SON DƏQİQƏ

Aprel döyüşlərinin gizir şəhidi Murad Məmmədovun bu gün 32 yaşı tamam olur+ FOTOLAR

Tarix:17-04-2021, 16:19

Bu gün ”Ümüd Xeyriyyə Cəmiyyətinin” rəhbəri Raya Məlikovanın təşkilatçılığı ilə gizir şəhid Murad Məmmədovun ailəsi ziyarət olundu.                             
Azərbaycanın çox zəhmətkeş, mərd, fəxrli oğlu aprel döyüşlərində şəhid olan gizir Murad Məmmədov 17 aprel 1989-cu ildə Beləsuvar rayonunda Vaqif və Sevil xanımın ailəsində anadan olmuşdur. 1996-2007-ci illərdə   Beləsuvar rayonu 4 saylı orta məktəbdə təhsil almışdır. 2007-ci ildə həqiqi hərbi xidmətə çağrılır. 2 aprel 2008-ci ildə xidmətini başa vurur. Hərbiyə olan marağı 2010-cı ildə onu gizirlik kursuna gətirir çıxarır. Sonra Xüsusi Təyinatlı bölüyünə imtahan verir qəbul olur və həlak olduğu günə qədər  Xüsusi Təyinatlı bölüyündə snayperçi və kəşfiyyatçı kimi çalışır.                                                           
Qələbə tariximizin ilk səhifəsi olan Aprel döyüşlərində cəsurluqla vuruşan igidimiz  4 Aprel 2016-cı il tarixində 27 yaşında qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəhid Məmmədov polkovnik-leytenant Raqub Orucovun əsgəri idi. Gizir Murad Məmmədov Sumqayit şəhərinin  Şəhidlər Xiyabanında komandiri Orucovun sağ tərəfində dəfn olunub. Murad Məmmədova ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilir.                      
Şəhidin ailə üzvüləri, anası Sevil xanım, atası Vaqif müəllim Murad Məmmədov haqqında xatirələrdən və kecdiyi döyüş yolundan  fəxrlə danışdılar.                            
Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin şagirdləri və Laçın rayon 5 saylı tam orta məktəbin şagirdi Kamran Abdullazadə hərbi formada şəhidlərdən, qalibiyyətimizdən, şəhid analarından bəhs edən şeirlərlə çıxış etdilər.                                           
Bizdə “XeberTıme.az”  informasiya portalı olaraq Məmmədovlar ailəsinə Allahdan səbr diləyirik. Ailəyə ziyarət olunmasında dəstək olan hər bir kəsə öz təşəkkürümüzü bildiririk: ”Ümüd Xeyriyyə Cəmiyyətinin” rəhbəri Raya Məlikova, Sumqayıt şəhəri V.İbrahimov adına 35 saylı tam orta məktəbin  ibtidai sinif müəlliməsi Nigar Vəliyevaya, Laçın rayon 5 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Aynurə Abdullayeva, xeyriyyəçi xanım Gulşən Quliyeva, xeyriyyəçi dostlarımız Ramil Pirəliyev, Rahid Eynullayev, Rövşən Salmanov.                                               
Vətən uğrunda canınından keçən hər bir qəhrəman bizim üçün əzizdir. Allah rəhmət eləsin!   
Yeni yaşın mübarək şəhid qardaşım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
Yeganə Telmanqızı                                                         

“XeberTıme.az”  




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ