SON DƏQİQƏ

New Spring Akademiyası Nərimanov rayonunda fəaliyyətə başladı-FOTO

Tarix:Bu gün, 18:11

İyun ayının 3-də Nərimanov rayonunda yerləşən New Spring Akademiyanın açılış mərasimi keçirilib. Tədris mərkəzi kimi fəaliyyət göstərəcək akademiyanın rəhbərləri Məhsəti Mehnətova və Könül Məmmədlidir.Tədbiri giriş sözü ilə, fəxri qonaq qismində iştirak edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova açıb. Elnurə İsgəndərova qeyd edib ki, New Spring Akademiyasının fəaliyyətə başlaması gənc nəslin inkişafına töhfə verəcək və müxtəlif sahələrdən olan müəllimlərin işlə təmin olunmasına müsbət təsir edəcək.
Sonra sənətkarlıqda özünəməxsus üslubu və uğurlu müəllimlik təcrübəsi ilə tanınan Akademiyanın rəhbərləri Məhsəti Mehnətova və Könül Məmmədli təbrik olunub, söz onlara verilib.
Məhsəti Mehnətova qonaqları salamlayıb, qeyd edib ki, Akademiyanın yaradılmasında məqsəd gənc nəslin hərtərəfli inkişafına töhfə verməkdir. O bildirib ki, tədris prosesində müasir təhsil texnologiyalarından və fərdi yanaşma prinsiplərindən istifadə olunacaq, şagirdlərin yaradıcılıq və  intellektual bacarıqlarının inkişafına önəm veriləcək.
Könül Məmmədli də öz növbəsində qonaqları salamlayıb, Akademiyanın qarşısına qoyduğu əsas hədəflərdən danışıb. O qeyd edib ki, gənclərin gələcəyə hazırlığı və şəxsi inkişafı diqqət mərkəzində saxlanılacaq, eyni zamanda yeni texnologiyaların tədrisə tətbiqinə xüsusi əhəmiyyət veriləcək.
Məhsəti Mehnətovanın atası Alik Mehnətov, anası Ruhgül Mehnətova, həyat yoldaşı Səbuhi İsmayılov və qaynanası Nailə İsmayılova, habelə Könül Məmmədlinin atası Sergey Ələkbərov, anası Ruhiyyə Mehdiyeva, həyat yoldaşı Elvin Məmmədov və qaynanası İlahə Novruzova çıxışlarında hər iki rəhbərə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.
Çay süfrəsi ətrafında müzakirələrlə davam etdirilən tədbir xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb. 




Müxbir : Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ