SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb-FOTOLAR

Tarix:7-01-2025, 12:51

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb
Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb.
Açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Amir Textiles and Rugs” (Oskouei MMC) rəhbəri Əmir Oskouei çıxış edərək sərginin tarixi mədəni irsimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. 
Tədbirin bədii hissəsində Rəvan Qaçayev və Zeynəb Nəcəfovanın ifasında xalq və bəstəkar mahnıları dinlənilib. Onları tarda Nihad Qədirli, kamançada Toğrul Qasımov müşayiət edib. Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri tərəfindən “Uzundərə”, “Şalaxo”, “Qaytağı” rəqsləri ifa olunub.
 “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş etdirilir. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alır.
Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.
XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı. 
Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu bu əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə bu gün də böyük maraq göstərilir. Bunu nəzərə alaraq, təşkil olunan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisində yer alan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində ətraflı məlumat əldə etmək mümkündür.
Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da göstərilib. Burada XVI-XVII əsrlərə aid Səfəvi dövrü saray xalçalarının yaradılması prosesi müasir texnologiya və tarixi sənətkarlığın vəhdətində təqdim edilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles and Rugs” (Oskouei MMC) təşkilatçılığı, bp Azərbaycanın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası, “Silk Way West Airlines” və Terra Leone Azərbaycan şirkətinin dəstəyi ilə baş tutub.
Diqqətə çatdıraq ki, Azərbaycanın uzunmüddətli və etibarlı enerji tərəfdaşı olan bp Azərbaycan neft-qaz sektorunda uğurlu fəaliyyəti ilə yanaşı, sosial, təhsil, mədəniyyət və digər sahələrdə də mühüm layihələr həyata keçirib. Ölkəmizin zəngin mədəni irsinin, o cümlədən ecazkar sənət nümunələri olan qurama və kəlağayı sənətinin təbliği işində yaxından iştirak edib. Bu layihə də bp-nin nadir incəsənət xəzinələrinin təbliği və tədqiqinə verdiyi davamlı dəstəyin bir hissəsidir.
“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi 2025-ci il mayın 10-dək davam edəcək.

В Азербайджанском национальном музее ковра открылась выставка «Великолепие азербайджанского ковра. Сокровищница периода Сефевидов»

24 декабря в 19:00 в Азербайджанском национальном музее ковра открылась выставка «Великолепие азербайджанского ковра. Сокровищница периода Сефевидов».
Директор Азербайджанского национального музея ковра Амина Меликова, заместитель министра культура Саадат Юсифова, Вице-президент «bp Azerbaijan» по коммуникациям и международным отношениям Каспийского региона Бахтияр Асланбейли и руководитель «Amir Textiles and Rugs LLC» Амир Оскоуэ выступили на мероприятии, подчеркнув важность выставки в плане пропаганды азербайджанского исторического культурного наследия.
Художественная часть мероприятия включала народные песни в исполнении Равана Гачаева и Зейнаб Наджафовой, в сопровождении тариста Нихада Гадирли и каманчиста Тогрула Гасымова. Танцоры Азербайджанского государственного ансамбля танца исполнили «Узундере», «Шалахо» и «Гайтагы».
На выставке представлено 14 ковров и образцов художественной вышивки XVII-XVIII вв. из коллекции гражданина США Амира Оскоуэ. Особое место занимают дворцовые ковры, созданные на основе всемирно известных композиций «Афшан», «Годжа» и «Хатаи» («драконовые»).
Период Сефевидов в Азербайджане ознаменовался кроме всего прочего, расширением производства этих элегантных ковров, ковровое искусство переживало расцвет. Увеличились размеры ковров, производимых в Ширване, Карабахе, Баку и Губе. Создаваемые народными мастерами ковры украшались элементами «ислими», «хатаи», «булуд», «аждаха», «симург», «древо жизни» и прочими частично измененными изображениями, используемыми в оформлении табризских ковров.
В Сефевидских дворцовых мастерских XVI в. наряду с коврами создавались также образцы декоративно-прикладного искусства – художественная вышивка. На их основе во многих производственных центрах Азербайджана были созданы красивейшие образцы вышивок.
Азербайджанские ковры неизменно высоко ценились благодаря качеству и художественным особенностям. Обладающие высоким вкусом западные дворяне на протяжении веков коллекционировали азербайджанские ковры, украшали ими дворцы, особняки и религиозные памятники. Образцы азербайджанского декоративно-прикладного искусства, хранящиеся в мировых музеях и частных коллекциях и сегодня пользуются большим вниманием. Учитывая это, посетители выставки могут получить подробную информацию о редких экспонатах посредством сенсорных дисплеев на азербайджанском и английском языках.
Также, на выставке был представлен созданный ИИ видеролик о дворцовых коврах, изображенных на табризских миниатюрах. Видеоролик демонстрирует процесс создания дворцовых ковров XVI-XVII вв. периода Сефевидов как гармонию современных технологий и исторического мастерства.
Выставка организована совместно Министерством культуры Азербайджанской Республики, Азербайджанским национальным музеем ковра, ООО «Amir Textiles and Rugs» при поддержке Американо-азербайджанской торговой палаты, авиакомпании «Silk Way West Airlines», «Terra Leone» и спонсируется «BP Azerbaijan».
Компания «bp» – давний и надежный энергетический партнер Азербайджана, претворила в жизнь множество важных проектов в социальной, образовательной, культурной и др. сферах, наряду с успешной деятельностью в нефтегазовом секторе. Компания активно участвовала в пропаганде азербайджанского культурного наследия, включая «гураму» (лоскутное шитье) и «келагаи» (национальный женский головной убор). Этот проект – продолжение поддержки в пропаганде и изучении редких сокровищниц искусства.
Выставка продлится до 10 мая 2025 года.


The Exhibition Azerbaijani Carpet Splendour. Safavid Treasures is Now Open at the Azerbaijan National Carpet Museum 

On December 24, the Azerbaijan National Carpet Museum held an opening of the Azerbaijani Carpet Splendour. Safavid Treasures exhibition.
Amina Melikova, director of the Azerbaijan National Carpet Museum, Saadat Yusifova, Deputy Minister of Culture, Bakhtiyar Aslanbayli, Vice President for the  Caspian region, Communications and External Affairs, bp and Amir Oskouei, Head of Amir Textiles and Rugs LLC delivered speeches and underlined the significance of the exhibition in terms of promotion of historical Azerbaijani cultural heritage.
The artistic part of the event featured songs performed by Ravan Gachayev and Zeynab Najafova, accompanied by tar player Nihad Gadirli and kamancha player Toghrul Gasimov. Azerbaijan State Dance Ensemble performed Uzundere, Shalakho and Gaytaghi dances.
The exhibition displays 14 unique carpets and artistic embroidery samples of the 17th-18th centuries from the private collection of the USA citizen Amir Oskouei. The worldwide known palace carpets based on Afshan, Goja and Khatai (Dragon) compositions occupy a special place.
The carpet art experienced its heyday during the reign of the Safavids, when production of these elegant carpets of unique artistic design was extended in Azerbaijan. At that period, the carpets made in Shirvan, Karabakh, Baku and Guba carpet centres increased in size. Carpet samples were decorated with partially redesigned images and elements of the Tabriz carpets such as islimi, khatai, bulud, ajdaha, simurgh and tree of life.
Along with carpets, the 16th-century palace workshops of the Safavids also produced artistic embroidery, highly appreciated decorative and applied art samples of the time. During the 17th-18th centuries, many weaving centres of Azerbaijan created embroidery samples inspired by the ones made at the palace workshops.
The unique Azerbaijani carpets were always highly appreciated around the globe in virtue of their quality and artistic features. Noblemen of the West with aristocratic taste collected Azerbaijani carpets and decorated palaces, mansions and religious monuments with them. The Azerbaijani decorative and applied art samples preserved at the world museums and private collections attract great attention to this very day. Taking this into account, the visitors can obtain detailed information in Azerbaijani and English about the rare exhibits presented at the exhibition via touchscreen displays.
The exhibition also includes a video created by the AI about the palace carpets, depicted on Tabriz miniatures. The video presents creation process of the 16th-17th-centuries palace carpets of the Safavid period as harmony between modern technologies and historical craftsmanship.
The exhibition is organised jointly by the Ministry of Culture of the Republic of Azerbaijan, the Azerbaijan National Carpet Museum, Amir Textiles and Rugs (Oskouei LLC), sponsored by BP Azerbaijan and supported by the United States – Azerbaijan Chamber of Commerce, Silk Way West Airlines and Terra Leone.
bp, the longtime and reliable partner of Azerbaijan in the field of energy have implemented a number of significant social, educative and cultural projects along with its successful activity in the oil and gas sector. bp took an active part in promotion of Azerbaijani cultural heritage, including gurama (patchwork) and kelaghayi (women’s national headdress). This project is the continuation of bp’s support to promotion and research of rare art treasures.
The exhibition is on until May 10, 2025.

Xebertime.az 
Müxbir: Aygün Oqtay 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ