Rusiyada yağan güclü qar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
XeberTıme.az xəbər verir ki, yay ayı olmasına baxmayaraq Zabaykalyada havaların kəskin şəkildə soyuması və qışdakı kimi yolların qarla örtülməsi rusları qorxudub. Bölgənin Nəqliyyat Nazirliyinin "Maks" sosial şəbəkəsində yaydığı məlumata görə, güclü qar səbəbindən yolların bəzi hissəsi bağlanıb və ağaclar aşıb.Paylaşımda qeyd edilib ki, yol infrastrukturuna məsul olan işçilər hazırda Krasnoçikoy rayonunun Maloarxangelsk kəndi ilə Petrovsk-Zabaykalski rayonunun Maleta kəndi arasındakı yola aşmış ağacları təmizləyirlər. Yolun 180-ci km-dən 234-cü km-ə qədər olan hissəsinə isə xüsusi texnika göndərilib.
Nazirlik onu da əlavə edib ki, bölgədə qar davam edir, temperatur sıfır dərəcəsindən aşağıdır: "Ona görə də sürücülər ehtiyatlı olmalı və ehtiyac olmadığı təqdirdə yollarda maşın sürməkdən çəkinməlidirlər".mənbə:/publika.az/