SON DƏQİQƏ

AZƏRBAYCAN

Tarix:Bu gün, 08:56

AZƏRBAYCAN.
Dərdin dərmanı dərdin özündədi.
Asif Ata.
Özüm Dərdliykən dərman gəzirəm
Dərdi mənimkindən az olanlara.
Xudu Məmmədov
Mən də Azərbaycanın Dərdlərini deyirəm.
Azərbaycan- Müstəqilliyi elan olunmuş insanları asılı ölkə.
Azərbaycan- Parçalanmış ,
paralanmış Türk ölkəsi.
Azərbaycan- Bütövlüyün Böyüklük olduğunu bilib Bütöv Azərbaycan ola bilməyən ölkə.
Azərbaycan- Dünyada Bütöv Azərbaycan kimi ictimai- siyasi hadisə olaraq öz təsdiqini tapmayan ölkə.
Azərbaycan- Dünyanın Ruhani Dəyərlər Mərkəzi olan ölkə.
Azərbaycan-Öz Milli Ruhani Dəyərləri ilə yaşamayanların yaşadıqları ölkə .
Azərbaycan- Özgələri bilib ,özününküləri bilməyənlərin yaşadıqları ölkə.
Azərbaycan-Siyasətin "böyütdüyü" kiçiklərin yaşadıqları ölkə.
Azərbaycan-Ərəbçiliyi,rusçuluğu- yadçılığı yaşadan ölkə.
Azərbaycan-Yadlarda " böyüyüb" yadları böyüdənlərin sevildikləri ölkə.
Azərbaycan- Millətçiliyin ölümü olan Tayfaçılığın yaşadığı ölkə.
Azərbaycan- Böyük evladlar verib özü Böyük ola bilməyən ölkə.
Azərbaycan-Türk Ölkəsi olub özü Türk Ölkəsi ola bilməyən ölkə.
Azərbaycan- Doğu Mahiyyətli,Doğu Biçimli,Türk Yanğılı,İnsan Soraqlı,Bəşər Ünvanlı   ULUYURD!
Müstəqil Vətən Sabahında  Bütöv Azərbaycan görmək istəyilə
Ulusumuz Uluyurdumuz var olsun!



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ