SON DƏQİQƏ

Möcuzələr aləminə səyahət- FOTO

Tarix:1-03-2021, 00:06

Şair və yazıçılar öz əsərləri ilə bəstəkarlar bəstələdikləri mahnıları ilə, rəssamlar isə yaratdıqları qrafiq və rəngkarlıq əsərləri ilə əbədi yaşayırlar. 
Azərbaycan təsviri sənət tarixində ən mühüm yer tutan ustad sənətkarlardan  Səttar Bəhlulzadə,  Mikayıl Abdullayev,  Əzim Əzimzadə, Tahir  Salahov, Toğrul Nərimanbəyov  və digər görkəmli rəssamların   əsərlərinə saatlarla tamaşa etmişik.
 Rəssamların təkraredilməz yaradıcılıq aləmi sənətsevərlərdə  və tamaşçılarda heyranlıq dogurur.
Bir neçə il əvvəl Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda istedadlı rəssam Səyyar Əliyevin " Yurd həsrəti" adlı sərgisinə tamaşa edirdim. Bir necə rəsm əsərləri diqqətimi daha çox cəlb etdi.
Xarı bülbulün   faciəsi , Sarı qayanın kədəri,Azərbaycan faciəsi ,  Ruhların səsi, Şelli nari və digər  əsərlərə tamaşa edərkən uşaqlıq illərim yada düşdü.
 Bir vaxtlar yaşadığımız Ağdam şəhərindən  Şuşaya, Cıdır düzünə, İsa bulagına gəzməyə gedərkən   gördüklərim o gözəlliklər  sanki sənət  əsərlərində canlı boylanaraq məni özünə cəlb edir və  cox  duyğulandırırdı. 
 Bu sənət əsərlərinin müəllifi ilə maraqlandım. Kətan üzərində yağlı boyalarla  işlənmiş sənət əsərlərinin aşagı hissəsində xırda hərflərlə yazılmış Səyyar Əliyev imzası yadımda qaldi. Səyyar müəllimlə tanışlığımız sonradan dostluga cevrildi.
 Saçları vaxtından tez ağarmış yeniş qəlb   sahibiylə hər görüşümüz xatirəyə cevrilir və rəssamin emalatxanası ilə yaxından tanış oluram. Sankı  sehrli bir aləmə düşürəm. Əsərlərindən aydın olur ki Səyyar Əliyev necə böyük qəlb sahibidir;  Cıdır düzünə həsrət, Cıdır düzü və Xarıbulbul, Ruhların səsi, Cidir düzu və Xan Şuşinski, Xocalı müsibəti,Narahat ruhlar,  Xarı bülbülün faciəsi və sevinci, Üzeyir Hacıbəyov və digər   tablolarına həyəcansız baxmaq qeyri mümkündür.
 Səyyar Əliyevin emalatxasında 150- dən cox  sənət əsəri toplanıb. Rəssam  hər bir əsər üzərində bəzən aylarla, bəzən də illərlə  işləyir,  vaxt sərf edir. Rəssam rənglər aləmində möcüzələr yaradır.
Sənətşünas   alimlər Səyyar Əliyevin əsərlərini kosmosdan idarəolunan  möcüzələr adlandırırlar.
Bu tablolar  rəssamın yaratdığı şah əsərləridir Səyyar Əliyev 1949- cu ilin mart ayının 17- də Ağcəbədi rayonunun Xocavənd  kəndində ziyalı ailəsində dünyaya göz açıb.  Atası Vəli muəllim də ,  anası Suqra xanım da  ana dili, ədəbiyyat  muəllimi olmuşlar.  Köklü bir nəslin nümayəndəsi olan Səyyar Əliyev orta məktəbi əvvəl Xocavənd kənd məktəbində oxumuş,  sonra isə Ağcabədi və Şuşa rayon orta məktəblərində  təhsilini   başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və bu təhsil ocağını müvəffəqiyyətlə  başa vurduqdan sonra Şuşa rayon məktəblərində, kollecdə  muəllim işləmiş , istehsalat kombinatında  mühəndis vəzifəsində çalışmışdır.
Şuşadakı Qarabag istirahət mərkəzində  müdir   ( pansionatda) işlədiyi dövrdə səmərəli fəaliyyət gostərmişdir.
1988 ci ildə Ermənistandan qovulan  yüzlərlə soydaşlarımız  Şuşaya pənah gətirərkən Səyyar müəllim 500 -dən cox  qaçqınların məskunlaşdığı pansionatda onlara hər cür diqqət və qayğı göstərmişdir.Sərt qış aylarında qaçqın soydaşlarımızın  su , qaz problemlərinin həlli istiqamətində yorulmadan çalışmış və onları  bağının bol bərəkətli mer-  meyvələri ilə təmin etmiş, dostlarının Ağdamdan, Ağcabədidən göndərdikləri ərzaq məhsullarını, isti geyim və pal paltarları  qacqınn soydaşlarimızı  təmin etmişdir 
O, 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında  müəllim işləmişdir. 
1992 ci ildə   Şuşa şəhəri erməni  quldurları tərəfindən işğal olunduqdan sonra Bakıda məskunlaşan Səyyar Əliyev  Azərbaycan Dövlət Pedaqoji Universitetində təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasında fəaliyyətini bu gün də davam etdirərək  müəllim  işləyir.Texnika üzrə fəlsəfə doktoru olan Səyyar Əliyevin  Rəssamlıq Akademiyasında tələbələri hər il dovlət imtahanında  rəssamın əsərlərinə muraciət edərək diplom işlərini mudafiə edirlər. Səmimi və duyğulu insan olan Səyyar Əliyevin bir qızı, bir oglu və 3 nəvəsi var.
Övladlarını da vətənpərvərlik ruhunda böyüdən Səyyar müəllimin ailəsində  bu gün Şuşa həsrətinə son qoyulub. 
2020-ci ildə 44 günlük müharibə dövründə Azərbaycan ordusu Qarabağı və digər  ətraf rayonlarımızı 30 illik həsrətdən, işgaldan   qurtardı. Torpaqlarımız xain, mənfur işğalçılardan azad olundu.
Bu gün Səyyar Əliyevin  sevincinin hədd-hüdudu yoxdur.
Şuşa şəhərinin   işgaldan azad olunması və  Azərbaycan Prezidenti 
İlham Əliyevin möhtəşəm çıxışı   hər kəsi duygulandirdı. 
Sevinc goz yaşlarıyla parlaq qələbəni  bölüşən Səyyar Əliyev deyir; " 
- Prezidentimiz deyəndə ki, " Şuşa! Sən azadsan,
Şuşa! Biz   qayıtmışıq . 
  Şuşa !  Biz səni dircəldəcəyik " sözlərindən ruhlanaraq  həmin gün emalatxanamda  bir vaxtlar çəkdiyim Şuşa qalası tablosu üzərində Azərbaycan bayrağını  çəkərək  səhərə qədər   rənglər aləmində  əsəri tamamladım.Həkəri çayının bizə sanki laylay çalan  gur  səsini duyaraq əsrarəngiz gözəllikləri qələbə aldım.Suqovuşan mənzərəsini canlandırım.
Xari bulbulun sevincini paylaşdım.
Bir vaxtlar köçkün həyatım, o çətin günlərim   yadıma düşdü. 30 illik yurd həsrətinə son qoyuldu.Ömrümün qalan hissəsini Şuşada keçirəcəyəm..Şükr İlahi! 
Bizə bu qələbəni bəxş edən şəhidlərimizin hər birinin məzarı önündə baş əyirəm. Yaralı əsgərlərimizə şəfa diləyirəm." 
Biz də  Dünya Sülh səfiri, Qızıl qələm və bir çox media mükafatlarına, fəxri diplomlara  layiq görülmüş görkəmli rəssam , alim, pedaqoq Səyyar Əliyevi  qarşıdan gələn Novruz bayramı və ad gunu münasibəti ilə təbrik edir,  ona yeni- yeni yaradıcılıq uğurları  və can sağlığı arzulayırıq. 
Umid edirəm ki, növbəti dogum günündə Səyyar muəllim    Şuşada, Cıdır düzündə  əsərlərindən ibarət geniş sərgi keçirəcək və biz dostlarını da möhtəşəm sərgiyə dəvət edəcəkdir.
29 ildir ki, Bakıda   kirayələrdə yaşayan Şuşa həsrətli rəssamın səmərəli xidmətləri  inanıram ki,   dövlətimiz tərəfindən layiqincə qiymətləndiriləcəkdir. 

Ugurların bol olsun, rəssam! 

Qartaltək zirvədə dayanan Səyyar 


Vətən həsrətli  istedadlı rəssam , alim dostum Səyyar müəllimin rəngarəng  emalatxanasına 
baxarkən 

Dostum otuz ildə  xalqı oyatdı,  
Şuşa həsrətiylə yaşayan Səyyar.
Necə  sənət əsərləril yaratdı , 
Rənglər aləmiylə yaşayan  Səyyar.

Tabloda  boylanır o Şelli narın, 
Xarı bülbül bitən ,o yağan qarın ,
Satmadı  əsəri,görmədi barın, 
Şuşasız bükülü dayanan Səyyar.

Köçkün həyatını yaşayan zaman, 
Dostlar  nankor çıxdı , sirdaş da yaman, 
 Rəhimli Allahım    verərsə   aman ,
Dosta  çətin gündə  həyandı  Səyyar.

Xan əmi boylandı Cıdır düzündən,
İçərdik saf sulu bulaq gözündən, 
Cıgırdan bilərəm doğma izimdən, 
Səkili bulaqdan boylanan Səyyar.

Ordum zəfər çalıb, gözlərin aydın, 
Şuşanın səması buludsuz , aydın.
Yaşayacaq sənin əbədi adın, 
Qartaltək zirvədə dayanan Səyyar.

Rauf İlyasoğlu.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ