Səxsiyyət ali təbəqədir,yəni cəmiyyətləri korkoranə vərdişlərdən çəkindirən, onlari düzgün yola istiqamətləndirən zəkalı vətəndaşdır.Cəmiyyətlər şəxsiyyətin fövqünə qalxdıqca, həyatı öz yaşam proseslərinə sürətləndirir,çətinlikləri aradan qaldırır. Qafar müəllim də həyatın çətinliklərinə sinə gələn vətənpərvər ziyalılarımızdan idi .
Qafar Xanlar oğlu Süleymanov 1932-ci ilin yanvar ayının 10-da Qubadli rayonunun Qarağaclı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. O, 1939-cu ildə Qaracallı kənd yeddiillik məktəbinin 1-ci sinfinə daxil olmuş, 1947-ci ildə məktəbi bitirmişdir. Uşaqlıq illəri əzablı illər olan böyük vətən müharibəsi dövrünə təsadüf edir. 1948-ci ildə Agdam Müəllimlər İnstitunun Azerbaycan dili və Ədəbiyyat fakultəsinə daxil olmuş,1950-ci ildə həmin ali təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir. 1950-1952 tədris ilində Qubadli rayonun Xəndək kənd yekdillik məktəbində Azerbaycan dili və Ədəbiyyat fənnini tədris etmişdir.1952- 1955-ci illərdə Sovet ordusunda xidmət etmis, leytenant rütbəsi almışdı.
1955- 1956-ci tədris ilindən 1970-ci ilə kimi Qubadli rayonun Muradxanlı kənd orta məktəbində Azərbaycan dili və Ədəbiyyat fənni üzrə müəllim, tərbiyəçi müəllim, internat məktəbinin yeməkxana müdiri, hemkarlar ittifaqı təşkilatının sədri , 1970- ci ildən 2010-cu ilədək
Muradxanlı kənd orta məktəbində direktorun hərbi məsələlər üzrə müavini vəzifəsində ləyaqətlə işləmişdir. Onu da qeyd edək ki, 1975-ci ildə müasir tıpli məktəbin tikintisində fəal iştirak etmiş, məktəbin ərazisində yenı meyvə bağının salınmasında böyük əmək sərf etmiş , müəllimlər , şagirdlər və kənd camaatı da bu bağdan məhsul dərərək bəhrələnmişlər.
1988- ci ildən qonşu Gorus və Xınzirək erməniləri silahlanaraq sərhədlərimizə soxulur, canavar sürüsü kimi əhalinin mal - qarasını oğurlayır, insanları qətlə yetirirdilər.El -obanın igid oğulları silaha sarılaraq sərhəddimizi qorumağa başladılar. Qafar Süleymanov da silaha sarılaraq vətəni qorumağa başladı. 1-cı Qarabag müharibəsinin ıstırakcı olan Qafar müəllim qorxmaz,mərd, mubarız gənclərin təlim və tərbiyəsiylə məşgul olmuş və onların vətənpərvər olmaları və hərbə hazır olmaları üçün əlindən gələn köməyi əsirgəməmişdir. Qafar müəllimin bir vaxtlar dərs dediyi bir çox şagirdləri vətənimizin azadlığı uğrunda, işğalçı düşmənə qarşı mərdliklə vuruşaraq şəhid olmuşlar. Neçə- neçə milli qəhrəmanlarımız , igid oğullarımız Qafar müəllimin bir vaxtlar dərs dediyi şagirdlər olmuşdur.
Qafar müəllimin yeganə arzusu torpaqlarımızın erməni quldurlarından azad olunması idi.
44 günlük vətən müharibəsində ordumuzun qələbəsi və Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik bacarığı ilə yanaşı xarici ölkə jurnalistlərinə verdiyi məntiqli, cəsarətli cavabı Qafar müəllimin sonsuz sevincinə səbəb olmuşdur. İşğaldan azad olunmuş ərazilərimizdə görülən tikinti- abadlıq quruculuq işlərindən zövq alan Qafar müəllim doğma kəndinə qayıtmaq arzusuyla yaşayırdı. Şeiri, poeziyanı çox sevirdi. Hərdən də dostu şair- jurnalist İlyas Qəmginin (Allahverdiyevin) "Həkəri" poemasını söyləyərdi;
Ay Həkəri , bir nəğmə de dilindən,
Dəstə bağla yarpızından , gülündən.
Yaz gələndə şəlalənin, Sevincdən,
Nı xəbər var , al - əlvanlığı Həkərim?
Dəliqanlı, şəlaləsi Həkərim.
Elə bilmə kövrəlmişəm, solmuşam,
Şair kimi qovrulmuşam, dolmuşam.
Ona borclu , sənə möhtac olmuşam,
Muğam üstə mahnı bəslə Həkərim,
Axşam , səhər məni səslə , Həkərim.
Ötən quşlar bizim səmtə uçurmu?
Bərq vuraraq yaxalarda saçırmı?
Qızıl balıq çayda üzüb qaçırmı?
Darıxıram bir görəydim üzünü,
Danışaydım sənə sözün düzünü.
Yazıların zümrüd bağla düzənib,
Əyri yollar dağ - dərəyə düz enib.
Qız- gəlinlər al qumaşa bəzənib,
Məhəbbətdən söz salaram , Həkərim,
Yan - yörəndə nə qalaram, Həkərim.
Xanlıq kəhkəşanım, Qubadlım andım,
Ayılıb , sayılıb hər anda sandım.
Bir namərd oduna alışıb yandım,
El sənə qovuşub dönsün Həkərim,
Qəmli nəğməsiylə dinsin, Həkərim.
Bir yanın Seytazdır, bir yanın Araz,
Bir yanın Ziyarət , bir yanın bəyaz.
Bir yanın Əyindir, bir yanın atlaz,
Qızıl daşdan baxsan Tumas bürünür,
Qartal qanadında atlas görünür.
Ballı qaya demə balın xətrinə,
Yatım qalım tər çiçəyin ətrinə.
İsti olsa bürünərəm çətrinə,
Tarixim, tarixçəm əzəl deyilmi?
Laçın qayalarım gözəl deyilmi?
Söz deməsəm küsər Bərgüşad məndən,
Bilirəm inciyər, ayrılıq nədən?
Bilin ki, anadan olan bir gündən,
Pənahım sizədir, siz axın, axın,
Bu qoşa gözümlə hey sizə baxım.
Qoca nənəm bizə torba tikərdi,
Kitabları qəşəng- qəşəng bükərdi.
Bic uşaqlar sapın dartıb sökərdi,
Çiynimizdə coşğun çayı keçərdik,
Çaya baxıb keçalatı seçərdik .
Dəftər tapıb , birindən borc alardıq,
Bir neçə gün ona borclu qalardıq.
İmla yazıb , 4- dən, 5 - dən alardıq ,
Anam oğul- deyib , özün öyərdi,
Nənəm beş qiymətə sağ ol deyərdi.
Yaz gələndə yaylaqlara köçərdik,
Bəri başdan ocaq yeri seçərdik.
Alaçığa kiçik arx da çəkərdik,
Yağan yağış xarımlara axardı,
Süzülən yağışa hamı baxardı.
Yadımdadır, dağa- daşa qalxardıq,
Nehrə tutub bir yanından çalxardıq.
Kərə yağı dürmək tutub saxlardıq,
Qamış atı sürüb - çapıb süzərdik,
Ötən qıza baxıb dodaq büzərdik.
Dərsdən sonra meşələrə gedərdik,
Odun yığıb tez tədarük edərdik.
Eniş - yoxuş , yavaş- yavaş çəkərdik,
Kərmə yığıb onu yerdən üzərdik,
Qalaqlayıb neçə taya düzərdik.
Araz özü deyər sözün, düz sözün,
İrəvan danışar deyər öz sözün .
Olubmu düz sözün , ay namərd, üzün,
Haram olsun dağın abı havası,
Görüm tez dağılsın daşnaq yuvası.
Soyqırımı bax erməni törədib,
Car çəkərək o da ört - basdır edib.
Elə bilir işi bununla bitib,
Ayıl dinlə, fani dünya , bir məni,
Genosidi törədibdi erməni.
Çalmalı dağların zümrüd kəməri,
Nəbinin Bozatı, dolan qəməri .
Aynalı əlində dağların əri,
At döşündə siz də çatın nadanı,
Hiyləgər daşnakı,.satqın gədanı .
Zəngəzur mənimdir, dağlar dağımdı,
Səfoğlu babamdır, Göyçə bağımdı.
Arpa çayı solum, Tərtər sağımdı,
Araz desin , Ağrı dağı kimindir?
Vedi dinsin, Dilcan dağı kimindir?
Heydər baba, ötür diyarba diyar,
Dillərdə dastandır sözün Şəhriyar!
Ay dünya şöhrətli, sənsən Bəxtiyar,
Kaş Vurğun, Süleyman bir sağ olaydı,
Gah Bakıda , gah Təbrizdə qalaydı.
Elə bil , mən görən dağlar deyilmiş,
Dağlar görən niyə yana əyilmiş?
Tanrı! Bəlkə bu əzəldən beləymiş,
Ermənilər bizim dağa dolanda,
Hiylə artdı, onlar dağda qalanda.
Artsaq! Artsaq- deyib cır- cır çığırır,
Genosid - deyibən yalan bağırır.
Həkərim çatlayıb məni çağırır,
Aşıq Alı , deyim bizə nə qaldı,
Aşıq Ələsgərin qəbri talandı.
Nahaq qanlar yer üzünü alıbdı,
İmperiya bizi dərdə salıbdı.
Bircə əlac tək Allaha qalıbdı,
" Heydər baba" haray salsın o tayda,
İlyas! Birləş , haray salaq bu tayda.
Qafar müəllim bu şeiri deyərkən kövrələr , köhnə dostlarını, vətənini , torpağını sevən igid oğulları iftixarla xatırlayardı. Qafar Süleymanov gözəl ailə başçısı,qayğıkeş ata, baba, mərd kısı xalqını dövlətini sevən ınsan olmuşdur. Öz sevımlı peşəsini övladlarına öyrətmiş , onları vətənpərvər ruhda böyütmüş və oxutmuşdur. Hər ıkı qızı ali təhsilli rus dılı və ədəbiyyat müəllimi, oglanları isə işini bilən, yiyələndiyi peşəsini sevən inşaatçıdırlar. Qafar müəllimin oglu Elxan Süleymanov 2021-cı ılın fevralından Qubadlı,Laçın, Kəlbəcər, Zəngılan rayonlarında elektrıkləşdırilməsındə, yenı elektırık stansiyalarının tikilməsində əvəzsiz xidmətlər göstərir.
Qafar müəllimin 21 nəvəsi və nəticəsi vardır. Azerbaycanın karlı, mərd , namuslu kişilərindən olan Qafar Suleymanova Allahdan rəhmət diləyir, məkanı cənnət, ruhu şad olsun, deyir, doğmalarına səbr diləyirik.
Rauf İlyasoğlu