Bu əlamətdar yubiley münasibətilə "AYMEDIACOMPANY.AZ" informasiya portalının təsisçisi və baş redaktoru Almaz Yaşar xanımı, redaksiya kollektivini və bütün əməkdaşlarını ürəkdən təbrik edirik.Beş il ərzində operativ, obyektiv və peşəkar media fəaliyyəti ilə seçilən portal informasiya məkanında özünəməxsus yer tutaraq dövlətçilik prinsiplərinə, milli-mənəvi dəyərlərə və cəmiyyətin maarifləndirilməsinə mühüm töhfələr verib. Portal fəaliyyət göstərdiyi müddət ərzində saysız-hesabsız şəhidimizin şərəfli həyat və döyüş yolunu ictimaiyyətə çatdırmış, onların əziz xatirəsinin yaşadılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda şəhidlərin anım və xatirə tədbirlərinin operativ və geniş şəkildə işıqlandırılmasında əvəzsiz xidmətlər göstərərək vətənpərvərlik ruhunun təbliğinə dəyərli töhfə vermişdir. Portal 2021-ci il iyulun 2-də fəaliyyətə başlayıb və bu gün 5 illik yubileyini qeyd edir.
Arzu edirik ki, "AYMEDIACOMPANY.AZ" bundan sonra da uğurla fəaliyyət göstərsin, yeni nailiyyətlər qazansın, oxucularının etimadını daim doğrultsun və Azərbaycan mediasının inkişafına layiqli töhfələr verməyə davam etsin.
5 illik yubileyiniz mübarək! Yeni uğurlar, bol oxucu sevgisi və daha böyük zirvələr arzulayırıq!.
Biz də "XeberTime.az" olaraq "AYMEDIACOMPANY.AZ" informasiya portalının fəaliyyətini yüksək qiymətləndirir, kollektivini bu əlamətdar münasibətlə ürəkdən təbrik edirik.
Qısa müddətdə peşəkar fəaliyyəti, operativ xəbərləri, obyektiv mövqeyi və dövlətçilik prinsiplərinə sadiqliyi ilə media məkanında özünəməxsus yer tutan AYMEDIACOMPANY.AZ informasiya portalına gələcək fəaliyyətində yeni-yeni uğurlar, yaradıcılıq nailiyyətləri və bol oxucu auditoriyası arzulayırıq.
İnanırıq ki, portal bundan sonra da Azərbaycan mediasına layiqli töhfələr verməyə, cəmiyyətin düzgün və operativ informasiya ilə təmin olunmasına xidmət etməyə davam edəcək.
Yeganə Telmanqızı
XeberTıme.az