Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində bir sıra tədbirlər keçirildi.Gün ərzində “Açıq qapı” aksiyası ilə əlaqədar muzeyi 4981 nəfər tamaşaçı ziyarət etdi, nəfər üçün Azərbaycan dilində ödənişsiz ekskursiyalar təşkil olundu.
Bununla yanaşı, muzeydə dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi açıldı. Sərgidə Xalq rəssamlarından Lətif Kərimovun “Füzuli” (1973), “Şəbi-hicran” (1976), Eldar Mikayılzadənin “Şəbi-hicran” (1983), “Leyli və Məcnun” (2013), Aydın Rəcəbovun “Füzuli dünyası”, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Mücirinin “Füzuli” (1975), rəssam Gülmurad Bəbirovun “Füzuli” (1987) xalçaları nümayiş etdirilir. Ekspozisiyada Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” (1958) xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara çəkdiyi bədii tərtibatlardan elementlər yer alır. Dahi mütəfəkkirin zəngin irsinin təcəssümü olan bu sənət nümunələri Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasındandır. Sərgi mayın 30-dək davam edəcək.
Muzeyin balaca dostları üçün isə Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Leyli və Məcnun” kölgə teatr tamaşasının premyerası, eyni zamanda ustad dərsləri keçirildi.
В Азербайджанском национальном музее ковра отмечен Международный день музеев
18 мая в Азербайджанском национальном музее ковра (АНМК) состоялась серия мероприятий по случаю Международного дня музеев.
С связи с «Днем открытых дверей» музей посетили 4981 посетитель, были проведены бесплатные экскурсии на азербайджанском языке.
Также, в этот день, в музее состоялось открытие выставки «Неповторимая любовь в искусстве», посвященная 530-летнему юбилею гениального поэта Мухаммеда Физули, где были представлены экспонаты из коллекции АНМК. Это ковры «Физули» (1973) и «Шаби-хиджран» (1976) Народного художника Лятифа Керимова, ковры «Шаби-хиджран» (1983) и «Лейли и Меджнун» (2013) Народного художника Эльдара Микаилзаде, ковер «Мир Физули» Народного художника Айдына Раджабова, ковер «Физули» (1975) художника Джафара Муджири и ковер «Физули» (1987) художника Гюльмурада Бабирова. Экспозиция включает эскиз ковра «Физули» Народного художника Кямиля Алиева, декоративное панно Рафига Гамбарова «Физули», а также элементы художественных оформлений, созданные Л. Керимовым для книг, посвященных Физули. Выставка продлится до 30 мая.
В этот же день состоялась премьера спектакля театра теней «Лейли и Меджнун», подготовленного детским отделом АНМК и организованы мастер-классы.
The Azerbaijan National Carpet Museum held the International Museum Day
On May 18 the Azerbaijan National Carpet Museum held series of events on the occasion of the International Museum Day and hosted 4981 visitors. Guided tours in Azerbaijani language were offered on the open day.
On May 18 the exhibition Distinctive Love in Art dedicated to the genius poet Muhammad Fuzuli was also opened. The exhibition displays the following works from the ANCM collection: carpets Fuzuli (1973) and Shabi-Hijran (1976) by Latif Karimov, carpets Shabi-Hijran (1983) and Layla and Majnun (2013) by Eldar Mikayilzada, carpet World of Fuzuli by Aydin Rajabov, carpet Fuzuli (1975) by PhD in Art Jafar Mujiri and carpet Fuzuli (1987) by the artist Gulmurad Babirov. The exposition features the sketch of the carpet Fuzuli (1958) by the People’s Artist Kamil Aliyev, decorative panel Fuzuli by Rafig Gambarov, furthermore, elements from the artistic designs created by Latif Karimov for the books dedicated to Fuzuli will be exhibited for the first time. These artworks reflecting the rich heritage of the genius philosopher are held at the ANCM collection. The exhibition will be on until May 30.
The Children’s Department of the ANCM premiered the shadow play Layla and Majnun and organised master-classes.
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay