2020-ci il sentyabr ayının 27-də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu erməni təxribatlarına birdəfəlik son qoymaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam və qəti qələbəsilə başa çatdı. Qəhrəman əsgərlərimiz öz canları, qanları bahasına 30 illik erməni işğalına son qoydular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan!
Eşq olsun Şanlı Azərbaycan Ordusuna!