SON DƏQİQƏ

Sakinlərin narazılığına səbəb olan problem

Tarix:Bu gün, 09:04

Sakinlərin haqlı narazılığı: Alimlər şəhərciyində uşaq bağçasının tikintisi etiraza səbəb olub.
Bestfm.az-a Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Alimlər şəhərciyi kompleksinin bir qrup sakini tərəfindən şikayət məktubu daxil olub. Sakinlər binalarına çox yaxın məsafədə uşaq bağçasının tikintisinin aparılması ilə bağlı narazılıqlarını bildirərək, məsələnin ictimailəşdirilməsini xahiş ediblər.
Şikayətlə əlaqədar Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədov və radionun əməkdaşı Yeganə Telmanqızı hadisə yerində olublar. Sakinlər bildiriblər ki, aparılan tikinti işləri onların yaşayış şəraitinə mənfi təsir göstərə bilər və bu səbəbdən layihənin yenidən nəzərdən keçirilməsini istəyirlər.
 
XeberTıme.az məktubu təqdim edir. 
“Biz Abşeron rayon Saray qəsəbəsi Alimlər Şəhərciyi Kompleksi blok 1 və 2  ünvanında və ətraf ərazidə yaşayan sakinlər olaraq sizə müraciət edirik.
Yaşadığımız kompleksin qarşısında yeni inşa edilən Mida yaşayış kompleksinin ərazisində bağça üçün nəzərdə tutulduğu bildirilən tikinti işləri aparılır. Nümayəndə Asif müəllim kimi özünü təqdim edən şəxs bildirirki nə sikayətiniz vardısa gedin Milli Elmlər Akademiyasına sikayet edin. Həmin tikinti və ona aid infrastrukturun yaşayış binamızın girişinə çox yaxın məsafədə 2 və ya 3 metr yerləşdirilməsi piyadaların sərbəst hərəkətini məhdudlaşdırır, uşaqların, yaşlı insanların və digər sakinlərin təhlükəsizliyi üçün ciddi risk yaradır. Eyni zamanda təcili tibbi yardım, yanğınsöndürmə və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin binaya maneəsiz yaxınlaşmasını çətinləşdirə bilər. Binanın sütununa gələcəkdə ciddi ziyan dəyə bilməsi bizi narahat edir.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şəhərsalma, tikinti və yanğın təhlükəsizliyi normalarının qorunmasının vacibliyini nəzərə alaraq, aidiyyəti qurumlar tərəfindən bu məsələnin yerində araşdırılmasını və qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsini xahiş edirik.
Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev elmə, təhsilə, müəllimlərə və alimlərə daim xüsusi diqqət və qayğı göstərmişdir. Onun müəyyən etdiyi dövlətçilik siyasəti bu gün sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Siz dəfələrlə çıxışlarınızda müəllimlərin və alimlərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulamış, elm və təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirmisiniz.
Alimlər Şəhərciyi adını daşıyan yaşayış kompleksinin sakinləri olaraq hesab edirik ki, insanların rahat, təhlükəsiz və sağlam mühitdə yaşamaq hüququnun qorunması dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm tərkib hissəsidir. Buna görə də müraciətimizə həssaslıqla yanaşılacağına və məsələnin qanun çərçivəsində obyektiv araşdırılacağına inanırıq.
MIDA nümayəndəsi biz sakinlərə bildirdiki, sizin binayla bizim tikinti arasında 7 metr yer olacaq. Amma o 7 metr binanin özünnən başlayır. (binanın giriş pilləkənləri nəzərdə tutulmayıb) bu məsafədən sonra birtərəfli yol olacaq.Və tikiləcək baqcanın 5 metr qazıntısı icra olunacaq bu da binanin zədə almasına səbəb yaradır. Belə çıxır  ki, biz sakinlərin binadan çıxışı bir başa yola düşür. Xahiş edirik bu kimi halları nəzərə alıb hal-hazırda binamızın həyətini boş qoyasınız.”
 
Məsələ ilə bağlı tikinti aparılan ərazidə səlahiyyətli şəxslərin mövqeyini öyrənməyə cəhd göstərilsə də, həmin vaxt ərazidə olan heç bir məsul şəxs mediaya açıqlama vermək istəməyib.
Bestfm.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirir, məsələ ilə bağlı aidiyyəti qurumların rəyini dərc etməyə hazır olduğumuzu diqqətə çatdırırıq.
 
Ardı var...



 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ