SON DƏQİQƏ

Şəhid Elşad Əliyevin 50 illik yubileyi- FOTOLAR

Tarix:2-03-2025, 00:31

Şəhidlər bizim qürurumuz və başımızın tacıdır. Şəhid adı gələndə qeyrəti olan hər kəs vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edirlər.Şəhidlər hər biri bir qəhrəmandır .Belə bir igid oğullardan biri də Elşad Əliyevdir.Elşad Hacıbaba oğlu Əliyev 27 fevral 1975- ci ildə  Bakı şəhərində ziyalı bir ailədə dünyaya gəlmişdir.Orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra yüksək bal toplayaraq Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur.Vətənimizin başının üzərini qara buludlar  alarkən Elşad Əliyev  də könüllü olaraq cəbhəyə getmiş və bir çox uğurlu döyüş əməliyyatlarında fəal iştirak etmişdir.
Elşad Əliyevin növbəti döyüşü Ağdamın kəndlərinin azadlığı uğrunda olub.
16.iyul 1993- cü ildə Ağdam rayonunun Şelli kəndini ugh germəni quldurlarının təcavüzündən  azad edərkən  yaralanır və şəhidlik zirvəsinə ucalmışdır.
Bu günlərdə şəhid Elşad Əliyevin 50 illik yubileyi oxuduğu Azərbaycan Texniki Universitetinınin akt zalında keçirilmişdir .
Universitetin  müəllim və tələbələrinin, şəhid analarının, qazilərimizin , müharibə veteranlarının media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə öncə  cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və dövlət himnimiz səsləndirildi.
Tədbirdə Universitetin prorektoru Qurban müəllim , ali məktəbimizin adını ucaldan tələbə şəhid Elşad Əliyevin cəsurluğundan  danışdı 
Tədbirdə Fred Asif Fondunun prezidenti, Qarabağ qazisi Hacı Ədalət Məhərrəmov, şəhid bacısı Sevinc Allahverdiyeva, 
şəhid qardaşı Möhlət Əhmədov, qazilərdın İsa Musayev, Ramiz Yusifov Seymur Abdullayev, Gülağa Cəfərov, yazıçı- jurnalist Raziyyə Kamilqızı, iş adamı xeyriyyəçi Leyla Əhmədova , iş adamı Zaur Rzayev  və başqaları çıxış etdilər  və cəmi 18 il qısa, lakin şərəfli ömür ya üç almış şəhid Elşad Əliyevin igidliyindən söhbət açdılar .
Şəhid Elşad Əliyevin anası Flora Hüseynova şəhid oğluna göstərdikləri diqqət və qayğıya görə dövlət başçısına, Universitetin rəhbərliyinə, qazilərimizə  və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirmişdir. Sonra bir qrup qazilərimiz, şəhid ailələri şəhidlər xiyabanında uyuyan Elşad Əliyevin məzarını ziyarət etdilər və üzərinə  qərənfillər düzdülər.
Milli Qəhrəmanları Tanıtma ictimai birliyininnadında şəhid anası Ofeliya xanım Hüseynova Fəxri diplomla təltif edildi. Sonra " Nanə " mərasim evində şəhidimizin xatirəsinə ehsan  süfrəsi açıldı   və iştirakçılar yadigar olaraq xatirə şəkli çəkdirdilər. 




Rauf İlyasoğlu

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ