SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin "Vətənim mənim" sərgisi açılıb- FOTOLAR

Tarix:17-02-2024, 15:31

Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin "Vətənim mənim" sərgisi açılıb
Yanvarın 30-da Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin "Vətənim mənim" adlı fərdi sərgisinin açılışı olub. Sənətkarın yaradıcılığının 50 illiyi münasibətilə keçirilən sərgidə 30-a qədər qobelen təqdim edilir. Burada Adil Şıxəliyevin keçmişdə və müasir dövrdə ölkəmizin həyatında baş vermiş mühüm tarixi hadisələrə həsr olunan "Qarabağdan məktub", "Zəfər yolu", "Şuşa" (triptix), "Vətənim mənim", "Şuşada toy" əsərləri, Azərbaycanın Ümummilli Liderinə ithaf edilən "Heydər Əliyev" portreti, milli ornamentlərlə zənginləşdirilmiş "Köç" qobeleni sərgilənir. Tamaşaçılar rəssamın yaradıcılığının mühüm hissəsini təşkil edən Abşeron motivli "Nar bağı", "Mamırlı daşlar", "Abşeron", "Qızıl balıq" kimi əsərlərlə, həmçinin real və mifik heyvanların, gül və ağac təsvirlərinin əks etdirildiyi müxtəlif mövzulu qobelenlərlə tanış olurlar.

Ziyarətçilər bir çox yerli və xarici sərgilərin iştirakçısı olan, qobelen texnikasının imkanlarından maksimum yararlanaraq "Odlar yurdu" və "Payız çiçəkləri" kimi əsərlər ərsəyə gətirən rəssamın ecazkar yaradıcı dünyasını kəşf

edirlər.

Sərgidə Adil Şıxəliyevin qobelenləri ilə yanaşı, özünün təbii boyaqlarla rənglədiyi, onun ideyalarına həyat verən iplər və onların rənglənməsində İstifadə edilən bitkilər də təqdim olunur.

Sərgi martın 6-dək davam edəcək.


В Азербайджанском национальном музее ковра открылась выставка «Родина моя»

30 января в Азербайджанском национальном музее ковра открылась персональная выставка заслуженного художника Азербайджана, мастера по гобелену Адиля Шихалиева. На выставке, посвященной 50-летию творческого пути художника, представлено до 30 гобеленов «Письмо из Карабаха», «Путь к Победе», «Шуша» (триптих), «Родина моя», «Свадьба в Шуше», портретный гобелен «Гейдар Алиев», посвященный общенациональному лидеру Азербайджана, «Кочевье», B композицию которого включены национальные элементы. Эти работы отражают исторические моменты из жизни страны, повествуют о событиях былых времен, так и недавних. Гости получили возможность ознакомиться с такими работами художника как «Гранатовый сад», «Мшистые камни», «Золотая рыбка», наполненными абшеронскими мотивами И

занимающими важное место в его творчестве, а также с гобеленами на самые разные темы с изображениями цветов, деревьев и животных как реальных, так и мифических. Зрителям открылся удивительный творческий мир художника

участника многих местных и зарубежных выставок, использовавшего. по максимуму все возможности гобеленовой техники при создании работ «Страна огней» и «Осенние цветы».

На выставке представлены не только гобелены Адиля Шихалиева, но и питающие его идеи нити, окрашенные натуральными красителями самим художником, а также растения, из которых получают красители для пряжи.

Выставка продлится до 6 марта.


Exhibition Motherland of Mine is held at the Azerbaijan National Carpet Museum

On January 30, the Azerbaijan National Carpet Museum held the opening ceremony of the private exhibition Motherland of Mine by Adil Shikhaliyev, Honoured Artist and tapestry master. The exhibition, dedicated to the 50th anniversary of the artist's creativity, displays up to 30 tapestries. Letter from Karabakh, The Path to Victory, Shusha (triptych), Motherland of Mine, Wedding in Shusha, the portrait tapestry Heydar Aliyev, dedicated to the National Leader Heydar Aliyev, the tapestry Moving, enriched with the national ornaments and many other works, highlighting the historical moments from the life of the country, narrate about both past and recent events. The visitors are getting acquainted with the various tapestries based on the motifs of Absheron-they occupy a significant part of the artist's works. These are Pomegranate Garden, Mossy Stones, Absheron, Goldfish, and some other works depicting the real and mythical animals, flowers and trees.

The visitors are discovering the fascinating creative world of the artist engaged in many domestic and foreign exhibitions. Amazing works such as Land of Fire and Autumn Flowers, where he used the features of the tapestry techniques to the maximum, has been created by Adil Shikhaliyev.

Not only the tapestries, but also the source of the artist's inspiration, such as the dyed yarns and plants he used to dye them, are on display.

The exhibition will be on until March 6.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ