Xəyal Əlif oğlu Fərəcov 20 iyun 1996- ci ilin iyun ayinin 20 də Cəlilabad rayonunun Qamışlı göl kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2014 - cu ilin oktyabr ayında Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılmışdir.2016 - cı ildə hərbi xidmətini başa vurmaq haqqında əmr gəlsə də, müharibə başladı, Aprel döyüşlərinə qatılan Xəyal əsgər yoldaşları ilə birlikdə döyüş tapşırıqlarını şərəflə yerinə yetirdilər. O, 2016- cı ilin Aprelin 4 - dən 9- na qədər Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişdir.Hərbi xidmətdən tərxis olunduqdan sonra Xəyalin səhhətində problem yaranmış və əməliyyat olunmuşdur.
Valideyn himayəsində yaşayan Xəyal ailəlidir,bir övladı da var. Lakin nə qədər əlaqədar təşkilatlara müraciət etsə də nə veteran vəsiqəsini ala bilir, nə də sürücülük vəsiqəsi olsa da belə, bir iş tapa bilmir ki, ailəsini dolandırsın.
Cəlilabad rayon Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərləri evlərdən bir bir tək o kadrları da belə məcburi hərbi xidmətə göndərirlər, heç olmasa ordudan qayıdan vətəndaşların hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, heç olmasa əngəllər torətməsinlər.
Müdafiə Nazirliyindən isə veteran vəsiqəsi almaq üçün ordudan tərxis olunmuş vətəndaş nə qədər sənəd toplamalıdır? Ayda 80 manat almaq üçün veteran vəsiqəsini verməkdə Müdafiə Nazirliyi niyə xəsislik edir.
Keçmiş sovetlər birliyində evin tək oğul övladlarına güzəşt olunduğu halda, müstəqillik qazandığımız bir dövrdə evin tək övladlarını ən qaynar nöqtələrə göndərərək düşmən gülləsinə tuş gətirmək bir nəslin, kökün məhf olmadı demək deyilmi? Qanunvericilik orqanları qanunlarda olan boşluqları düzəltməli olduğu halda, biznesə və ya rüşvətxorluğa bulaşmamalıdırlar. Təsəvvür edin ki, nazir öz vəzifə borcunu yerinə yetirmək əvəzinə tikintiyə rəhbərlik edərək bizneslə məşğul olursa, hansı ədalətdən danışmaq olar?
Rayon, kənd və qəsəbələrdə yeni iş yerləri açmaq əvəzinə icra başçıları insanlara elə bil ki, qənim kəsiliblər.
Ölkə Prezidentinin tapşırıqlarını vicdanla yerinə yetirmirlər. Xarici ölkələrdə ali təhsil almış mütəxəssislərin işə qəbul olunmasında süni əngəllər törədilir.
Ona görə də elm potensialı xarici ölkələrə axın edirlər ki, bu da ölkəmizin inkişafına mənfi təsirlər göstərir.
Ümid edirik ki, Cəlilabad rayon rəhbərliyi Aprel döyüşlərindən qalıb çıxaraq doğulduğu kəndinə qayıtmış belə ogullarla maraqlanacaq və onlarin problemlərinin həll olunmasında diqqət və qayğı göstərəcəklər.
Rauf İlyasoğlu