SON DƏQİQƏ

Beynəlxalq Ümid Gününə həsr olunmuş sərgi təşkil olunub- VİDEO

Tarix:Dünən, 00:37

12 İyul tarixində onlayn platformada Beynəlxalq Ümid Gününə həsr olunmuş sərgi təşkil olundu.  Sərgidə azərbaycanlı rəssamlarla  yanaşı Amerika, Portuqaliya, Türkiyə, Almaniya, Rusiyadan olan rəssamlar da iştirak edirdilər.

Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova onlayn platformada təşkil olunan sərgilər rəssamların tanıdılmasında, sənət mübadiləsində  böyük əhəmiyyət daşıyır.

Sərgidə fəxri qonaq olaraq xebertime.az portalının rəhbəri Yeganə Telmanqızı, rəssam və müəllimlər Günay Məmmədova,  Aygün Kamilqızı, Leyla Burxanova, Sevinc Hüseynova, Elvira Elvee , gənc rəssamlar  Günal Məscidsoy ,
Sara Hüseynova, Məmmədzadə Gülsənəm, Hacıyeva Aytac, 5 nömrəli Uşaq və Gənclərin İnkişafı Mərkəzinin müəllimi modelyer-dizayner  Nigar Əzimova tələbələri ilə  iştirak edirdilər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub xatirə fotoları çəkildi.




Müxbir : Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ