31 May tarixində YAP Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində "Qarabağ Mənzərələri" adlı etüd-sərgi Xankəndi şəhərində baş tutdu. İştirakçıları ilk olaraq Ağdam Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənov qarşılayıb uğurlar arzuladı. FA ART Studionun rəhbəri Fatma Əliyevanın tələbələri ilə müxtəlif əl işlərindən ibarət satış sərgisi Xankəndi Böyük Turan restoranında təşkil olundu. Sərgidə fəxri qonaq qismində rəssam müəllim Vüsalə Bəkirova, Diana İsmayılova, Rəhimə Əsədullayeva, Aygün Kamilqızı iştirak edirdilər. Sərgini giriş sözü ilə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova açaraq qeyd etdi ki;
Vətənpərvərlik etüdlərinin rəssamlar üçün önəmindən, gənc nəslin vətənpərvərlik ruhunda, azərbaycançılıq ideologiyasında tərbiyə olunması məqsədi daşıdığını bildirdi.
Uşaqları 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi.
FA ART Studionun rəhbəri Fatma Əliyevayanın tələbələrinin əl işlərindən ibarət satış sərgisinin Xankəndi şəhərində təşkil olunması yeniyetmə və gənclərin şəhərdən kəndə marağının artırılması, pis vərdişlərdən uzaq olub asudə vaxtlarında əl işləri ilə məşğul olmaları, erkən yaşlarından dünya görüşlərinin inkişaf etdirilməsinə xidmət etdiyini bildirdi.
FA ART Studionun rəhbəri Fatma Əliyeva çıxışında satış sərgisinə tələbələri ilə 5 aydır hazırlaşdıqlarını bildirdi. FA ART Studio tərəfindən uşaqlara 1 iyun Uşaqlar Günü üçün hədiyyələr təqdim olundu. Tədbir iştirakçıları milli musiqi abu-havasında rəqs edib, Xankəndi mətbəxinin təamlarından daddılar.
Etüd iştirakçıları Xankəndi gəzintisi zamanı Qarabağ Universitetini , Xankəndi Zəfər Parkını və s. ziyarət etdilər.
Sonda iştirakçılara sertfikatlar təqdim olunub xatirə fotoları çəkildi. 









Xankəndi şəhərində Ulu Öndərin 103 cü ildönümünə həsr olunmuş "Vətənpərvərlik Etüdləri" layihəsi çərçivəsində "Qarabağ Mənzərələri" adlı etüd- sərginin video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik:
Müxbir: Aygün Oqtay
Operator: Camal