SON DƏQİQƏ

Uğurlu müəllimlər Türkiyədən Sevgi Atalay və Azərbaycandan Süleymanova Ümmü birgə beynəlxalq layihələrə imza atıblar- FOTOLAR

Tarix:24-06-2023, 09:36

Elm və Təhsil nazirliyinin xətti ilə Avropa məktəblər birliyinin (eTwinning) platforması üzərindən bir çox layihələr reallaşır. Belə layihələrdən biri də , Türkiyədən Şəhit Recep Kılıç Ortaokulunun, Ardahan/Göle, fenn bilimleri üzre çox  istedadlı müəllimi , pedaqoji fəaliyyətində çox uğurlara imza atmiş ,  Sevgi Atalayın qurucusu olduğu, " MƏNƏ  MƏNİM GÖZLƏRİMLƏ BAX!” – “LOOK  AT ME WITH MY EYES!”- layihəsidir. Sözü gedən layihənin  ikinci qurucusu Süleymanova Ümmü müəllimədir. Ümmü müəllimə  Azərbaycan Jurnalistlər Birliyinin üzvü , "Qızıl qələm" mükafatçısıdır. Yeri gəlmişkən Ümmü müəllimə , eTwinning palatformasında iki il qoşularaq, 4 layihədə uğurla iştirak edərək reallaşdır. "X - den, Z-ye biz" layihəsindən milli keyfiyyət nişanı almışdır. Bütün bu layihələrdə,  həmçinin sözü gedən layihələrdə Ümmü müəllimə ilə bərabər Azərbaycandan  əməkdar müəllim fəxri adını daşıyan  İmişli rayonu Xoşçobanlı kənd İ.Əhmədov adına tam məktəbin riyaziyyat müəllimi Şirəliyev Cəbrayılı qeyd etmək yerinə düşər. Cəbrayıl müəllim qeyd etdiyimiz 4 layihə ilə bərabər , " Mənə mənim gözlərimlə bax" layihəsində də şagirdləri ilə bərabər bütün çalışmalarda fəallıq nümayiş etdirmişlər.Sözü gedən və  çox aktual və gərəkli  layihənin adı -"MƏNƏ  MƏNİM GÖZLƏRİMLƏ BAX!” – “LOOK  AT ME WITH MY EYES!”-olaraq, çox diqqət çəkicidir. O səbəbdən ki, bu layihə fərqli görünən şagirdlərə mənəvi dəstək məqsədi ilə yaranıb.  Layihə çox duyğusal və qəlbə toxunan mövzuya həsr olunmuşdur. Layihənin əsas məqsədi  fiziki cəhətdən məhdudiyətli  insanlara dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Layihənin icrasında  müəllim və şagirdlərin birgə əməkdaşlığı , qrup müzakirələri layihənin səviyyəli sonluğuna səbəb olmuşdur.  Aylarla davam edən maraqlı və duyğusal layihənin həyata keçirilməsi üçün texnologiyadan geniş istifadə edilib. Bu da müəllim və  şagirdlərdə texnologiyada yeni proqramların,  web-2 alətlərinin istifadəsində əlavə bilik və bacarıqların inkişafına səbəb olub.  
Layihənin reallaşdırılması üçün texnologiyadan , internet resurslarından, WEB2 alətlərindən, proqramlardan geniş istifadə edilib. Canva ilə logo və afişa düzəldilib. Kahoot proqramı yarışma təşkil edilib. Storyjumper  proqramı üzərindən jurnal yaradılıb. Mentimeter ilə sözlər  yazılıb. Valideynlərdən izn məktubu alınıb. Şagirdlərə təhlükəsiz internet və hüquqları barədə məlumatlar verilib. Şagirdlər şəkillər çəkən zaman üzlərinin görünməməsi üçün maska taxıldı və ya   smaylik qoyulub. Hər bir  şagirdin  sadə web-2 alətlərindən və müxtəlif proqramlardan sərbəst  istifadə edə bilməsini təmin edib.
Avropanın 3 ölkəsindən qoşulan 3 müəllim və şagirdləri layihə çərçivəsində olan hər bir tapşırığı həvəslə işlədilər.  Layihəyə qoşulan şagirdlər duyğusallıq nemayiş etdirərək , fiziki cəhətdən məhdudiyətli şagirdləri sevindirmək, onları öz aralarında görmək arzusunu bəyan etmək üçün,  əllərindən gələni əsirgəmədilər. Ümmü müəllimə,  fiziki cəhətdən məhdudiyətli uşaq anası olaraq, "Fərqli şagirdləri nə sevindirə bilər" mövzusunda layihə iştirakçılarına yardım edərək, göstərişlər verib. Layihənin 7 iştirakçı müəllim və şagirdləri gözəl , sevgi, əməkdaşlıq , mərhəmət hissləri ortamında ortaq çalışmalar işlənilib.  Və bu çalışmalar çox yüksək səviyyədə nəticələnib. Layihə qurucularının  və digər müəllimlərin  ortaq çalışmalarda əməkdaşlıq etməsi nəticəsində bir- birinə çox köməyi keçdi.  Bu səbəbdən çox gözəl işlər ortaya qoyuldu. 3 ölkənin müəllim və şagirdlərinin reallaşdırdığı bu aktual layihə , hər bir kəsi xoşbəxt edərək, mənəvi dünyalarına zənginlik qatıb.
Fiziki cəhətdən məhdudiyətli şagirdlərin, sağlam şagirdlərlə eyni məktəbdə, eyni sinifdə təhsil  alması, birlikdə oynaması, gəzintiyə çıxmasının çox gözəl bir ortam olmasını insanlara çatdıran bu layihənin iştirakçılarının ortaq çalışmaları olub. Hər bir iştirakçı, istər müəllim, istərsə də şagird ortaq çalışmalara həvəslə qoşularaq, bu çalışmaların yerinə yetirilməsində səylə çalışaraq layihənin hədəfinə çatmağa can atılıb . Layihənin  hədəfi, fiziki cəhətdən məhdudiyətli uşaqları sevindirmək, onların cəmiyyətə adaptasiyası,  sağlam uşaqlarla eyni məktəb və sinifdə təhsil alması, birgə oynamasının mümkünlüyünü və bu birgəliyin nə qədər gözəl bir ortam olduğunu hər  kəsə çatdırmaq olub.
Layihənin icrası zamanı ortaq çalışmalar aşağıdakılardır: 
21 Mart -Beynəlxalq Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar;
Daun sindromlular fərqindəlik günü;
2 aprel- Otizm fərqinfəlik günü;
9 nay - eTwinning günü 10- 16 May 

Engelliler haftası;
Final ortak çalışması üçün hekayə  yazılıb;
ZOOM proqramı üzərindən bir neçə dəfə toplantı təşkil olunub;
WhatsApp üzərindən layihə ilə yaratdığımız qrupda və şəxsudə  dəfələrlə  görüşlər, danışıqlar oldu. Bir çox çalışmaları müzakirə edərək, ortaq fikrə gəlinib, bir sözlə aylarla davam edən layihədə müəllim və şagirdlər arasında sıx əlaqə və əməkdaşlıq olub . Onlayn  əməkdaşlığa 
Twinsipace onlayn mitinqdə vebinar və  Twinspice forum görüşləri əlavə etmək olub. "Mənə,  mənim gözlərimlə bax" layihəsinin hər bir iştirakçısı istər müəllim , istərsə də şagirdi bu xoş məramlı , duyğusal, qəlbə toxunan layihənin çox gözəl nəticə verməsi üçün əllərindən gələni əsirgəməyiblər.Hər bir müəllim və şagirdin həvəslə çalışdığı layihə çox səmərəli , yararlı alınıb. Layihə çox yüksək səviyyədə nəticələnib. Ümid edirəm ki, beynəlxalq  layihədə iştirak edən hər bir müəllim və şagirdin əməyi  "Avropanın keffiyyət nişanı " ilə qiymətləndirilər. Yeri gəlmişkən, layihənin digər iştirakçı müəllimlərinin adını çəkməmək düz olmazdı.
"MƏNƏ MƏNİM GÖZLƏRİMLƏ BAX!” – “LOOK  AT ME WITH MY EYES!” layihəsinin digər iştirakçıları: Şirəliyev Cəbrayıl/ İmişli rayon Xoşçobanlı kənd İ.Əhmədov adına tam orta məktəb.
Muhammet Ali Ülküdür, Kabaceviz Şehit Nurettin Uzun Ortaokulu, Çarşamba/Samsun, 
Dilman Tanrıkulu, Silopi Cudı Ortaokulu, Şırnak/Silopi, Tuğçe Özcan, Aydın Özel Doğa Koleji və Elisabeta Gabor, Coleglul National “Ştefan cel Mare” Tg.Neamt, Rominiya Ümmü müəllimənin və Sevgi atalayın  övladlarının fiziki əlil olması bu layihənin mövzusu,  onun ruhuna və həyat tərzinə  olduğundan, onların ürəklə və səmərəli çalışmasına səbəb olmuşdur. Zənnimcə, bu layihə çox aktualdır. Elm və Təhsil nazirliyinin İnklüziv təhsil haqqında fəaliyyətinin kiçik bir hissəsidir. Layihənin qurucuları Sevgi Atalay və Ümmü Süleymanovaya, bu çox gərəkli mövzuya müraciət etdikləri  üçün təşəkkür  edirəm. Ümmü müəllimə və başqa  iştirakçılara bu ya digər layihələrdə uğurlar arzulayıram!

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ