İyunun 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri peşəkar vokal sənətimizin banisi Bülbülün anadan olmasının 129-cu ildönümü münasibətilə Bülbülün Memorial Muzeyində keçirilən konsertdə iştirak ediblər.Konsertdə Musiqili Teatrın dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin bədii rəhbərliyi altında teatrın vokalçıları Əməkdar artist Səidə Şərifəliyeva, Şaban Cəfərov və Emin Zeynallı görkəmli sənətkarın repertuarından olan əsərləri ifa ediblər. Onları teatrın konsertmeysterləri Kamil Həsənov, Fidan Əliyeva və Fidan Məmmədova müşayiət ediblər.
Tədbirdə çıxış edən muzeyin direktoru Fərqanə Cabbarova unudulmaz sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixindəki misilsiz xidmətlərindən bəhs edərək onun zəngin irsinin yaşadılması və təbliği istiqamətində göstərdikləri fəaliyyətə görə teatr kollektivinə təşəkkürünü bildirib. 






XeberTıme.az