SON DƏQİQƏ

2 İyul – Azərbaycan Polisi Günü: Şərəfli Xidmətin Bayramı

Tarix:Dünən, 14:22

Bu gün xalqımızın asayişinin, təhlükəsizliyinin və qanunun aliliyinin keşiyində dayanan bütün polis əməkdaşlarının peşə bayramıdır.Xalqın etimadını 108 il doğruldan, dövlətə və xalqa sədaqətlə xidmət edən bütün polis əməkdaşlarını bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, cansağlığı, çətin və şərəfli xidmətlərində uğurlar, ailələrinizə xoşbəxtlik və firavanlıq,  Vətənimiz naminə daim müvəffəqiyyətlər arzulayıram.
Vətənimizin təhlükəsizliyi, ictimai asayişin qorunması və vətəndaşların hüquqlarının müdafiəsi naminə göstərdiyiniz fədakar xidmət yüksək qiymətə layiqdir. 
Qoy daim dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəsiniz, üzərinizdən uğur və qələbə əskik olmasın.
 
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər bir polis əməkdaşını səmimi qəlbdən təbrik edir, şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram! Bayramınız mübarək!
 
Hörmətlə:    
Yeganə Telmanqızı 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ