SON DƏQİQƏ

Pərvanə Mehmanlı- “Mən şəhidlərin bacısıyam”

Tarix:Bu gün, 22:05

Əziz oxucular!Bu gündən etibarən "XeberTime.az" İnformasiya Portalında Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tanınmış şairə, yazıçı-publisist Pərvanə Mehmanlının bir-birindən dəyərli şeirləri müntəzəm olaraq dərc ediləcək.
Sizi Pərvanə Mehmanlının zəngin poeziya dünyası ilə yaxından tanış olmağa, duyğu və düşüncələrlə zəngin yaradıcılığını izləməyə dəvət edirik.


Mən şəhidlərin bacısıyam.

Mən Şəhidimin bacısıyam, 
Üç min şəhid bacısıyam.
Bir damla köməkçün, 
dərdli ürəklərə məlhəmçün 
Bir ananın göz yaşını silməkçün 
Balasını yaşatmaqcün can atıram 
Bir şəhidin yarısını, yarım qalan həyatını, 
Yazmaqcün pay oluram 
Şəhidlərin həyatını, sevgi dolu arzuları, 
yazmaqçün şərəf duydum 
Tarix yazan şəhidimin adlarını yazmaqcün 
qələmimdən güc istədim. 
Şəhidimin hər birinin adlarına,
nakam qalan yarlarına, 
Heç çatmayan arzulara Tanrımçün hey dilədim 
Yazmağımçün güc istədim, ruh istədim 
can istədim 
Adlarını yașatmaqcün vaxt istədim.
Mən Şəhidimin bacıyam, 
üç min şəhid bacısıyam 
Fəxrlə mən öyünürəm 
Qürurla mən yaşayıram 
tarix yazan şədidlərin bacısıyam. 



Pərvanə Mehmanlının
yazıçı-publisist 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ