама Алиева в Румынию несколько дней назад, посол отметил, что Азербайджан внес важный вклад в обеспечение энергетической безопасности Европы. Василе Соаре оценил открывшуюся выставку как важное событие с точки зрения популяризации богатого культурного наследия Азербайджана, известного прежде всего как нефтяная страна. Он подчеркнул, что первым мероприятием посольства Румынии в сфере культуры, начиная с момента его назначения послом, тоже был совместный проект с АНМК.
В своем выступлении директор АНМК Ширин Меликова отметила, что сотрудничество между АНМК и Национальным музеем Брукенталя, в коллекции которого хранятся очень ценные и редкие ковры XVI-XVII веков, будет продолжено. Она рассказала, что посетители выставки узнают об искусстве азербайджанского ковроткачества, его неотъемлемой роли в жизни и быту народа, техниках ковроткачества, а также семантике орнаментов, имеющих древнюю историю.
Временно исполняющий обязанности директора Национального музея Брукенталя Александру Константин Китуца, отметив важность выставки, подчеркнул, что ни в одном музее Румынии пока нет особых условий для людей с ограниченными возможностями: «Экспонирование на выставке ковров для тактильного восприятия, рассчитанных на людей с ограниченным зрением, размещение этикетажа шрифтом Брайля – все это стало для нас интересным опытом. В ближайшее время мы уделим особое внимание этому направлению в нашей деятельности».
На церемонии открытия также выступили второй секретарь посольства Азербайджана в Румынии Тебриз Гараев и руководитель Музея искусства Брукенталя Александру Сонодж. Они отметили важность подобных проектов, исключительность их роли в развитии двусторонних культурных связей между народами Азербайджана и Румынии.
Исполняющий обязанности директора Национального музея Брукенталя Александру Константин Китуца вручил Ширин Меликовой и Василе Соаре медали и дипломы по случаю 300-летия со дня рождения барона Самуэля фон Брукенталя, основателя Национального музея Брукенталя. Ширин Меликова подарила Национальному музею Брукенталя ковер «Зейвя», сотканный в отделе традиционных технологий АНМК.
Среди многочисленных гостей мероприятия были представители музеев, деятели искусства, а также проявившие особый интерес к выставке члены общества слабовидящих Румынии.
В рамках выставки для посетителей был проведен мастер-класс по ковроткачеству.
Выставка, организованная АНМК, Национальным музеем Брукенталя, Посольством Румынии в Азербайджане, Министерством культуры Азербайджанской Республики и Сибиуским отделением Румынского общества слабовидящих, продлится до 31 января 2023 г.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ