Hər bir şəhidin həyat yolu fədakarlıq, cəsarət və mərdlik nümunəsidir.
Bestfm.az radiosunun rəhbəri Aqil Məmmədov və “Tarimizin İmzası!” adlı verlişin aparıcısı Yeganə Telmanqızı Quba rayonunun Qam-Qam kəndində Vətən müharibəsi şəhidi Elməddin Abdullayevin ailəsini ziyarət ediblər.
Şəhidin şəxsi əşyalarının sərgiləndiyi ev-muzeydə keçirilən görüşdə ilk olaraq Bestfm.az radiosunun direktoru Aqil Məmmədov çıxış edərək şəhidlərimizin göstərdikləri qəhrəmanlıqdan və onların əziz xatirəsinin daim uca tutulmasının vacibliyindən danışıb.
Daha sonra şəhidin atası Telman Abdullayev və anası Tahirə xanım Elməddin Abdullayevin məktəb illəri, həqiqi hərbi xidmət dövrü və Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu haqqında xatirələrini bölüşüblər.
Səmimi şəraitdə keçən görüşün sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və ziyarətə görə Bestfm.az radiosunun kollektivinə təşəkkürlərini bildiriblər.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


Yeganə Telmanqızı
XeberTıme.az