SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Orxan Məhərrəmovun ildönümü qeyd olundu- FOTOLAR\VİDEO

Tarix:9-10-2021, 00:57

Bu gün Vətən müharibəsində adını qızıl hərflərlə tarixə  yazdıran şəhidimiz Orxan Məhərrəmovun anım günüdür.                       
Şəhidin anım günü mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanından şəhidin məzarının ziyarəti ilə başlandı.Şəhidin ailə üzvüləri, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icra nümayəndələri, media nümayəndələri, idmançı-xeyriyyəçi Kamil Zeynallı, din xadimləri, yaxınları, şəhid ailələri, Qarabağ qaziləri, müəllimləri, döyüş yoldaşları, dostları  Orxan Məhərrəmovun məzarı üstünə tər çiçəklər qoydular. Onun haqqında xoş xatirələrdən danışaraq böyük ehtiramla yad etdilər. Ruhuna dualar oxundu, Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr dilləndi. 
Şəhidin adına açılmış ehsan süfrəsində mərasim davam etdirildi. Mərasim Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi. Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun rəhbəri Əziz Əzizov tərəfindən çəkilmiş Sumqayıt şəhər  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu. Orxan Məhərrəmova həsr olunmuş mahnılar, şeirlər ifa olundu.                    

Şəhidimizi tanıyaq:                                                          
Əslən Marneulinin Qaçağan kəndindən olan şəhid Məhərrəmov Orxan Binət oglu 25.08.1994-cü ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Ailədə 2 uşaq böyüyürdü. Evin kiçik övladı olan Orxan 2001-2010-cu illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə doqquz illik təhsil alır. 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində həqiqi hərbi xidmətə yola düşür. Gədəbəy rayonu İvanovka kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. 2014-cü ilin aprel ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdır və əmək fəaliyyətinə başlayır. 21.09.2020-ci il tarixində etiyatda olan əsgər Məhərrəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən çağırılır və bir müddət təlim keçir.    

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. Orxan Məhərrəmov Füzuli, Suqovuşan, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə vuruşur. 08.10.2020-ci il tarixində Xocavənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmançasına şəhidlik zirvəsinə ucalır. Orxan Məhərrəmov minlərlə insanın, şəhər icra nümayəndələrinin, şəhidin döyüşçü yoldaşlarının, ailə üzvülərinin, yaxınlarının müşayəti ilə  böyük ehtiramla Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır.                                                                  
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölümündən sonra Məhərrəmov Orxan Binət oglunu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etmişdir.  Şəhidin həmkəndliləri anım mərasimdə yaxından iştirak edərək “XeberTıme.az”  informasiya portalına müsahibə verdilər.

Eldəniz Həsənov- Orxan Məhərrəmov “Yalnız Vətən” deyib  vətənin nüdafiəsinə qalxdı.                                                  
- Marneulinin Qaçağan kəndinin fəxri, hər birimizin fəxri, Orxan qardaşımız könüllü gedərək faşist, terorist ermənilərdən işğal olunnuş torpaqları azad edərək bizim qürurumuzu bizlərə qaytardı. Orxan qardaşımız bizim baş ucalığımızdır və Orxan daima bizim qəlbimizdə yaşayaşaq. Şəhidlər o vaxt ölür ki,onlar unudulurlar! Bizim biliavəstə bircunuzdur ki, daima biz onları xatırlayaq, yad edək. Orxan ailəni ananı, bacını qoyub “Yalnız Vətən” deyib vətənin müdafiəsinə qalxdı. Nəzakət  ananın, Binət atanın  qarşısında   baş əyirəm ki qeyrətli oğul böyüdüb.  

Afiq Qurbanov fikirlərini bizimlə bölüşdü:                                                                                             
- Vətən uğurunda şəhid olmuş şəhidlərimizin və qazilərimizin keçdiyi uğurlu döyüş yolun Azərbaycanı qələbəyə apardı. 
Yeganə xanım Allah  sizdən razı olsun ki, şəhidləri təbliğ edərək onları tanıdırsız. Zəfər tarixində  artıq 1 il vaxt keçir qürurlu ayları yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin! Sentyabrın 27-də başlanan mùharibədə cənab Ali Baş Komandan Ilham Əliyev əmr verərək   əks hucum əməliyyatı əmrini həyata keçirtdik, torpaqlarımız azad olundu. Üç minə yaxın şəhid, on minə yaxın qazi bizi milli qürurunuzu bizləŕə qaytardı. Orxan Qaçağanın, Ğürçüstan elinin fəxridir. Allah əzizlərinə, yaxınlarna səbr versin. Biz Qaçağan gəncləri olaraq özümüzə borc bildik ki, bu gün ailənin yanında olaraq, dərdinə şərik olaq. Ruhu şad olsun!                              


Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Nəzakət Məhərrəmovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif etdi, şəhidin şəxsi guşəsi üçün müqəddəs kitabımız olan “Quran” hədiyyə etdilər.  
Nur içində yatasanVətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Orxan Məhərrəmovun uşaqlıq dostu Əziz Əzizovdan Vətən Müharibəsi şəhidi Məhərrəmov Orxanın əziz xatirəsinə həsr olunmuş video rolik. 


 
 Yeganə Telmanqızı 
 “XeberTıme.az”   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ