SON DƏQİQƏ

Şəhidlərin adını daşıyan sinif otağının açılışı oldu-DOTOLAR

Tarix:Dünən, 15:00

Vətən torpağının bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi hər zaman uca tutulur, onların keçdiyi şərəfli döyüş yolu gələcək nəsillərə örnək göstərilir. sumqayit Şəhər 22 nömrəli General Həzi Aslanov adına orta məktəbdə 1 İyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə keçirilən tədbir də məhz bu müqəddəs amala xidmət edib. Məktəbdə təşkil olunan tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu tədbir həm də tarixi bir ehtiram addımı ilə yadda qalıb. Məktəbin 3 sinif otağına Vətən Müharibəsinin unudulmaz qəhrəmanlarının adları verilib. Bundan sonra şagirdlər dərslərini kəşfiyyatçı-snayperçi,
Şahin Göz Ləqəbli Gizir Elmar Nəsibovun, Heydər Əliyev adına Akademiyanın kursantı Rəhim Dadaşovun və minaatan Orxan Məhərrəmovun adını daşıyan sinif otaqlarında keçəcəklər.
Həmin otaqlarda qəhrəmanlarımızın ömür və döyüş yolunu əks etdirən guşələr yaradılıb.
Tədbirin ən duyğulu anları isə vətənə gərəkli övladlar böyüdən anaların gəlişi olub. Mərasimdə iştirak edən 9 şəhid anası böyük hörmət və ehtiramla qarşılanıb. Çıxış edənlər Elmarın, Rəhimin və Orxanın göstərdiyi şücaətlərdən, onların göstərdiyi qəhrəmanlıq məktəbindən söz açıblar. Bildirilib ki, bu gün böyüyən uşaqlar məhz bu cür oğulların sayəsində azad və bütöv bir Azərbaycanda yaşayırlar.
Şəhid ailələri onlara göstərilən bu yüksək diqqət və qayğıya, qəhrəmanların adlarının əbədiləşdirilməsinə görə məktəbin direktoru Tahirə Səfərovaya, təşkilatçı Fərqanə Yüzbəyovaya, Uşaq Birliyi rəhbəri Gülnar Dadaşzadəyə və Əziz Əzizova xüsusi minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizin adı və ruhu hər zaman qəlblərdə yaşayacaq, onların adını daşıyan bu sinif otaqlarından isə gələcəyin savadlı və vətənpərvər gəncliyi yetişəcək.




XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ