Bu gün Beynəlxalq Ana Dili Günüdür
1999-cu ildə noyabr ayında keçirilmiş baş konfransda YUNESKO-nun qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili günü elan edilmişdir. Dil hər bir millətin maddi, mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Dili xalq yaradır. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləmini zənginləşdirir və dünyagörüşünü genişləndirir. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə məhz dil vasitəsi ilə çatdırır.
Ana dili, bizim müqəddəs sərvətəmizdir, anamızın bizə layla dediyi şirin dildir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Ana dili hər bir xalqın, millətin varlığıdır. Hər xalqın öz dili var. Bizim də dilimiz Azərbaycan dilidir!
Azərbaycan dili bizi dünyaya gətirən anamızın dilidir. Üzərində boy atıb böyüdüyümüz Vətənimizin dilidir. Azərbaycan Respublikasının dövlət dilidir. Dil insanın mənəvi aləminin əks-sədasıdır. Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətidir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana dilimiz olan Azərbaycan dili bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Hər bir dilin özünə məxsus gözəlliyi var. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Bu gün dilimizin dövlət statoslu dillər arasında olmasına, ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. O, bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər onun keşiyində də mərdliklə durdu. Nüfuzun qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və isdəyinə nail oldu. H.Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından aslı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənələrini unutmamalıdır.
Ana dilimiz bizim bugünümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir. Ana dili bizim müstəqilliyimiz, əbədiliyimizdir. Onu qorumaq və nəsildən-nəslə ötürmək hər birimizin müqəddəs borcudur. Azərbaycan dili bizim varlığımız və sərvətimizdir. Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Onun saflığını və müqəddəsliyini qorumaq bizim vətəndaşlıq borcumzdur. Biz Azərbaycan xalqı olaraq ünsiyyət vasitəmiz olan dilimizlə fəxr edirik!
Yeganə Telmanqızı
“XeberTıme.az”