SON DƏQİQƏ

Şəhidlərimizin adını yaşatmaq bizim borcumuzdur- FOTO

Tarix:10-04-2025, 10:10

Şəhidlərin müqəddəs ruhuna ehtiram göstərmək, onların şərəfli döyüş yolunu unudulmaz yaddaşlara çevirmək, millətin qəhrəmanlıq tarixini gələcək nəsillərə çatdırmaq böyük bir mənəvi məsuliyyətdir. Bu ali dəyərin daşıyıcısı olan, şəhidlərin xatirəsini daim uca tutan, onların igidliklərini öz şeirlərində vəsf edən, eyni zamanda rəhbərlik etdiyi "Həkəri" qəzetində bu mövzulara geniş yer ayıraraq işıqlandıran baş redaktor, şair və publisist Rauf İlyasoğluna dərin təşəkkürümüzü bildiririk. Vətən torpaqları uğrunda canından keçən qəhrəmanların adlarını yaşatmaq və onların ruhunu qələmlə diriltmək böyük ürək, vətən sevgisi və ziyalı məsuliyyəti tələb edir. Rauf müəllim bu missiyanı layiqincə yerinə yetirərək təkcə bir qələm sahibi kimi deyil, həm də milli dəyərlərin keşiyində dayanan, mənəviyyatın carçısına çevrilən bir ziyalı olaraq nümunə göstərir. Xüsusilə vurğulamaq istəyirik ki, Rauf İlyasoğlu daim şəhid ailələrinə və qazilərimizə mənəvi dayaq olmaqla, onların dərdlərinə şərik olur, qayğı və ehtiramını sözündə, yazısında, mövqeyində əks etdirir. Onun bu səmimi və humanist yanaşması ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir və minnətdarlıqla qarşılanır. Qəhrəmanlarımızın adını yaşatmaqla siz, əziz Rauf müəllim, eyni zamanda xalqın tarixini, mənəviyyatını və irsini yaşadırsınız. Sizə can sağlığı, tükənməz ilham arzulayırıq!

Minə Şirinova

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ